Aşıqların dillər əzbəri – “Düşübdü” .....                        Füzulidə yanğın - Tüstüdən zəhərlənən var .....                        Azərbaycan "Prezident Kuboku"nda ilk medalı qazandı .....                        “Avroviziya” 1 həftə sonra başlayır! - Azərbaycan nə vaxt çıxış edəcək? .....                        Xınalığa dolu düşüb - VİDEO .....                        Azərbaycanda baş direktor və müavini cinayət başında saxlanıldı .....                        Prezident BMT Baş katibinin köməkçisini qəbul etdi .....                        Şoyqu müharibə ilə bağlı yeni göstəriş verdi .....                        İlham Əliyev İraq parlamentinin sədrini qəbul edib .....                       
Tarix : 29-11-2017, 10:22
 Dəli yox, dahi böyüdün


Belə bir deyim var “Sağlamlığımızı xərcləyirik ki, çox pul qazanaq, sonra qazandığımız pulu xərcləyirik ki, sağlamlığımızı geri qaytaraq”. Əgər bu misala bir qədər dəyişiklik edib mövzumuza uyğunlaşdırsaq deyə bilərik ki, vaxtımızı almasınlar deyə körpələri mobil telefona öyrədirik, sonra bütün vaxtımızı, sağlamlığımıızı, pulumuzu xərcləyirik ki, onları normal həyata qaytara bilək.

Əsrimizə təkcə robot əsri, atom əsri yox, həm də dəlilik əsri deyiblər. Bunu hamı bilir və artıq dünyada baş verənləri hamı adi qəbul edir, “mən dünyanı dəyişə bilmərəm ki” deyir. Əlbəttə, bu, doğru bir qənaətdi. Çünki, Allahın hökmündə olana bəndə nə edə bilər? Bir haldaki, dünyanın sonunu yaxınlaşdıran əlamətlərin hamısı, demək olar ki, var: hündür binaların sayı çoxalacaq, uşaq evdə böyüklük edəcək, qadınlar kişi paltarı, kişilər qadın paltarı geyəcək və.s. Amma gəlin unutmayaq, qədim insanlarTanrıdan üç dilək diləyiblər: səbir,güc, müdriklik. Səbri istəyiblər ki, Allahın hökmündə olana dözə bilsinlər, gücü, qüvvəti istəyiblər ki, özlərinin etməli olduqlarını edə bilsinlər. Müdrikliyi də istəyiblər ki, Allahın hökmündə olanla özıərinin etməli olduqlarını seçə bilsinlər.

Bu gün insanların etməli olduqları odur ki, hər kəs öz dünyasının işıqlı keçməsi üçün var gücü ilə çalışsın. Bu mənada gənclərin üzərinə, bəlkə də, tarixi bir məsuliyyər düşür. Hər şeydən əvvəl onlar bu fikri qəbul etməlidirlər ki, onların düz bildiklərində də bir yanlışlıq ola bilər və yaşlı insanların məsləhətini, tövsiyəsini eşitmək çox vacibdi. Çünki indi gənclərin yol verdiyi səhvlər təkcə özlərinə çətinlik yaratmır, həm də dünyanın sonunun yaxınlaşmasına xidmıt göstərir. Əgər südəmər körpə ana laylası eşitmək əvəzinə mobil telefon ona ham nağıl danışır, həm layla çalırsa, telefonu görməyəndə çığırıb sakitləşmək bilmirsə, gənc valideyinlər bu barədə düşünməlidirlər. İndi bütün uşaqlar belədi-deyib bütün vaxtını kompüter arxasında keçirən gənc valideyinlər: mobil telefonlabeyin hüceyrələrini şüalanandırdığınız körpənizi dəlilik əsrinin bir nümayəndəsi kimi böyütdüyünüzün fərqindəsinizmi?

Əgər qəbul etsələr, gənc valideyinlərə bir tövsiyəm də var. Çalışın fiziki və mənəvi gücünüz varkən bu gün övladlarınız üçün etməli olduqlarınızı edəsiniz ki, səhvinizin acı nəticəni görəndə və bu yükü daşımağa gücünüz çatmayanda peşiman olmayasınız. Canlı ünsiyyət uşaqların sağlamlığı üçün birinci dərəcəli vacib şərtdi. Körpəlikdən uşaqlarınızla söhbət edin. Laylalarınızla musiqini, nağıllarınızla həyatın çətinlik və gözəlliklərini, tapmacalarınızla iti düşüncəni, atalar sözləri ilə müdrikliyi, qayğıkeşliyinizlə sevgini, zəhmətkeşliyinizlə şücaəti, təmkininizlə səbri və dözümü öyrədin övladlarınıza.

Sizdən aldıqları müsbət enerjionların ruhi sağlamlığı üşün vacib şərtdi. Çalışın dəli yox, dahi böyüdəsiniz.

İsmət Ələkbərqızı
Butov.az


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!