EUMA-ya yeni rəhbər TƏYİN EDİLDİ .....                        ABŞ-İran müharibəsinə hazırlıq gedir? .....                        TBMM sədri: Tarixi məsuliyyət yerinə yetiriləcək .....                        Qalatasaray Yuventusu darmadağın etdi .....                        Çox ölkədə Ramazan sabah başlayır .....                        Bakıda torpaq sürüşməsi baş verib - VİDEO .....                        Cenevrədə danışıqların birinci günü başa çatıb .....                        İranla ABŞ barışır .....                        Ukraynanın keçmiş ədliyyə naziri həbs olunub .....                       
Tarix : 17-09-2019, 13:18
ADMİU-nun tamaşası Türkiyədə mükafat qazanıb - FOTOLAR

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kollektivi İstanbul Maltəpə Bələdiyyəsinin keçirdiyi Beynəlxalq Teatr Festivalında iştirak edib.
Festivalda yapon yazıçısı Kobo Abenin "Zamanın uçurumu" pyesi əsasında hazırlanan "Boksçu" tamaşası nümayiş olunub. “Puç olmuş zaman haqqında psixoloji dram” janrında hazırlanan səhnə əsərində ADMİU-nun magistr tələbəsi Hilal Dəmir, Teatr sənəti fakültəsinin 2-ci kurs tələbələri Fərhad Quluzadə və İsrafil Tağıyev çıxış edirlər. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nofəl Vəliyev, plastik həllin müəllifi və döyüş səhnələrinin quruluşçusu Ceyhun Dadaşov, rejissor assistenti Könül Ələkbərovadır.
Tamaşa festival iştirakçıları seyrçilər tərəfindən maraqla qarşılanıb və mükafat qazanıb. Əməkdar artist Nofəl Vəliyev əmək ödülünə, 2-ci kurs tələbəsi Fərhad Quluzadə ən yaxşı gənc aktyor nominasiyası üzrə mükafata layiq görülüb.
“Zamanın uçurumu” ömrünü rinqə həsr etmiş boksçunun həyatından bəhs edir. Ciddi dieta, yorucu məşqlər, ardıcıl döyüşlər. Turnir cədvəlində bir yerə çıxmaq üçün beş dəfə döyülməlisən. Döyülürsən və yenə aşağı düşürsən: “Həyat iyrəncdir, bir yerə yüksəlmək üçün digərini döyməlisən. Dünya niyə belə qurulub?”- deyə əsas obraz bildirir. Bütün bunları niyə edir və buna dəyərmi? Yazıçının digər əsərləri kimi, burjua cəmiyyəti ilə qarşıdurmada olan insanlara həsr olunmuş bu pyesdə də yalnızlıq, pislik, xaos və yaşadığımız şiddət dünyasında insanın alçaldılması təsvir olunur. Kobo Abe əsərdə “əgər insanlar özlərinə qalib gələ bilərsə, şəri məğlub edə bilər” ideyası ilə çıxış edir.
ADMİU-nun tamaşası Türkiyədə mükafat qazanıb - FOTOLAR
ADMİU-nun tamaşası Türkiyədə mükafat qazanıb - FOTOLAR
ADMİU-nun tamaşası Türkiyədə mükafat qazanıb - FOTOLAR
ADMİU-nun tamaşası Türkiyədə mükafat qazanıb - FOTOLAR


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!