Prezident bu məhkəmələrə hakim təyin etdi - SİYAHI .....                        Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi .....                        Azərbaycan 2035-ci ildən sonra hidrogen istehsalına başlayacaq .....                        Abşeronda gənc qadın narkotiklə tutuldu - VİDEO .....                        Paşinyan seçki öncəsi kilsədən nə istəyir? .....                        Metroda gedişhaqqı ilə bağlı yenilik .....                        “Qarabağ”ın futbolçusu 5 oyunluq cəzalandı .....                        Pezeşkian yeni səfiri qəbul etdi .....                        Türkiyə yenidən silkələndi .....                       
2-10-2024, 15:30
Heyvanlarla rəhmsiz rəftar edənlər cəzalandırılacaq


Heyvanlarla rəhmsiz rəftar edənlər cəzalandırılacaq

Heyvanlarla rəhmsiz rəftar edənlər məsuliyyətə cəlb olunacaq.
Bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Heyvanlar aləmi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Heyvanlarla rəhmsiz rəftar etdikdə, yəni onlara ağrı, əzab, işgəncə verilməsi, onların döyülməsi və döyüşdürülməsi nəticəsində onları şikəst və ya tələf etdikdə, rəhmsiz rəftarı nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törətdikdə, belə rəftarı təbliğ etdikdə və ya belə rəftara açıq çağırışlar etdikdə və bu cür rəftarı özündə əks etdirən materialları kommersiya məqsədləri üçün istifadə etdikdə həmin şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar.
2-10-2024, 15:16
Rusiya Ukraynada sürətlə irəliləyir: Strateji şəhər ələ keçirildi


Rusiya Ukraynada sürətlə irəliləyir: Strateji şəhər ələ keçirildi

Ukrayna Müdafiə Qüvvələri strateji əhəmiyyətli Vuqledar şəhərindən geri çəkilib.
Bu barədə Ukrayna ordusunun “Xortitsa” əməliyyat-strateji qoşun qrupu məlumat yayıb.
Qrupun məlumatına görə, mühasirəyə düşmə təhlükəsi ilə əlaqədar Ukrayna hərbçiləri qoşunları şəhərdən çıxarmaq qərarına gəlib.
Şəhərin Rusiya qoşunları tərəfindən ələ keçirilməsi barədə xəbərlər əvvəlvə Ukrayna və Rusiyaya məxsus müxtəlif teleqram kanallarında yayılıb. Rusiyayönlü kanallar şəhərin müxtəlif ərazilərində rus ordusunun göründüyü videolar dərc edib. Ukraynanın "Suspilne" nəşrinin məlumatına görə, Vuqledarın böyük hissəsi ələ keçirilib, lakin Ukrayna Silahlı Qüvvələri bəzi ərazilərdə qalmaqda davam edir.
Böyük strateji əhəmiyyət kəsb edən şəhər uğrunda döyüşlər 2022-ci ilin mart ayının sonundan etibarən davam edir. Yaşayış məntəqəsi təpədə və iki cəbhənin Donetsk vilayətində şərq və Zaporojyenin cənubunun qovşağında yerləşir. Şəhərdən 18 km şərqdə Rusiya ordusunun Donetsk-Volnovaxa xətti boyunca və daha da cənuba qoşun və texnika keçirə biləcəyi dəmir yolu relsləri var.

2-10-2024, 14:57
Ağdamda iritutumlu 4 su anbarı tikilir - VİDEO


Ağdamda iritutumlu 4 su anbarı tikilir - VİDEO

Böyük qayıdış planı istiqamətində Qarabağın Ağdam şəhərində işğaldan azad olunandan bəri düşmənin viran qoyduğu bütün strukturlar yenidən qurulur.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Ağdamda su təsərrüfatı sahəsində irimiqyaslı işlər həyata keçirir.
"İşğaldan azad olunmuş ərazilərdə yerləşən yaşayış məntəqələrinin xarici su təchizatı, kanalizasiya və yağış suları sisteminin tikintisi" layihəsi çərçivəsində Ağdam şəhərinin su təsərrüfatı istiqamətində su və kanalizasiya sahəsində işlər sürətlə, intensiv və planlı şəkildə həyata keçirilir.
Texniki nəzarət mühəndisi Mahir Həmidov görülən işlərlə bağlı məlumat verərkən bildirib ki, Ağdam şəhərinin xarici su təchizatı kanalizasiya və yağış kollektoru layihəsi çərçivəsində +440 metr yüksəklikdə 2 ədəd tutumu 10000 kubmetr və +410 metr yüksəklikdə 2 ədəd tutumu 7500 kubmetrlik su anbarının tikinti işləri davam etdirilir: “Hazırda 10000 kubmetrlik su anbarının 1-ci kamerasının dəmir-beton işləri yekunlaşmaq üzrədir, 2-ci kameranın isə bünövrə betonu verilib. Demək olar ki, tikintinin 80 faizi icra olunub. 7500 kubmetrlik su anbarının da dəmir-beton işləri yekunlaşmaq üzrədir”.
Həmçinin o söyləyib ki, Qaraqayadan gələn magistral xəttin tikintisi davam etdirilir, 9 kilometrlik magistral xətdən 6.5 kilometri inşa olunub.
Hər iki anbardan şəhər şəbəkəsinə birləşdirilməsi üçün diametri 710 mm olan polietilen su borularının inşası həyata keçirilir. Anbarlardan şəhər şəbəkəsinə çəkiləcək 2500 metr borudan 2332 metri tamamlanıb.
Eyni zamanda, layihə çərçivəsində kanalizasiya kollektorunun tikintisi də davam edir. 6 kilometrlik xətdən 1.8 kilometri çəkilib.
2 ədəd subartezian quyusundan birinin tikintisinə başlanılıb.
İşğaldan azad olunmuş ərazilərdə sakinlər - keçmiş köçkünlər bərpa işlərinə cəlb olunurlar və layihələrin icrası zamanı onların irəli sürdükləri təkliflər də nəzərə alınır.
Ağdam şəhərinin su təsərrüfatının yenidən qurulması indiki və gələcəkdə obalarına geri dönən sakinlərin həyat keyfiyyətinin yüksəldilməsinə töhfədir.

2-10-2024, 14:45
İçərişəhərə maşınla girmək qadağan edilir - RƏSMİ


İçərişəhərə maşınla girmək qadağan edilir - RƏSMİ

Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində şəhər sakinləri və qonaqların hərəkətinin təhlükəsizliyini və rahatlığını artırmaq məqsədilə İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı mühüm dəyişikliklər təklif edilir.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
Onun sözlərinə görə, AYNA-nın mütəxəssisləri bu ərazidəki vəziyyəti ətraflı öyrənib, mənzərəni tam araşdırmaq üçün uzun müddət hərəkətin intensivliyinin monitorinqini həyata keçirib və nəqliyyat üzrə xüsusi proqram təminatı vasitəsilə simulyasiya da təşkil ediblər.
"Müfəssəl təhlillər əsasında AYNA tərəfindən təkliflər hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib. İslahatlar İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkətinin məhdudlaşdırılmasını, Qoşa Qala Qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılmasını, Əziz Əliyev küçəsində avtomobillərin hərəkətinin məhdudlaşdırılmasını, burada piyada zonası və mikromobillik zolaqlarının yaradılmasını, eləcə də İçərişəhər ərazisinin sakinlərin və ərazidəki diplomatik nümayəndəliklərin avtomobilləri istisna olmaqla, bütün avtomobillərin hərəkəti üçün bağlanmasını nəzərdə tutur. Beynəlxalq təcrübəyə də nəzər salsaq, görərik ki, Rotterdamdakı Leynban küçəsi, Kopenhagendə Ströget piyada zonası, Moskvanın Arbat küçəsi, Londondakı Trafalqar meydanı və bir çox başqaları avtomobillərin hərəkəti üçün tamamilə və ya qismən bağlıdır - bu ərazilərdə prioritet piyadalara verilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi də təklifləri hazırlayarkən Bakının sakinlər üçün şəhərə çevrilməsi konsepsiyasını rəhbər tutub", - AYNA-nın sədri "Report"a bildirib.
Anar Rzayev qeyd edib ki, İçərişəhər sakinləri və bu ərazidə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin avtomobilləri nömrətanıma sistemi ilə əraziyə daxil ola biləcək:
"Digər hamı üçün nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması bir sıra üstünlüyə malikdir. Bu, avtomobillərin sayını, səs-küyü azaltmaqla İçərişəhər sakinlərinin və qonaqların rahatlıq və təhlükəsizlik səviyyəsini yüksəldəcək və digər amillərlə yanaşı, paytaxtın əsas görməli yerlərindən birinin qorunub saxlanmasına töhfə verəcək. Həmçinin ən əsası avtomobillərin hərəkətinin məhdudlaşdırılmasının müsbət cəhətlərdən biri də odur ki, tarixi abidələrin aşınmasının, infrastrukturun tez köhnəlməsinin qarşısını alacaq.
Qoşa Qala Qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması İçərişəhərin qonaqlarının turistlər arasında populyar olan bu məkana daha rahat çatmasına imkan verəcək.
Əziz Əliyev küçəsində avtomobil hərəkətinin məhdudlaşdırılmasına gəlincə, bu, Nizami küçəsindən başlayan piyada zonasının genişləndirilməsinə, mikromobillik xətlərinin çəkilməsi və onların İstiqlaliyyət küçəsindəki mövcud zolaqla birləşdirərək Dənizkənarı Milli Parka doğru uzadılmasına şərait yaradacaq. Bütün bunlar Bakıda mobilliyin və piyada zonalarının daha da inkişaf etdirilməsinə töhfə verəcək".
2-10-2024, 14:38
İsrail BMT baş katibini "arzuolunmaz şəxs" elan etdi


İsrail BMT baş katibini "arzuolunmaz şəxs" elan etdi

İsrail BMT-nin baş katibi Antonio Quterreşi "persona non qrata" kimi tanıyıb.
“The Jerusalem Post” İsrail XİN başçısı İsrail Katzın bununla bağlı açıqlamasını yayıb.
Quterreşin ölkəyə girişi qadağandır. Qəzet qeyd edib ki, İsrail hakimiyyəti bu qərarı Quterreşin İranın raket hücumunu “birmənalı şəkildə pisləməkdə uğursuzluğunu” nəzərə alaraq verib.
Qeyd edək ki, Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır.
2-10-2024, 14:32
Rusiya Qarabağda konsulluğu nə vaxt açacaq?


Rusiya Qarabağda konsulluğu nə vaxt açacaq?

Rusiyanın Azərbaycan ərazisində yeni xarici nümayəndəliyinin açılması məsələsi hazırda siyasi müstəvidə işlənir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin rəhbəri Aleksey Klimov TASS-a müsahibəsində deyib.
Aleksey Klimov Qarabağda yeni baş konsulluğun açılıb-açılmayacağı sualına cavab verərkən bildirib:
“Azərbaycan tərəfi ilə müvafiq sazişlər yekunlaşdıqca, konsulluq idarəsi onlarla bağlı əməli addımların həyata keçirilməsinə qoşulacaq”.
Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər üzrə Komitəsinin başçısı Qriqori Karasin bir müddət öncə demişdi ki, Azərbaycanın Qarabağ bölgəsində baş konsulluq açmaq niyyətindədirlər.


2-10-2024, 14:24
G7 liderləri Yaxın Şərqdəki böhranı müzakirə edəcək - Ev sahibi İtaliyadır


G7 liderləri Yaxın Şərqdəki böhranı müzakirə edəcək - Ev sahibi İtaliyadır

İtaliyanın baş naziri Corciya Meloni Yaxın Şərqdəki böhranı müzakirə etmək üçün G7 liderlərinin çağırışına ev sahibliyi edəcək.
Bu barədə "Reuters" məlumat yayıb.
Meloni kabinetinə bildirib ki, son hadisələr, o cümlədən İranın İsrailə raket zərbələri və Livanda artan qeyri-sabitliklə bağlı "dərin narahatlıq" var.
Xatırladaq ki, İran İsrail ərazilərinə yüzlərlə raket atıb.
2-10-2024, 14:11
"Prezidentin çağırış və tövsiyələri əsas prioritet istiqamətlərimiz olacaq"


"Prezidentin çağırış və tövsiyələri əsas prioritet istiqamətlərimiz olacaq"

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ombudsmanların Beynəlxalq Bakı Konfransında çıxış edib.
O bildirib ki, Azərbaycan Ombudsmanı insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətini həyata keçirərkən bu sahədə səlahiyyətli olan qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq edir:
"Bizim bugünkü beynəlxalq əhəmiyyətli tədbirdə hakimiyyətin hər üç qolunun yüksək səviyyədə təmsil olunması məhz birgə uğurlu əməkdaşlığın bariz göstəricisidir”.
"Ermənistanın hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan artıq soydaşının təməl hüquqları uzun illər ərzində kobud şəkildə pozulmuş bir ölkənin Ombudsmanı olaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin təminatçısı, keçmiş məcburi köçkünlərimizin öz tarixi ata-baba yurdlarına qayıtmalarına zəmin yaratmış, bununla da onların insan hüquqlarının təmininə nail olmuş ən böyük hüquq müdafiəçisi - Azərbaycan dövlətinin başçısı Zati-aliləri cənab İlham Əliyevə Beynəlxalq Bakı Forumunun iştirakçılarına ünvanladığı müraciətə görə dərin minnətdarlığımı bildirirəm. Cənab Prezidentin insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə etdiyi çağırışlar və tövsiyələr bu sahədə gələcək fəaliyyətimizin əsas prioritet istiqamətləri olacaqdır", - Səbinə Əliyeva əlavə edib.
2-10-2024, 13:59
Makron İrana meydan oxudu


Makron İrana meydan oxudu

Fransa prezidenti Emmanuel Makron İranın İsrailə hücumunu pisləyib və ABŞ-ın maraqlarını qoruyaraq Tehranla qarşıdurmaya hazır olduğunu bəyan edib.
Yelisey sarayının bəyanatında deyilir: “Biz ABŞ ordusunu və maraqlarını İrandan və İranın dəstəklədiyi terrorçulardan qorumaq üçün bütün lazımi tədbirləri görməkdən çəkinməyəcəyik”.
Bununla yanaşı, Makron əlavə edib ki, Fransa Tehrana qarşı mübarizə aparmaq üçün Yaxın Şərqdəki hərbi resurslarını işə sala bilər.
O qeyd edib ki, Paris İranın aqressiv davranışını dayandırmaq və onu ədalətə çatdırmaq üçün müttəfiqləri və tərəfdaşları ilə işləməyə davam edəcək.
Eyni zamanda, Fransa prezidenti İsraildən hərbi əməliyyatlarını mümkün qədər tez dayandırmağı xahiş edib.
2-10-2024, 13:07
Separatçılar Xocavənd, Xocalı və Ağdərədəki kütləvi məzarlıqları məhv ediblər


Separatçılar Xocavənd, Xocalı və Ağdərədəki kütləvi məzarlıqları məhv ediblər

“Üçtərəfli Bəyanatın imzalanmasından 2023-cü il sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatına qədər olan müddətdə separatçı rejim tərəfindən Dövlət Komissiyasına və BQXK-ya məlum olan bir neçə kütləvi məzarlıq məqsədyönlü şəkildə məhv edilib. Buna misal kimi Xocavənd rayonu, Qaradağlı kəndi, Xocalı rayonu, Dəhraz kəndi və Ağdərə rayonu, Sırxavənd kəndində Dövlət Komissiyasına məlum olan məzar yerlərini göstərmək olar”.
Bunu “Ailələrin “həqiqəti bilmək” hüququnun müdafiəsi və onların ehtiyaclarının qarşılanması” mövzusunda paneldə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Qəzənfər Əhmədov deyib.
O bildirib ki, hazırda Dövlət Komissiyasının qarşısında duran əsas vəzifə I və II Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsidir: “Dövlət Komissiyası itkin şəhidlərin taleyinin aydınlaşdırılmasını yalnız dövlət büdcəsindən ayrılan vəsait hesabına edir. Dünyada isə bəzi təşkilatlar buna vəsait ayırır. Təəssüf ki, biz hələ belə donor təşkilatlardan dəstək almamışıq”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!