İranda SEPAH generalının oğlu öldürülüb .....                        Bu rayonlara qar yağır .....                        Türkiyədə məşhur aktyor saxlanılıb .....                        İki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ .....                        Fazil Mustafa teleaparıcının müdafiəsinə qalxdı .....                        Tehranda 200-dən çox etirazçı öldürülüb - “Time” jurnalı .....                        Paşinyan II Qareginin fərmanını rədd etdi .....                        Elçibəyin qardaşı oğlu: "Ərturquta dedim ki, o kimdi axı, məhkəməyə verirsən?!" .....                        ABŞ İranın cəsur xalqını dəstəkləyir! - Marko Rubio .....                       
Tarix : 10-02-2019, 21:53
“Cırtdan” xalq nağılı surdotərcümə ilə nümayiş olunub


Fevralın 9-da “Bakı Kitab Mərkəzi”ndə “Deaf Community MMC”
və “Bakı Kitab Mərkəzi”nin əməkdaşlığı ilə eşitmə və nitq məhdudiyyətli uşaqlar
üçün “Cırtdan” xalq nağılı surdotərcümə ilə nümayiş olunub.

“Cırtdan” xalq nağılı surdotərcümə ilə nümayiş olunub


Butov.az
xəbər verir ki, nağıl “Deaf Community MMC” -nin kőnüllüsü Arina Qəribova tərəfindən oxunub MMC- nin
baş təlimçisi Turan Məmmədli tərəfindən jest dili ilə tərcümə olundu.Tədbirdə
eşitmə və nitq məhdudiyyətli uşaqlar və böyüklərlə birlikdə sağlamlıq imkanları
məhdud olmayan uşaqlar, jest dilinə maraq gőstərən insanlar da iştirak
edirdi.Olduqca maraqla qarşılanan tədbiri MMC-nin rəhbəri Nuranə Abıyeva nitqi
ilə açıq elan edib,yaratdıqları şəraitə görə Bakı Kitab Mərkəzinin rəhbərliyinə,
başda menecer Cəmilə Abdullayeva olmaqla bütün işçi heyətinə ya dərin
təşəkkürünü bildirib.Nağıl tərcüməsi bitdikdən sonra Turan Məmmədli tərəfindən
nağılın musiqisi olan “Cırtdan” uşaq mahnısı da tərcümə edildi.Tədbirdə ADPU
korreksiyaedici təhsil fakültəsinin müəlliməsi,təcrübəli loqoped Adilə
Mürsəlova və onun şagirdləri,55 saylı məktəbdə təhsil alan uşaqlar və
valideynləri, “Mənim Mələklərim”layihəsinin rəhbəri Ilahə
Abdullayeva , “Ümid var” xeyriyyə təşkilatının nümayəndələri iştirak edirdi.

“Cırtdan” xalq nağılı surdotərcümə ilə nümayiş olunub


Çıxış edən Adilə Mürsəlova və sağlamlıq imkanları
məhdud şagirdlərin valideynləri tədbiri çox bəyəndiklərini,bu cür layihələrə
ehtiyac olduğunu və təhsilin,sosiallaşmanın hər uşaq üçün əsas olduğunu qeyd
etdilər.Eşitmə və nitq məhdudiyyətli istedadlı balaca
qonaqlar tərcüməyə baxdıqdan sonra “Cırtdan” nağılının təsəvvürlərində
canlanan əksinin rəsmini çəkib,xatirə olaraq komandaya hədiyyə etdi.
Xoşagələn məqamlardan biri isə tədbirin sonunda həm “Bakı Kitab
Mərkəzi” həm də Zəngi liseyinin 2-ci sinifində təhsil alan Aslanlı Ümid
tərəfindən eşitmə və nitq məhdudiyyətli şəxslərə kitab hədiyyə
edilməsi oldu.

“Cırtdan” xalq nağılı surdotərcümə ilə nümayiş olunub


Paylaş



Bölmə: Ana seife
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!