Günel Abbas yazır: Önəmli məqamların gizli qalmağı məsləhətlidir. .....                        Gürcüstan saytları İlham Əliyevin fikirlərinə geniş yer ayırıb .....                        Hacı Məmmədov yazır: hər gecənin bir səhəri .....                        Milli Musiqi Günündə birgə layihə .....                        "COVID-19" virusu hələ də nəzarətə alınmayıb" .....                        Biomüxtəlifliyin itirilməsi prosesi rekord həddə çatıb .....                        Milyarder Əhmədov təltif edilib. .....                        İşıqlı Atalı yazır: Ürəyinizdə Günəş olsun! .....                        İlham Əliyev: “Ermənilər məscidlərimizdə heyvan saxlayırlar…” .....                       
Tarix : 3-08-2020, 08:55

Hər il olduğu kimi bu il də Qurban bayramı ilə əlaqədar məqsədli şəkildə -
bəli, mən belə deyərdim -əsassız mülahizələr gündəmə gəlir. Niyə? Əsas mahiyyətindəki müddəa nədir? Gəlin, öncə Qurban bayramının tarixini qısaca xatırlayaq-hərçənd buna ehtiyac olduğunu düşünməsəm də.
Qurban bayramının tarixi lap qədim zamanlara dayanır. Belə ki, İslama qədərki bütün dinlərdə də dini qurban kəsmə mərasimi mövcud olmuşdur və indi də davam
edir. İslam aləmində isə qurban kəsmə xüsusi əhəmiyyətə malikdir və ən müqəddəs bayramlardan biridir. Belə ki, bütün müsəlman aləmində hər il hicri
təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Bu dini mərasimdə müsəlman olan hər bir imkanlı şəxs qoyun, qoç, inək, dana
və ya dəvə kəsir. Qurban üç bərabər hissəyə ayrılaraq paylara bölünür. Burada ən gözəl məqam kəsilən qurbanın iki hissəsinin yoxsullara, ehtiyac
sahiblərinə, kimsəsizlərə verilməsidir. Bir hissəsinin isə qurban kəsənin öz ailəsinə götürülməsidir.
Yuxarıda da qeyd etdiyim kimi, bu bayramda da digər bayramlarda olduğu kimi əsas məqsəd dini qurban kəsmədən fərqli olaraq kimsəsizlərin, yoxsulların və
qurban kəsə bilməyənlərin xatırlanması və insanların yardımlaşmasıdır. İslam dini birlik, bərabərlik və mənəvi saflığa çağırma dinidir. Və islam dinində qeyd olunan bütün bayramlarda da bu cəhətlərə diqqət yetirilir, insanları mənəvi kamilliyə çatmağa səsləyir.
Belə gözəl əməllərə səsləyən dinə qara yaxmağa çalışanların olması isə heç də təəccüblü deyil. Bu cür cəhdlər hər zaman olub və olacaq. Və bu cəhdləri
təşkil edənlər isə insanlara necə və hardan yaxınlaşmağı ustalıqla bacarırlar. İnsanlara elə emosional psixoloji təsir edirlər ki, çoxları dini inanclarında doğru seçim edib – etmədiklərinə şübhə ilə yanaşmağa tərəddüd etmirlər. Gəlin, bu məqsədyönlü addımları birlikdə nəzərdən keçirək. Öncə insanların humanist yönlərindən istifadə edərək hisslərinə, duyğu və düşüncələrinə təsir etməyə çalışırlar. Belə bir müddəa səsləndirirlər ki, insanlar bu bayramda heyvanlara “zülm edirlər”, heyvanları qorumaq əvəzinə, onları dini mərasim adı altında kütləvi şəkildə “ qətlə yetirirlər”. Bu isə açıq və aydın şəkildə məlumdur ki, dinə qara yaxmaq və insanları dindən uzaqlaşdırmaq üçündür. Bunu hər kamil insan anlayır. Ancaq emosional cəhətdən zəif və həddən artıq humanist olanlar bu müddəalara inanır və açıq-aşkar olmasa da, daxilində bu müddəaların doğruluq payını ölçüb-biçməyə çalışırlar. Bir qisim üsyankar xarakterli adamlar isə bu absurd fikrə inanaraq dindən dönür. Bəli, belə hallar heç də az deyil. Çox təəssüf ki, həm də elm və texnologiyanın inkişaf etdiyi bir dövrdə.
Bəs bu müddəalara niyə inanmamaq lazımdır ? Gəlin, indi də bunu birlikdə araşdıraq.
İlk növbədə onu qeyd edək ki, hər bir canlını, o cümlədən insanı da Allah yaradıb. Və insan ən ali, ağıllı varlıqdır . Bəşəriyyətdəki bütün canlılar doğulur, yaşayır və bir gün, nəhayət, həyatı sona çatır. Qanunauyğunluq əzəldən belədir. Yuxarıda qeyd etdiyim müddəani xatırlayaq. İslam dininin bu bayramda heyvanlara “ zülm” etdiyini qeyd etmişdik. Əgər insanlar heyvanlara zülm edirsə xatırlayaq ki, bitkilər də canlıdır. Deməli, haqlı olaraq "onlara da zülm edilir" müddəası ortaya
çıxacaq. Çünki hər bir orta sinif şagirdi də bilir ki, bitkilər də canlı varlıqlardır. Onda hər bir insan dini mənsubiyyətindən asılı olmayaraq canlı varlıqlara “zülm” edir. Balıqlar da, həmçinin canlıdır. O zaman balıqların da ovlanması bu dəniz heyvanlarına qarşı edilmiş “ zülm”dür. Onda belə bir sual meydana gəlir: bəs niyə bütün bunlar nəzərə alınıb “zülm “ töhmətinə daxil olmur?
Təbiidir ki, bu müddəa tamamilə əsassızdır. Heç bir həqiqəti əks etdirmir. Çünki bütün canlıların həyatında əsas olan “ necə yaşamaq”dır. Yəni heç bir şəkildə heç
kimin həyatında bir rola malik olmadan, kiməsə faydalı olmadan kortəbii şəkildə yaşayıb həyatını başa vurmaqdımı yaşamaq? Əlbəttə, yox. Hər bir canlı bu dünyaya müəyyən məqsədi yerinə yetirmək üçün gəlir və öz missiyasını bitirdikdə isə həyatdan gedir. Dəyişilməz olaraq bu müddəa belə olmuşdur və hər zaman belə olacaq. İndi isə heyvanların və bitkilərin həyatına nəzər salaq. İnsan kimi kamil olmasa da, nəhayətində canlı olan heyvan və bitkilərin də bu dünyaya gəlməsinin heç də
önəmsiz bir səbəbi yoxdur. Əksinə, müqəddəs bir missiyaları var: “İnsanların həyatda qalmasına zəmin yaratmaq və bunun üçün əsas vasitəyə çevrilmək”. Bəli, qeyri – şərtsiz hər kəsə məlumdur ki, bitkilər də, heyvanlar da insanların sağlam şəkildə yaşamasına birbaşa təsir göstərir. Çünki insanlar qidalanmadan yaşaya bilməzlər. İnsanların qidasını isə bitkilər və heyvanlar təşkil edir. Əgər insan bitkilərə və heyvanlara “zərər” verməməyi düşünərsə həyatda necə qalacaq? Və başqa bir sual daha: bitkilər və heyvanların aqibəti necə olacaq? Təbii ki, bu zaman “zülm” meydana gələcək. Gəlin, bir anlıq heyvanlara və bitkilərə “zülm” etmədən yaşadığımızı təsəvvür edək. Heyvan dünyaya gəldi, müəyyən zaman keçdi və yaşa doldu. Sonda isə hər hansı bir şəkildə öldü. Onu nə edəcəyik? Aparıb hardasa dəfnmi
edəcəyik? Heyvan orda qalıb ətrafa xoşagəlməz bir qoxu yaymayacaqdırmı? Bunu heyvanın heyvanı yeməsi faktını göz ardı edərək düşündük. Amma əslində isə
heyvanı insan yeməsə belə, hər hansısa bir yırtıcı yeyəcək. Çünki anunauyğunluq belədir. Heyvanlar və bitkilər “yaşatmaq “ üçün yaranıblar. Heyvana “zülm “ mülahizəsinə niyə sağmal heyvanların süd sağımı aid edilmir? O da humanizmə görə heyvanı incitmək deyilmi? O zaman da heyvan “incidilir “, demək olar , əsassız məntiqə əsaslansaq. Ancaq əslində isə heyvanın südünün sağılmaması heyvana işgəncədir. Çünki sağmal heyvanların sağılması onların həyati funksiyalarının normal işləməsinə birbaşa təsir edir. Başqa cür düşünək:
Heyvanlar Qurban bayramından başqa günlərdə ovlanmırmı, kəsilərək yeyilmirmi? Əlbəttə ki, ovlanır da, kəsilir də. Həmçinin başqa məqsədlər üçün də
istismar edilir. İstismar heyvanlara edilən ən böyük işgəncədir, zülmdür. Hələ matador yarışlarındakı heyvanlara zülmü qeyd etmədik. Orda edilən zülm isə
birmənalı şəkildə qəbul edilməzdir.
Başqa faktlara baxaq- Balıqlar da ovlanır. Onda belə çıxır ki, onları da ovlayıb
yemək onlara “ zülmdür”. Bitkilər də, həmçinin canlı olduğu üçün onları da incitməyək və toplamayaq. O zaman hansı mənzərə ilə rastlaşarıq? Təbii ki , ağaclarda meyvələrin, bostanlarda tərəvəzlərin çürüyüb məhv olması, ziyan olması ilə rastlaşarıq. Bəs bu cür davranış bitkilərə “zülm “ deyilmi? Əlbəttə ki, “zülmdür”.
Bir şeyi untmayaq, məhz bu iddiaları yayanların özləri elə zülmü tətbiq edənlərdir. Ancaq əksinə, sözdə ” humanizm “ yaymağa çalışsalar da, əsas məqsəd
İslam dininin müsbət tərəflərinə başqa mənalar yükləyərək insanları bu dindən döndərməkdir. İslam dinində bütün bayramlarda əsas məqsəd insanlarda müsbət davranışları- xeyriyyəçiliyi, mərhəmət hissini, yardımlaşmağı təbliğ etməkdir. Çünki insan mənəviyyatının əsas məlhəmi müsbət insan olmaq və günahlardan uzaq
olmaqdır. Gəlin, bu bayramlarda paylaşmağın necə gözəl olduğunun dadına varaq və Allahın nemətlərinin yaranış qayəsini və bizlər üçün var olduğunu unutmayaq.
Sonda onu da qeyd edim ki, hər hansısa bir vacib əməli yerinə yetirərkən bilmədən də olsa insanlarda neqativ hisslər yaratmayaq. Məsələn, qurbanların küçələrdə anti- sanitar şəraitdə, qaydalara uyğun olmayan şəkildə kəsməyək. Qurban kəsilən məntəqələrin təmizliyinə həddindən artıq diqqətli edək. Və şəri hökmlərə uyğun şəkildə yerinə yetirək. Digər ən vacib məqam isə uşaqları bu situasiyalara məruz qoymayaq. Onsuz də insanların gözündən pərdə asaraq təsir etməyə çalışan bir kütlə hər zaman olub və olacaq. Bizə düşən isə belə təxribatlara məhəl qoymadan inandığımız, doğruluğuna əmin olduğumuz bir yolda inamla
addımlamaqdır. Ümidvaram, bundan sonra belə mövzulara bir daha ehtiyac olmayacaq. Bir mülahizə ilə rastlaşan zaman onu riyazi məsələ kimi
dəyərləndirib, həmin teoremin(mülahizənin) isbatına varmadan nəticəyə gəlməyin(inanmayın).
İnsanlığı paklaşdıran, saflaşdıran bayramlarda bu kamilliyə varmaq ümidilə...

Könül Qocayeva


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!