Milyardlarla dollar ziyan: Ukraynanın enerji sektoruna ağır zərbə .....                        Fransada gözəllik salonuna qumbara atılıb - Yaralananlar var .....                        Ekrem İmamoğlunun qaynı həbs edilib .....                        Yolumuzu gözləyən var... .....                        Sabiq nazir müavininin meyiti tapıldı .....                        Bakıda şagird reanimasiyaya yerləşdirildi .....                        ABŞ İrana qarşı hərəkətə keçdi .....                        Masallıda ağır qəza - Ölən var .....                        Prezident Saleh Məmmədovu işdən çıxardı - YENİ TƏYİNAT .....                       
Tarix : 31-07-2017, 10:59
SABAH qrupları  Almaniyada səfərdə olub



Butov.az xəbər verir ki, Təhsil Nazirliyinin SABAH İcra Komitəsinin rəhbəri, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professor-müəllim heyətindən ibarət nümayəndə heyəti Almaniya Federativ Respublikasında səfərdə olub.

Səfər zamanı nümayəndələr Halle şəhərində Halle-Vittenberq Universitetində görüş keçirib, əməkdaşlıq imkanlarını, Bakı Dövlət Universiteti və Halle Universitetinin İqtisadiyyat və Hüquq fakültəsi ilə birgə ikitərəfli hüquq üzrə fəlsəfə doktorluğu (PhD) proqramının təşkili məsələlərini müzakirə ediblər.

Sonra “Folksvagen” Fondunda olan nümayəndə heyəti beynəlxalq layihələr üzrə mütəxəssislərlə görüşüb, elmi layihələrə fondun maliyyə dəstəyi ilə bağlı söhbət aparıblar.
Növbəti günlərdə əməkdaşlar Bonn şəhərində DAAD (Alman Akademik Mübadilə Xidməti) nümayəndələri ilə görüşüb, təşkilatın həm universitetin tələbələri üçün, həm də akademik heyət üçün nəzərdə tutulmuş təhsil proqramları ilə tanış olub, iştirak imkanlarını müzakirə ediblər.
SABAH qruplarının məzunu Günay İmanzadə Almaniyanın Rostok şəhərində keçirilən 6-cı Rostosker Beynəlxalq Konfransında iştirak edərək nanomateriallar mövzusuna dair məqalə ilə çıxış edib. Ümumilikdə 13 ölkədən 70 nəfər tədqiqatçının iştirak etdiyi konfransda Azərbaycan heyətini SABAH qrupları, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri təmsil edib.

Butov.az


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!