Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                        Ağdamda maşın sərxoş piyadanı vurub öldürdü .....                        XİN Başçısı Belqradda Heydər Əliyevin abidəsini ziyarət etdi .....                        Bakıda uçqun oldu: Ölən var .....                        Bakıda vəzifəli şəxsin hamamda meyiti tapıldı .....                        Bakı metrosunun yeni sədri işə başladı .....                        Haluk Levent xəstəxanaya yerləşdirildi .....                       
Tarix : 20-12-2017, 17:43
80 ilin işığında



Səbail rayonunun məktəblərindən biri 163 nömrəli tam orta təhsil ocağıdır. Məktəb ötən əsrin 30-cu illərində indiki Aydın Məmmədov küçəsində orta məktəb (I-VII siniflər) kimi fəaliyyətə başlayıb. Dərslər Azərbaycan və rus dilində keçirilib.

163 saylı məktəbin böyük şagird kontingenti və pedaqoji kolletivi var. Məktəb qabaqcıl iş təcrübəsi, elmi-pedaqoji potensiala malikdir. Onun tədris metodları hazırda Avropa təhsilinə inteqrasiya olunmaqla həm də özünün qabaqcıl iş təcrübəsinin zənginləşdirir.

Məktəb yeni layihələrlə işləyir. Konstruktiv təlim metodları təlim-tərbiyə prosesinə tətbiq edilir. Müəllimlər konstruktiv təlimin üsul və vasitələri ilə emi-nəzəri və metodik biliklərini zənginləşdirir, seminar və treninqlər keçirirlər. Məktəbin uğurlarından biri I siniflər üçün “Sağlam Təhsil, Sağlam Millət” layihəsidir. Həmin layihə bu ildən uğurla tətbiq edilməyə başlamışdır.

Bütün müəllimlər kompyuter texnologiyasına demək olar ki, yiyələniblər. Proqram layihəsi uğurla yerinə yetirilib. Dərslərdə şagirdlər tədqiqatlar (araşdırmalar) aparmaq məqsədilə internet şəbəkəsindən müvafiq məlumatlar əldə edir və İKT-nin fəal istifadəçisinə çevrilir. Əldə olunan məlumatlar hər bir fənn sinifi üçün yaradılaraq qovluqlarda yığılıb saxlanılır.
Məktəbdə güclü pedaqoji potensial mövcuddur ki, hər hansı çətinliklərin, problem-situasiyaların öhdəsindən gəlməyə və vaxtında operativ həll etmək bacarığına qadirdir.
Tədris prosesin tətbiq olunan innovasiya layihələri, pedaqoji yeniliklər məktəbin iş təcrübəsini zənginləşdirir. Təbii ki, problemlərin kollektiv, demokratik həllində məktəb direktoru aparıcı simaya malikdir. Tanınmış pedaqoq və təşkilatçı Sevil Cavadova 2016-cı ildən 163 nömrəli məktəbə rəhbərlik edir. Keçən müddət ərzində onun təşkilatçılığı ilə məktəb hər tərəfli inkişaf etdirilib. Müəlim və şagird heyəti internet resurslarından səmərəli istifadə edir. Çağdaş pedaqoji yeniliklər məktəbə gətirilir. Məktəbşünaslıq sahəsində kollegial təkliflər və fikirlər müzakirə edilməklə əməli iş təcrübəsinə çevrilir. Məktəbdə normal iş şəraiti və səmərəli öyrənmə mühiti yaradılıb. Sevil xanım milli ruhlu, demokratik görüşlü gənc rəhbərdir. İmtahan verərək məktəbə direktor təyin edilmişdir. Hazırda təhsil prosesinin demokratik təşkili və idarə olunmasında, onun əhəmiyyətli rolu və mövqeyi vardır. Yenilikçi direktor müəllim və şagirdlərin iştirakı ilə sinifdənxaric və məktəbdənkənar tədbirləri təşkil edir və pedaqoji-metodik müzakirələr, müşavirələr, şuralar keçirir. Bu baxımdan məktəbdə sinif rəhbəri və valideyn yığıncaqlarının təmin edilməsi üçün demokratik şərait yaradılıb.

Müəllim və şagird şəxsiyyətinə dərin hörmət, düzgün münasibət məktəb fəaliyyətinin, pedaqoji prosesin əsasını təşkil edir. Sevil Cavadova hesab edir ki, məktəbdə hər bir şagird və müəllimin təhsil prosesində öz sözü, öz yeri olmalıdır. Öyrədən müəllim öyrənən şagirdin səsinə həssaslıqla qulaq asmalı, onun tələbatına tam cavab verməlidir.

Direktor üçün ən yüksək göstərici sağlam pedaqoji mühitin reallaşdırılmasıdır ki, Sevil müəllimə buna nail olubdur.
Məktəbin müəllim və şagirdləri yeni layihələr axtarışındadır.

Direktorun təşkilatçılıq bacarığı və axtarışlara, innovasiyalara meyilliyi, əzimkarlığı nəticəsində məktəbdə yüksək təhsil uğrunda elmlərə can atan istedadlı şagirdlərimizin sayı artmaqda, onların yaradıcı qabiliyyəti daha geniş sahədə üzə çıxmaqdadır. Məktəbdə və respublikada, habelə, regionlarda hər il keçirilən fənn olimpiadaları bu baxımdan daha əhəmiyyətli rol oynayır.

2016-2017-ci il tədris ilində məktəbin fəal, istedadlı şagirdləri yüksək nəticə əldə ediblər. Hazırda məktəbdə başlıca vəzifə şagirdlərə elmin əsaslarını dərindən mənimsətməklə yanaşı, həm də onları dövlətimizin gələcəyi naminə layiqli vətəndaşlar kimi tərbiyə etməkdir. Bu günün müasir gəncləri eyni zamanda qlobal düşüncə və fikir sahibi olmalı, yaradıcı təfəkkür qabiliyyətinə, intellektual dərk etməyə, hər tərəfli bacarıq və vərdişlər sisteminə yiyələnməlidir.

Hazırda 163 saylı məktəb demokratik şəraitdə fəaliyyətini davam etdirməkdə, fəal məktəb statusunu daha artıq möhkəmləndirməkdə, qoruyub saxlamaq əzmindədir. Biz məktəb rəhbərliyi, şagird və müəllim kollektivini 163 saylı şəhər orta məktəbinin yaradılmasının 80 illiyi münasibəti ilə ürəkdən təbrik edir, məktəb rəhbərliyi və pedaqoji kollektivə təlim-tərbiyə sahəsində daha böyük uğurlar arzulayırıq.

Səkinə Əlizadə,
Azərbaycan Milli Elmlər
Akademiyasının əməkdaşı



Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!