Tehran küçələrində böyük izdiham .....                        Rza Pəhləvi ilə gizli görüş .....                        Trampdan İranla bağlı mesaj: Hazır olun! .....                        İran rejiminin son günləridir - Almaniyadan reaksiya .....                        “Qalatasaray” səfərdə qələbə qazandı .....                        Mirzoyan Rubio ilə görüşdü .....                        "20 Yanvar"da maşın alışdı .....                        ABŞ İranı vuracaq - Hədəflər məlum oldu .....                        Ceyhun Bayramov Fidanla regionu müzakirə etdi .....                       
20-09-2025, 15:26
Ofelya QAFAROVA yazır


Ofelya QAFAROVA yazır:

Ölüm nədir?

Ürəyinin bir gün doyünməyini buraxması və nəfəsinin bir gün o gözəl havanı ciyərlərinə çəkməyini dayandırması...Sizdən yenə soruşuram, ölüm nədir?
Bu qədərmi bəsitdir?
Dünyanı dəyişəcəyini, iz qoyacağını düşünən o ruhlar üçün ölüm unudulmağın acı faciəsidir...Mənim üçünsə ölüm, yoxluğundan sonra insanın içində ölməyən xatirələrdir...
Bir gün onsuz otağa girəndə içimə yerləşən ağır kədər duyğusudur mənim üçün ölüm. Yatağının üstündə oturub, hər bir əşyasını diqqətlə nəzərdən keçirəndə içimə hücum edən peşmanlıq hissidir ölüm. Şəkillərimizə ,bir zamanlar həyat dolu gülümsəyişinə baxanda həyatı günahlandırdığım bir sonluqdur ölüm.
Barmaqlarım şəkillərinin üzərində gəzəndə, istəmsizcə boğazıma dolan qəhərdir ölüm. Onun hər qəlbini qıranda, bir çiçəktək zərif ruhunu incidəndə, özümdən daha çox nifrət edişimdir ölüm. Kaş daha çox zaman keçirtsəydim, onu daha çox güldürsəydim, sevgimi daha yaxşı ifadə etsəydim dediyim o qəlb yarasıdır ölüm...
Ən çox da, gedişindən sonra qəlbimin tam ortasına buraxdığı boşluqdur ölüm. Gerçək ölüm, bir insanı içində öldürə bilməməkdir. Yolda fikirli- fikirli gedərkən, təsadüfən radioda səslənən o musiqinizin dodaqlarında buraxdığı buruq təbəssümdür ölüm...
Bir vaxtlar birlikdə keçdiyiniz küçələrdən, tək-tənha keçişindir ölüm...
Bir zamanlar sevdiyiniz rəngarəng güllərə küsüşündür ölüm...
Onu unutmaq üçün saç tellərini qəddarca kəsişindir ölüm. Onu hələ içində yaşatmağındır ölüm. Budur ölüm mənə görə...Sadəcə nəfəsin kəsilməsi, ruhun əbədi sonsuzluğa qovuşmağı deyil, onunla birlikdə bu dünyadan köçməkdir ölüm...
12-09-2025, 05:31
Güzgüdəki Sən

Güzgüdəki Sən


...Bütün səssiz qurbanlar kamikadzedirlər...
...Həyatım boyu yalnız bir Həqiqət tanıdım, hər zaman da sükutumla Ona sadiq qaldım. Zamanın heç bir çabası Onu sırf mənə aid olan hər hansı nəsnədən qopara bilmədi. Eşq olsun... mənəmi?.. o Həqiqətəmi?..

...Həqiqət ciddi fiqurdur, onu ortalıqda görə bilməzsiniz. Nə dinir, nə də dindirilir -- O, hər zaman kənarda duran səbrli seyrçimizdir. Problemin aşkarlanmasında, çözülməsində onun fərqində olarlar, ancaq kimsə adını tutmaz, onu dilinə gətirməz

...Əziz HƏQİQƏTim... bəzən yalanlara da boyun əyər insan... yanlışlığından deyil də, sadəcə o yapmacıq, qurama limandan bir an öncə uzaqlaşmaq ehtiyacından...

...İnci ayağın altında... o da çamura bulaşmış... çamur bataqlıqla yoldaş, o da qəzəbə uğramış. Qəzəbin bir gözü kordur... çün Günəşə asi olmuş... bax, Günəş Yerə aşiqmiş... Yersə incik -- O, yorğundur... fəqət inci var bətnində...

...Demə, inam həqiqəti sevmirmiş, yalan isə heç birini!

....Gəlimli-gedimli dünya. Ərşdən fərşə çiyni zərbafta kəlağayılı, ətrafı al-əlvan həyati çiçəklər düzülü, de nağıllardan uzanan kəməri olan gümüşü aynalarla əhatələnmiş nur məskəni... Elə aynalar ki, bir mövcudiyyat, məxluqat əslini nə özündən, nə də yerdən, göydən xəbərsiz saxlaya bilməz. Çünki hara baxsan, hardan keçsən ya özünü, izini görəcək, ya da səmirini, sədanı duymuş olacaqsan. Ancaq... burda bir mətləb də var: gərəkdir ki, o aynayla yanaşı durasan, nəinki üzbəsurət. Yəni bu halında -- sağın sağ, solunsa solunda olacağı şəklində sənin niyyətinin əsli, mayası bilinəcəkdir. Əks halda, doğruların ağ yalan, yalanların doğru kimi şəkillənər bu sağı, solu bəlli olmayan ruhlarla xəyalların qarışıq düşdüyü bir mədfəndə. Çün bu tərəflərin hər biri digər tərəfə nəzərən fokuslandığından, nisbilik məqamındadır...

...Yasaq alma Divin əlində... onun canı şüşədə... şüşə odun içində... od qayalar dimdiyində... qaya dəryanın o tayında... dərya Səməndər məkanında... Səmənd atlı Səməndər Haqqın özəyində... Haqq batilin oyununda... batil məhşər ayağında... məhşər ümid dalanında... o da talanmış şəhərdə... şəhər səhərini gözləyir... səhər quyunun dibində... quyu quylanıb içinə... gizlənib içində... Yaqutdurmu ovcundakı?.. aha... həmin o almaaa... və... aldanmış Div... aldanmış kəvakiblər... Dünya köhnə dünya...

Hörmətlərimlə: Gülgəz NUR
10-09-2025, 07:23
Ofelya Qafarova yazır: "Zaman..."


Ofelya Qafarova yazır: "Zaman..."

Keçmişin ötən xatirələrimi, indinin öz içində sıxışıb qalmış olduğu bataqlığıdır, yoxsa gələcəyin səbirsiz yaxınlayışımı?
O keçmiş günlər sanki toxunulmaz, uca, amma bir o qədər məsum görsənir düşüncələr dənizimdə...Izah olunmaz, xoş təbəssüm qarışığı buruq melanxoliyanı yaradır uzaq xatirələrimdə...
Insanın üz cizgilərini dərinləşdirən də zaman deyilmi? Həyatın yaşatdığı eniş-yoxuşların alında büruzə verdiyi dərinliklər, keçmişi xatırlayıb dodağın kənarına qonan gülümsəyişlər, göz kənarındakı, yanaqdakı o dərin, yaşanmış, yaşanmamış, peşmanlıqlarla dolu ötən illərin dərinlikləri gizlədir özünü...
Diqqətlə baxsanız itərsiniz o baxışların dərinliyində, ağuşuna qapılarsız gənclik illərinin gətirdiyi ehtirasın və bəlağətli nitqlərin atəşində.
Amma indi oturur və pəncərəni israrla döyəcləyən aramsız yağmuru izləyirsiniz, mübarizə aparan hər yağış damcısı içinizdə keçmişə dair küskün bir gülümsəyiş yaradır. Vaxtın keçdiyinə inandırır sizi çəhrayı səmada batmaqda olan yorğun günəş...Dalğaların sahilə vuruşuyla rahatladığınız yaşa gəlib çatmış olursuz artıq.
Sahilə vurmağa çalışan hər buruq sizi aparır sanki bir xəyal imiş kimi yaşamış olduğunuz o uzaq enişli-yoxuşlu cığırlara. Ağarmış saç dənələriniz, o acılı amma hər zərrəsi ilə gözəl olan günləri xatırlayıb köks ötdürən qövsünüz, baxışlarınızda gizlənmiş arzular, xəyallar sizi bir daha uzaqlara aparır.
Zaman keçmir, sadəcə biz itirik o zamanların arasında. Itirik bu qeyri-müəyyən məhfumun qolları altında. Sarılırmı bizə sıxı-sıxı, yoxsa nifrətlə itələyirmi bu sonsuzluq qədər uzun gözüküb, sürətlə keçən həyata? Bəlkə də zaman, ötən bir sayğacdan çox sənin onu necə hiss elədiyindir.
Hər birimiz bir zamanıq. Əqrəbimiz bəzən sürətlə, bəzən aramla keçir o yaşanmışlıqlardan. Bəzən bir əsrə, bəzənsə qısa bir saniyəyə bərabər xatirələrin uzərindən keçir o kiçik əqrəbimiz. Içimizdə yaşayırıq zamanı. Bəlkə də zaman sənin nə hiss etdiyindir, kim bilir?!
31-08-2025, 10:58
Dönüşlü, dönüşsüz döngələr...

Gülgəz NUR

Dönüşlü, dönüşsüz döngələr...

Bilməz idim döngəlik var, dönüm var
İtginlik var, ayrılıq var, ölüm var...


(M.Şəhriyar)

Həyat var olan gündən qaydalı, qaydasız olumları da, ölümləri də özü ilə bir yerdə gətirib, yetirib, qoyub düz(ü) dünyanın mərkəzinə. Gah bunu doğru bilib, gah da onu. Hətta 2-sinin qarışığından alınan sərgərdan tərkibi belə bəzən leqallaşdırmağı bacarıb gah səmum yeli kimi azadə tinətli, gah da dəli-dolu pəhləvan xislətli bu ərköyün dünya. "Doğrusu, yanlışı ilə zamana, meridianlara, hətta niyyətə; sevgisi, nifrəti iləsə Yerə, Göyə bağlı Dünya... Səndən kimlər keçdi, Sənin uğuruna kimlərsə tarixə, əbədiyyətə, kimlərsə sadəcə öz dünyasız dünyalarına köçdü. Axı N Ə D Ə N ürəklərə, oradan da kainata üz tutacaq bunca soyuqqanlılıq hopdurduğun toxumlarını Ana dediyin o sonsuzadək susqun, qara torpağa səpdin?"
Həyat da, demək əsl həqiqət də bu. Görünən döngələrindən, əslində isə şıltaq, tapmacalı labirintlərdən ibarət, dönümlü həyat. İlk gedişlərində sanki səninlə yolçuluq edir, səni ürkütmür, xoş-beşlə gələcəyin mübarəkbazlığını edirmiş kimi sənə yol da göstərir. Ancaq bu, yola çıxdığın ilk dalan yadında qalana qədər belə davam edir. Yolun ağına düşməyə qərar vermiş yolçunun qulaqlarına, oradan da şüuruna hakim kəsilməkdə olan o dolandırıcı uğultu getdikcə naməlum bir tarixin dabanlarının ayaq açıb çıxardığı azman taqqıltı səsinə çevrilmiş kimi olur. Toz-dumana büründüyündən yaxınlaşmağımı, uzaqlaşmağımı dəqiq bilinməyən bu səs yolçuya sanki arada yol göstərmiş kimi də olur. "Qoç döyüşünə qoç dayanar" misalı bu tədrici tanışlıq yolçuya astaca ya gözlərini 4 açıb qarşısına diqqət yetirməyi mənimsədir, ya da "küləklə sovrulanlar" dəstiri, onu öz toz-dumanına bürüyüb, bürmələyib bilinməz səmtlərə çırparaq hərəkətsiz hərəkət moduluna keçirir.
Dalanlar da labirintvari yollar sayağı dönüşlü kimi görünür... amma... ancaq... lakin... Burada üfüqün 4 istiqamətini göstərən yerin cəhət anlayışı itdiyindən küləyin istiqaməti də yolçunun qəlb səsinə bağlı qalır. İrəli, ancaq irəli təpəri, nidası ilə çaba göstərən bu qəlb mücahidinin addımlarının əslində geri və ya irəli getdiyini belə üzü dönük döngələrdən başqa bilən yox, təbii. Külək isə əsir...əsir.... yolçunun rahatlıq bilməyən qəlbi isə hey bur(x)ulur, inadının perik saldığı ümmansız eşqi ovularaq içinə tökülür, Haqdan gələn arzuları az qala səndirləyir, sonra isə hansı qüvvənin təsiri iləsə özünə söykənib azacıq qalxır, müvazinətini düzəldir... və yenə... Əcaba, kiminə havada süzən uşaq oyuncağı çərpələngi xatırladan, kiminə isə sakit olduğu qədər də qorxunc göllərdə gizli-gizli üzən timsahları canlandıran o həyati bumeranqın doğurduğu məkan bumu???
20-08-2025, 09:00
Gülgəz NUR: Etidaldan etiqada

Gülgəz NUR yazır: Etidaldan etiqada

"Qaranlıq gecədə səni gözləyib
Durmaqdan yoruldum, ey Dan ulduzu!
Uzaq üfüqlərə göz gəzdirməkdən
Az qala kor oldum, ey Dan ulduzu!"


(C.Cabbarlı)

Etiqad insana xas ən xarakterik xüsusiyyətlərdən birincisidir, desək heç yanılmarıq. Həm də necə... Onun Qütb ulduzu, qəlbinin (elə zehninin də) nicat nöqtəsi, kiminçünsə istinad qalası, kiminçünsə ümid bucağıdır O. Hər kəsin öz dünyasının rəngində, arzu bağçasının rayihəsində... bəzən də daxili riqqətinin huyundadır bu qibləgah. Maraqlıdır. Eyni məfhum, anlayış necə müstəvinin ən müxtəlif koordinat nöqtələrində yerləşə, ən zidd çalarlara malik ola, kəsəsi, tam fərqli dünyalara aparan əks qütblərə doğru uzana bilər? Həəə...demək ki, burada məsələnin əsli onu doğuran nəfəsdə, kainata ötürən səsdədir.
Diqqət etsək, dünyanı idarə edən bəlkə də elə etiqadların cəng-cidalıdır. Məhz... Ancaq onlar da (bayaq dediyimiz kimi) heç də göründüyü, bilindiyi kimi deyillər haaa. Adına fələk dediyimiz o çarəsiz çarxın başı ona görə də açılmaz qeyli-qaldadır. Hər canın öz ruhi biçimində olan işıq və ya qaranlıq, xeyir və ya şər motivli etiqad nidası. Nə etməli? Bütün zamanların ən yorğun sualı... Bəlkə vahid etiqad elə vahid cəmiyyət... vahid amal... vahid siqlət ehtiyacındadır? Ancaq bu da hansı dərəcədə vacib, arzuolunandır? İstənilən halda insan ətrafına, təcrübi fəaliyyəti olan digər cəmiyyətlərə, onların inkişaf spektrinə diqqət yetirməlidir. Axı fərd cəmiyyəti, cəmiyyət isə fərdi yaradır, ona həyati keyfiyyətlər verir. Ancaq bütün hallarda hər bir yaranışın genetik kod yaddaşı da vardır axı. Bu yaddaş yaranmışın həm ruhunda oturuşan müvazinət nöqtəsi, həm də uzaqlardan ona özünü unutmağa qoymayan Dan Ulduzu timsallıdır.
Bəli, istənilən halda insanı yönləndirən, ona yol göstərən, zülmətli dönəmlər(in)də də, salim günlərində də zehnini (və demək ki önünü) nurlandıran Dan Ulduzu elə onun şüurudur ki var. Əlbəttə, bu, mütləq şəkildə onun nə dərəcədə mütaliəli olmasına və ya zehnini açıq saxlayan müşahidəçilik qabiliyyətinin var olmasına bağlı məsələdir. Ancaq bu halda onun dünənindən əsasını götürən, habelə gələcəyinə ötürülən "genetik kod" dediyimiz o möhtəşəm Süd Yolu (məhz) ona yaşarı, həqiqətən saf bir səhifə yazmasına vəsilə olacaq, mayasını, ruhunu İlahidən aldığı məhz o etiqadı sayəsində gerisinə (və demək ki gələcəyinə) xeyiri ölçüyə gəlməyən sərmayə qoyacağına zəmin yaradacaqdır.
8-08-2025, 09:07
Gülgəz NUR yazır: Daş yaddaş


Gülgəz NUR yazır: Daş yaddaş

"...Ağ Daş, Qara Daş,
Mən sənə yoldaş...
"

(Xalq deyimi)

Dilimizdə, qan yaddaşımızda, ruhumuzun ta özəyində daşla bağlı xeyli daşlaşmış xatırlamalar, möhürləşmiş deyimlər var. Elə Daş Yaddaşımızdan tutmuş Zülmətin Daşına qədər. Nədən? Nədir bu deyimlər? Kökünü, səbəbini nədən alır bu çarəsiz çarəyə çevrilmiş qorlaşmış damlalar? "Bu dünyanın qara daşı göyərməz" deyən zaman(Daş)ımız da öz katrinlərində bir tərəfdən gələcək sivilizasiyaların bitirəcəyi aysberqlərdən xəbər verirsə, digər tərəfdən, ruh arxa(Daş)larının gəlmişini, keçmişini bağrının pərdələrində gəlişdirir. ZÜLMƏTDƏ BİR DAŞ VAR... QOYAN DA PEŞMANDIR, GÖTÜRƏN DƏ. Ağrılı olduğu qədər də nidası qoyulmayacaq ümidverici və yaşarı istək, tələbat... bir az da Tanrıdan gələn əmr!..
"Ən böyük xoşbəxtlik itirdiyini tapmaqdır", deyə düşünüb bir zamanlar insan oğlu. Bu düşüncə hər zaman məşğul edib onun zehniyyətindən narahat bəbəklərinə qədər axan düşüncə labirintini Nəymiş Onun itirdiyi? Nəyin peşindədir az qala yollarda peşmanlıqla vurnuxan bu sərgərdan dərviş? Qoyan da Özü, götürən də... Qoyduran da qan yaddaşı, götürdən də... Nədən çözülmür bu nigaranlıq? Bəlkə Ona heç toxunmayaq da? Nəfəsimizlə ona ruh verib, üzərində çiçəklər bitirtməyə çalışaq? "Hər daşın üzərində də çiçək bitmir" anlayışını getdikcə məhdudlaşdırıb, əksinə, ona həyat verməyə qalxaq bəlkə astaca?.. Ən azı, zehnimizdə, inancımızda, məqsədimizdə... lütfən. Həsrətdən, hicrandan cana doymuş şüurumuz iliyinə qədər ehtiyac duyduğu o azadəliklə titrəşən səmtə doğru azacıq belə cilvələnsə günahmı olar??? Bu, fırlanan dünyamızın qanunlarının da aramızda dağ bitirmiş dəyirmanının üzərində də İlahi bir çıraq yandırmazmı?
Bəşərin yolu təbiət(in)dən keçir, təbii. Demək ki, həyata açılan cığır da elə suları nura çevirərək daşların üzərinə səpib, onları canlandırmaqdan keçir... deyə, düşünür axı qərib yolçu da...
1-08-2025, 18:55
Gülgəz Nur yazır: Qayalarla üz-üzə...

Qayalarla üz-üzə...

"...küləklər talayar, dalğalar yalayar...
qış olar, yaz olar qara, boz qayalar..."

(ANAR)

Qaya kimi mətin... qaya qədər susqun... qaya misalı əzəli, əbədi... Kim qoyub bu yükü məhvərini yerin ta təkindən alan qayaların üzərinə? Ümumiyyətlə, bu məsuliyyət yükü təqdir olunandırmı? Qayanın həyati inikası varmı? Onun əsl missiyası nədən ibarətdir? Suallar çox və tale yüklüdür. Mənə görə isə qayalar dağların sələfi, onların tarixi sədası, ruh yoldaşıdır. Sanki ərköyün balasının daşlaşmış, qoruyucu mələyi, nigaran baxışlı Anası, pasibanı, həm də sabahının sükuta dönüşmüş əks-sədasıdır. Onlara rast gəlinən yerlərə diqqət etsək, görərik ki, ya nəhrlərin astanası, ya da zamanında çağlayan, indi isə artıq quraqlaşmış kimi görünən məkan aşırımlarıdır ünvanları. Demək ki, qayalar dəryaların əzəli və əbədi mirvarisi, təmənna tanımayan bir eşqlə baxan bəbəkləridir. Qayaların zirvəsi də missiyası qədər möhtəşəmdir... fəqət... bütün tarixləri üstələyən və dünyanın özü ilə rəqabətə çıxmağa qadir addımlarının ətrafı İnsan oğlu üçün təhlükəli, aldanış doludur. Nədir bu təhlükə? Əbədiyyən Dərya Sonası ilə iltifatda olan qayaların açıq qucağı əsasən və əksərən sahildə olsa da, göz qapaqlarının altı uçurumlu və dərindir. Bu da amansız suların onların köksünü sanki durmadan ovundurmağa və... aşındırmağa çalışmasındandır, şübhəsiz. Bəli, bu -- Dərya-Qaya sevgisi... əhd-peymanı... arxadaşlığıdır. Bunun heç bir halda təbiətən arxasına arxa çevirən insan amilinə şans verəcək bir vergülü, nidası yoxdur. Bu üzdən, təbiətin təbi, ruhu onunla həmahəng döyünənçün ana məhəbbətli, cəngi-cidala çıxmağa hazır olan üçün isə konkret, hətta amansızdır. Sənsə, İnsan Oğlu, o susqun ruhlu daşları sev, onları duymağa, anlamağa çalış. Sev ki təbin təbiətdən, ruhun aləmdən ayrı düşməsin. Belə olarsa, bütün yollar sənə, sən isə dünyanın Özünə ismarlanarsan.

Gülgəz NUR
24-07-2025, 07:35
Gülgəz NUR yazır

Gülgəz NUR


Üfüqi sual

"Gözlərimdən yuxu qaçmış, məni boğmaqda xəyal,
Düşünən beynimi sarmış yenə bir qəmli sual..."


(M.F.Axundzadə)

Varlıq... Bu kəlmənin altında düşünə bildiyimiz və bilmədiyimiz hesabsız mövcudiyyatlar toplanıb. Gördüyümüz və təsəvvür etdiyimiz; görmədiyimiz və sandığımız; duyduğumuz və hətta duyğumuza yönəltməyə çalışdığımız (varlıq qüdrətlidir)... Və bu "varlıq" dediyimiz əslən vahid anlayış olub, ancaq ötən yaranışlarda zaman-zaman fərqli libaslara bürünüb, fərqli adlar alaraq, müxtəlif anlamlar daşımağa başlayıb.
Beləliklə, sivilizasiyalar dəyişdikcə özündən (hüceyrəsindən) xəbərsizləşməyə doğru yuvarlanan... adına həm də "insan övladı" deyilən bu möcüzə varlıq sanki özü ilə təhtəlşüuri mücadiləyə başlamalı olub. Təbiətin ayrılmaz hissəsi olan bu Yaramış zatən tam-tamına elə bu təbiətin səbəb və nəticəsi olaraq da hələ fidankən hər cür himayə altına alınmış təbiət bəsləntisi və səhranın hər cür təbii ərköyünlüyünə duruş gətirmək məcburiyyətində qalan Qədərə uğramış qurban kimi 2 cəbhəyə ayrılmalı olub. İndi diqqət edək: Bağ-bostanda qulluq ilə ərsəyə gələn təbiət neməti xəfif, köməyə ehtiyaclı, daim qulluq istəyən olsa da, uyumlu və bəhrəlidir. Üstəlik, ətraf da ondan bəhrələndiyindən canayatımlı, gözəl, diqqətəşəyandır. Səhranın sazağına, susuzluğuna, ilgisizliyinə sinə gərən Yaranmış -- digər nemət isə möhkəm, dözümlü olsa da, bəhrəsiz və görünüşsüzdür. Əcaba, kimdir müqəssir? Qulluq altında böyüyən nemətin daxili gücü göründüyü qədərilə bəhrə verməyə meyllənib. Digər, əks mühitin Yaranmışının isə potensialı daxili və xarici mücadilələrə xərcləndiyindən, nəticədə bəhrəsizliyə uğrayıb. Əlbəttə, Yaradan hər bir Qədərin, taleyin mayasına bir hikmət verib təbii. Amma...ancaq...lakin... Yaranmış da daim özünü ifadə etməyə, gündüzlər Günəşin üzünə gülümsəməyə, gecələr Aya səcdə etməyə, bununla da Yaradanını xoşnud etməyə ehtiyaclıdır axı. Vəziyyət isə elə gətirib ki, necə deyərlər, bağdakı bu halı heç xatırlamır, dağdakı isə acılardan yorğun düşmüş kökünün budaqlarına axıtdığı sızıltıdan doğan məyusluğu səbəbilə gülümsəməyi çoxdaaaaaan unudub.
Dörd yol ayrıcında oturub bu halı seyr edən Qərib Yolçu isə titrək, codlaşmış dodaqları arasında sıxdığı müştüyünə dərin bir qullab vuraraq pərişan düşüncələrə dalıb: "Kimdir müqəssir? Təbiətmi? Qədərmi? Ya Yaranmışın ilkin rüşeymlərimi?"
22-07-2025, 23:43
Müdafiə Nazirliyi saziş imzaladı


Müdafiə Nazirliyi saziş imzaladı

"IDEF2025" sərgisi çərçivəsində Türkiyənin "Baykar" Müdafiə Sənayesi şirkəti ilə Azərbaycan Müdafiə Nazirliyi arasında "Logistika Dəstəyi və Satış Müqaviləsi” imzalanıb.
Bu barədə"Baykar" şirkətinin "X" hesabında məlumat verilib.
"Bu əməkdaşlığın hər iki qardaş ölkə üçün xeyirli olmasını arzulayırıq", - paylaşımda bildirilib.
19-06-2025, 21:53
Marıxda yatanlar yuxuya, qardaşlar sevincə dalsın!


Marıxda yatanlar yuxuya, qardaşlar sevincə dalsın!

İki il öncə güclü yeraltı təkanların dağıtdığı Kahramanmaraşda bugün duyğu yüklü, düşüncə əsaslı fikir təkanları baş verdi: dost da, dosta ola bilməyənlər də Azərbaycan Məhəlləsindən nəsibini aldı. Bilirsiz, bu, nə deməkdir? - Bir dastana, epopeyaya mövzu ola biləcək bu hadisənin bir neçə özəl, incə çizgisi vardır. Qarabağda, Zəngəzurun Gündoğarında kəndlər, şəhərlər tikən, “Böyük Qayıdış” Proqramını həyata keçirən Azərbaycan Respublikası, tarixi Zəfərinin sevincini qardaş ölkəyə daşıyır. Bu, Azərbaycan ilə Türkiyənin doğrudan -doğruya bir millət, iki dövlət olduğunu təntənəli surətdə və bir daha sübut edir! Sübut edir ki, dörd yanımızda aləmin bir-birinə qarışdığı zamanda Azərbaycan ilə Türkiyə sabitlik, inkişaf, ümid və inam ünvanlarıdır. Hər qardaş qonşuluq, hər qonşu qardaşlıq edə bilmir. Bu anlamda, Kahramanmaraşda bugün yaşananlar, qardaşlığımız üzərinə kölgə salmaqçün marıxda yatanların ovqatını əməlli-başlı pozur. Ayrıca, Kahramanmaraş adı, coğrafiyası simvolik anlamlar da daşıyır və bugünümüzlə səsləşmələr içindədir. Bəlli - böyüklü-kiçikli bacılar ötən yüzilliyin əvvəllərində oralarda min hoqqadan çıxırdı; ancaq ümumişlək sözlə desək, xalq ruhunun cəsarəti paşa, məmur, vəkil, mühəndis və b. gözləmədən hətta bir südçünün, imamın və yeniyetmənin belə, işğalçılara üsyan bayrağı qaldıra biləcəyini bir daha və bir daha sübut etmişdi o illərdə...
Kahramanmaraş elə Kahramanmaraşdı!
Kahramanmaraş belə Kahramanmaraşdı!
Bəli,
Kahramanmaraşda Azərbaycan Məhəlləsinin açılışı və bununla bağlı, Prezident Əliyevin Türkiyəyə səfəri tarixi xarakter daşıyır.
Söhbət təkcə tikilən məhəllədən deyil, yeni mərhələdən, yüksələn mərtəbədən gedir.
Tarix bir daha tanıqlıq etdi:
Azərbaycan və Türkiyə eyni soydan gəldikləri kimi, eyni taledən, eyni dərddən və inama çevrilmiş eyni ümiddən doğulmuş iki dövlət, bir millətdir. 19 iyun 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin qardaş ölkəyə etdiyi səfər bu həqiqətin daha bir möhtəşəm təcəssümü oldu.
İki il öncə – 6 fevral 2023-cü ildə baş verən dağıdıcı Kahramanmaraş zəlzələsi yalnız Türkiyənin deyil, bütün Türk dünyasının ürəyini ağrıtmışdı. Həmin anda Azərbaycan dövləti və xalqı dərhal qardaş köməyinə çatdı – təkcə axtarış-xilasetmə dəstələri deyil, həm də hərarətli dualar, dost əllər, açıq qəlblər yollandı o bölgəyə... Azərbaycan ilk yardım edən ölkələrdən oldu, ilk çadırlar, ilk içəcək-yeyəcəklər, geyəcəklər, ilk təskinlik sözləri Azərbaycandan oldu.
Bu gün açılışı baş tutan Azərbaycan Məhəlləsi həmin həmrəyliyin daimi abidəsinə çevrildi; yenidənqurma deyil bu, bu, birlik ruhunun təntənəsidir. Təkcə evlər yox, qardaşlığın qoşa divarları hörülür, damlar altına Türkiyə-Azərbaycan sevgisi salınır. Təsadüfi deyil ki, açılış törəninə həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsən qatıldı. İki liderin Hava limanında səmimi görüşü, qarşılamadakı təntənə, ardınca keçirilən müzakirələrin dərinliyi bir daha göstərdi ki, bəli, bu səfər sadəcə protokol səfəri olmayıb, illa tarix yazan, gələcək quran səfərin özüdür!
Açılış törəni özü bir məktəb, bir ismarıc idi: Səhnədə səslənən nitqlər, xalqın gözlərindəki şükranlıq, minnətdarlıq və sevinc, təqdim olunan sənət örnəkləri, qutsal bayraqların qoşa dalğalanması – hər şey, hər şey gözəldi, özəldi! Bəli, bəli, “Bir millət, iki dövlət” şüar deyil, bu, yerə kök salmış, göyə budaq atmış, Günəşin nuruna boyanmış sarsılmaz bir həqiqətdir.
Azərbaycan Məhəlləsi artıq təkcə bir yaşayış yeri yox, türkün dərdinin türkün əlindən tutması ilə gidərilməsi nişanıdır. Bu küçələrdə Azərbaycanın adının ruhi energetikası dolaşacaq; bu Məhəllədə böyüyəcək uşaqlar biləcək ki, onların evi bir zamanlar uzaqdan gələn, amma könüldən yaxın qardaşlar tərəfindən tikilib. Onlar torpağın necə silkələndiyini deyil, qardaşlığın necə möhkəm olduğunu xatırlayacaqlar.
Bu səfər və bu açılış bir daha sübut etdi: Harada türkün gözü yaşlıdırsa, orada Azərbaycan vardır. Harada Azərbaycan var, orada da Türkiyənin Ürəyi döyünür. Bu birliyin adı Turan ruhu, bu ruhun təcəssümü isə Kahramanmaraşdakı Azərbaycan Məhəlləsidir!
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!