Zəngilan və Cəbrayılda qartəmizləmə işləri görülür .....                        Lerikin kəndlərinə işığın verilməsi bərpa olunur - "Azərişıq” .....                        Əliyar Ağayev Avropa Liqasına təyinat aldı .....                        Vaqif Allahverdiyevə 8 il həbs verildi .....                        Rayonlarda qar intensivləşib, 12 dərəcə şaxta var .....                        Bu mükafatı almaq mənim üçün böyük şərəfdir - İlham Əliyev .....                        İlham Əliyev bank prezidenti ilə görüşdü .....                        Avropa Birliyindən Trampa XƏBƏRDARLIQ .....                        Kəlbəcərin yeganə 20 Yanvar şəhidi - Firuz Cabbarov .....                       
Tarix : 31-05-2021, 22:36
Mars üzərindəki görüntülər necə çəkilir?


Mars üzərindəki görüntülər necə çəkilir və Dünyaya necə göndərilir?
NASA-nın Perseverance uzay maşını, Marsda çəkdiyi görüntüləri bütün gücü ilə bizə göndərməyə davam edir. Bəs bu görüntülər necə çəkilir? Görüntülərin bizə gəlib çatmasında hansı texnologiyadan istifadə edilir? NASA, kosmos tarixi üçün vacib bir tapşırığı daha keçdiyimiz günlərdə uğurla tamamlamışdır. ABŞ-ın kosmik maşını İyul 2020-də yolladığı Perseverance kosmik maşını uğurlu bir şəkildə Mars üzərinə endirdi. Uğurlu enişin ardından ilk görüntülər yayılmış, kosmik maşının Marsa eniş etdiyi zamana aid video paylaşılmışdı.
NASA-nın paylaşdığı videoda Perseverance kosmik maşınının üstündəki kameralardan çəkilən görüntülərə yer verilirdi. Bununla birlikdə Mars planetindən də səs eşitməyi bacardıq. Marsdan bir çox maraqlı şəkil və səs də Perseverance sayəsində bizə çatdı. Yaxşı ,NASA bizdən 470 milyon kilometr uzaqda yerləşən Marsda çəkilən görüntüləri və səsləri bizə necə çatdırdı?
Gördüyümüz görüntülər əlbəttə Marsdan gələn ilk görüntülər deyildi. Yalnız Perseverance tərəfindən çəkilən görüntülər 20 MP-lik kameraların istifadə edilməsi planetin ilk dəfə bu qədər dəqiq görməyimizi təmin etdi. Gördüyümüz görüntülərin arxasında 23 ədəd kamera durur. Bu kameralardan yeddi ədədi ancaq planetə giriş, alçalış və eniş proseslərini yadda saxlamaq üçün maşına əlavə olunmuşdu. Yeni aydın görüntülər sayəsində NASA-nın alimləri növbəti Mars missiyasında istifadə ediləcək kosmik maşının eniş mərhələsinə daha yaxşı hazırlaşmaq fürsəti əldə edəcəklər.
NASA kosmik maşının üzərindən yalnız eniş görüntülərini deyil, bir də Perseverance kosmik maşınının üstündən çəkilən 360 dərəcəlik bir şəkili də paylaşdı.

Şəkilləri çəkmək başlı-başına texniki bir problem olarkən, bu şəkilləri planetimizə çatdırmaq, həll olunmalı problemlərin başında gəlirdi. Və bu anda NASA-nın MAVEN adlı peyki dövriyyəyə girir. Təqribi 6.5 ildir Mars ətrafında dövr edən bu peyk Perseverance missiyasında telekommunikasıyanı təmin etmək üçün önəmlidir.
Ultra yüksək frekanslı radio ötürücüdən istifadə edən MAVEN verilənləri ən çox 2.048 kbps sürətlə Dünyaya çatdırır. Kosmik maşın verilənlərin uğurla göndərilməsi üçün keçdiyimiz il hesablanan bir orbit mövqeyinə gətirilmişdi. Lakin kosmik maşının göndərmə sürətinin yavaş olması NASA-nı fərqli bir həll yolu tapmağa məcbur etdi.
Perseverance missiyasında yer alan kamera mühəndisi Adam Nelessen, bu görüntülərin kosmik maşınındakı Data Stora Unit(DSU-Verilən saxlama vahidi) sayəsində daha cəld bir şəkildə bizə çatdırdığını açıqladı.

Cavid İmaməliyev


Paylaş



Bölmə: Ana seife / Dünya / Karusel / Slayd
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!