AYB-NİN MİNGƏÇEVİR BÖLMƏSİ-25 .....                        İlk səfərini Türkiyəyə edəcək .....                        Taleh Yüzbəyovun xanımı qəzaya düşdü .....                        Samuxda ağır qəza: Ölən var .....                        Samuxda ağır qəza: Ölən var .....                        Aşıq Əlixanın adı ehtiramla xatırlanır .....                        Lüksemburq parlamenti siyasi avantüra meydanına çevrilib - BƏYANAT .....                        Rəsulzadənin sözləri "20 Yanvar"a qayıdacaq? - Rəsmi açıqlama .....                        Azərbaycanda yeni bulvar salınacaq .....                       
Tarix : 13-08-2014, 16:34

50 İL ABŞERONDA 

Bəzən tale sultan edir bir nadanı, mən kiməm,

Kütbeyinlər əla verir imtahanı, mən kiməm!

                            Ramazan Musayev

50 İL ABŞERONDA               

Xoşbəxtlik haqqında çox mülahizələr yürüdülüb. Onu hərə bir şeydə görüb, bir şeydə arayıb. Mən isə deyərdim ki, insan ömrünün müdriklik çağında arxaya dönüb, həyatının enişli-yoxuşlu yollarına nəzər salanda ötən günlərin, anların hədər getmədiyini görürsə, o, xoşbəxtdir. Kim bilir, bəlkə elə bu gəlimli-gedimli dünyamız da məhz belə insanların ürəyinin işığı ilə nurlanır, qəlbinin hərarəti ilə isinir. Bu gün bu nurlu ömürlərdən biri - Natiq Yusif oğlu Səfiyevin acılı-şirinli həyat kitabını vərəqləyəcəyik.

            Bakı şəhərində, həkim ailəsində göz açıb dünyaya gələn balaca Natiqin öz arzusu, öz mülahizələri var idi – aktyorluq sənətinə yiyələnmək istəyirdi. Sən demə, taleyin qismət adlı yazısından çıxmaq mümkün deyilmiş. Valideyn sözünü, valideyn nəsihətini uca tutan yeniyetmə Natiq 1958-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsinə daxil olur. Elə o gündən də yeniyetmə Natiqin nurlu ömür yolunun ilk səhifəsi açılır. O, qəlbinin bütün telləri ilə bu peşəyə bağlanır. 1962-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa vurub, təyinatla Salyan rayonunun Neftçala qəsəbə orta məktəbində ibtidai sinif müəllimi, dram dərnəyinin rəhbəri, birillik müəllimlər kursunda pedaqogika müəllimi kimi fəaliyyətə başlamışdır.

            1962-1964-cü illərdə ordu sıralarında xidmət etdiyi dövrdə 7 imtahan verərək kiçik leytenant rütbəsi almışdır. Müxbir kimi qələmini də məhz ordu sıralarında qulluq zamanı sınamışdır (“На страже” “Keşikdə” qəzeti. 1963-cü il yanvar ayı).

            1964-cü il avqust ayının 17-də Natiq Səfiyev Xırdalan qəsəbəsində yerləşən Abşeron rayon “Pioner və məktəblilər” evinə müdir təyin olunmuşdur. O, burada müxtəlif dərnəklər yaradır, Xırdalan qəsəbəsinə yaxın kənd və qəsəbələrdən məktəbliləri cəlb edir, respublika mahnı olimpiadasında xor qrupu və ansanblın iştirakını təmin edir. Natiq müəllim dərnək üzvlərinin Bolqarıstanın Razqrad mahal gənc dmitrovçuları ilə dostluq əlaqələrinin yaranmasına nail olmuşdur. 1965-ci ildə o, Abşeron rayonu Xırdalan qəsəbəsində təzə açılmış 1 nömrəli məktəbdə ilk pioner baş dəstə rəhbəri olmuş, burada təşkil olunmuş beynəlmiləl dostluq klubuna uzun müddət rəhbərlik etmişdir (1965-1990-cı illər). Məktəbdə işlədiyi müddətdə ehtiyacı olanlardan köməyini əsirgəməmiş, həyatın sərt üzü ilə də rastlaşanların, bir sözlə hər kəsin dərdinə şərik olmuşdur. Bəlkə də bu çətinliklər onu müəllim olmağa, hər evə, hər ocağa nur, sevinc bəxş etməyə həvəsləndirmişdir. Natiq müəllimin keçdiyi bu həyat yolunun hər anının hesabatı, həyat salnaməsi vardır və bu həyat salnaməsi maraqlı hadisələrlə o qədər zəngindir ki, düşünürsən axı bir ömrə sığmayan bu gerçəklikləri o, necə yaşamışdır. Əlbəttə, yaxşı olardı ki, bu gerçəklikləri sadəcə olaraq ipə-sapa düzməyəsən, həm də yaşayasan, yəni bütün dolğunluğu ilə elə canlandırasan ki, hörmətli oxucularımız Natiq müəllimin həyat salnaməsini duya bilsinlər.

            Əziz Natiqsevərlər, çox-çox təəssüflər olsun ki, bizim yazıda bu həyat salnaməsini tam dolğunluğu, yəni bütün hadisələri əks etdirməklə söhbət açmağımız reallıqdan kənardır. Odur ki, reallığa yaxın olmaq üçün biz çalışacağıq ki, hər ilin qısaca təsnifatını verək.

            1964-cü ildən, yəni Natiq müəllim Abşeron rayonunda işə başlayandan (avqustun 17-i) rayonun ictimai işlərində fəallıq göstərmiş, Azərbaycan “Bilik” cəmiyyəti, Abşeron rayon şöbəsinin üzvü, Azərbaycan Kitabsevərlər cəmiyyəti Abşeron rayon Komsomol Komitəsinin plenum üzvü, rayon komsomol komitəsində məktəbli-gənclər şöbəsinin ştatdankənar təlimatçısı, Abşeron rayon Partiya Komitəsində təbliğatçılar qrupunun üzvü və Abşeron rayon Xalq Nəzarəti Komitəsinin büro üzvü olmuşdur.

            1966-1990-cı illərdə Sovetlər məkanında keçirilən seçkilər dövründə uzun müddət seçki məntəqəsinin sədri olmuşdur.

            1979-1990-cı illərdə Natiq Səfiyev Azərbaycan Ali Məhkəməsi və Abşeron rayon Xalq Məhkəməsinin xalq iclasçısı seçilmişdir. Cəmi 30-40 yaş arasında olan bir gənc müəllim üçün əlbəttə, yuxarıda sadaladıqlarımız mərtəbələr ola bilsin ki, çoxları üçün əlçatmaz görünə bilər, elə mənim üçün də. Amma unutmayaq ki, bu Natiq müəllimdir, qardaş. Düzünə qalsa etiraf edim ki, mən heç Natiq müəllimin cavanlığını gözlərim qarşısında canlandıra bilmirəm. Elə bil ki, kişi elə bu görkəmdə ağ saçları, ağ bığları ilə, bax beləcə nurani şəkildə dünyaya göz açıb. Amma deyir, sən saydığını say, görək bu cavan oğlan daha nələr yaradıb.

            Bəli, 1982-1987-ci illərdə Xırdalan qəsəbə Sovetinin deputatı, Xalq nəzarəti qrupunun sədri (3 çağırış) seçilmiş, 1976-1988-ci illərdə 20-ci Ümumittifaq və respublika pedaqoji mühazirələrin və elmi praktik konfransların (6 ümumittifaq pedaqoji məclisi) iştirakçısı və məruzəçisi olmuşdur (Kiyev 1976, Smolenski 1976, Alma Ata 1979, İrəvan 1982, Kuybişev 1981, Daşkənd 1988) Natiq müəllim iki Ümumittifaq pedaqoji mühazirələrdən Vətənə mükafatla qayıtmışdır.

            1982-ci ildə “Sovet Azərbaycanı” bülletenində Natiq müəllimin “Dostluq muzeyi” məqaləsi işıq üzü görmüşdü. Bu nəşr respublikamızın Xarici Ölkələrlə Mədəni Əlaqələr cəmiyyətinin orqanı olduğundan Azərbaycan, ingilis, fransız, alman, rus, ərəb, fars və türk dillərində çap olunur, xarici ölkələrə göndərilirdi. Bu məqamda maraqlı bir əhvalatı qeyd etməmək olmaz. Bir neçə il öncə Natiq müəllim Respublika Müəllimləri Təkmilləşdirmə İnstitutuna kursa göndərilmişdi. Burada xarici dillər şöbəsində çalışan, həm də Natiq müəllimin yaxın dostu olan Akif müəllim Qurbanov ona belə bir əhvalat danışır. Deyir ki, Əlcəzairdə olarkən səfirliyin foyesində masaların üstünə qoyulmuş qəzet, jurnal, kitab və bülletenləri səhifələyirdim. “Sovet Azərbaycanı” bulleteninin 1982-ci il 4-cü nömrəsini vərəqləyəndə fransız dilində sənin məqaləni görüb necə sevindiyimi bir müşahidə edəydin. Əlbəttə, Akif müəllimin keçirdiyi sevinc həyəcanı başa düşüləndir. Əcnəbi bir ölkədə doğma respublikamız haqqında məqalə oxuyasan, özü də həmin yazının müəllifi də yaxın dostun ola...

            1969-1974-cü illər Natiq müəllim üçün uğurlu illər olmuşdur. O, bu illərdə M.F.Axundov adına rus dili və ədəbiyyatı institutuna daxil olmuş və bu ali məktəbi müvəffəqiyyətlə bitirmişdir.

            1981-ci ildə Natiq Səfiyev Xırdalan qəsəbə 1 nömrəli orta məktəbdə Bolqar dövlətinin 1300 illiyinə həsr olunmuş “Sovet-Bolqar dostluğu” muzeyinin yaradıcısı olmuş və ona uzun müddət rəhbərlik etmişdir.

            O, rus dili müəllimləri üçün iki metodiki kitabın (“Rus dili dərslərində şagirdlərin mənəvi tərbiyyəsinin bəzi məsələləri” və “Azərbaycan məktəblərində rus dili və ədəbiyyatından sinifdənxaric işlərin təşkili”) müəllifi olmuş, 1976-1992-ci illərdə Azərbaycan radioteleviziyasında onun 189 sujet və verilişləri efirə və ekrana verilmişdir. Azərbaycanfilmin çəkdiyi “İşarə”ni dənizdən dözlədiyin (rejissor Ceyhun Mirzəyev) və “Özgə Ömür” (rejissor Rasim Ocaqov) bədii filmlərində epizodlara çəkilmiş (1986, 1987) Tbilisi və Kanev şəhərlərində keçirilən Umumittifaq pioner dostluq festivallarında beynəlmiləl dostluq klubunun üzvləri ilə iştirak etmişdir (1972 və 1989-cu illər).

            Natiq Səfiyev 100-dən çox elmi-metodiki məqalənin, tezisin müəllifidir. Həmin materiallar 34 adda jurnalda və 11 adda kitabda dərc olunmuşdur.

            O, 1982-ci ildə SSRİ Pedaqoji Elmlər Akademiyasının jurnalı olan “Русский язык в натсионалный школе “ jurnalının 25 illiyində ən fəal müəllif kimi iştirak etmişdir (Moskva şəhəri).

            Məktəbdə işlədiyi müddət ərzində Natiq müəllim 15 yaradıcı diplom, 46 fəxri fərman, 5 təşəkkür məktubu almışdır. O, “Azərbaycanın Qabaqcıl Maarif Xadimi” (1977), “SSRİ Maarif Əlaçısı”dır (1983). 1989-cu ildə ona “Əmək veteranı” medalı verilmişdir.

Natiq Səfiyev Yazıçılar Birliyinin (2006) və Jurnalistlər Birliyinin (1996) üzvüdür. O, “Qızıl Qələm” media mükafatına layiq görülmüşdür.

Natiq müəllim 13 kitabın müəllifidir. (“Qəribə tütək” (2002), “Köhnə dəyirman” 2005, burada tərcümə edilmiş Bolqar yazıçılarının nağıl və hekayələri toplanmışdır, “Məni yaşadan xatirələr” 2004, “Yaddaqalan günlərim” 2006, “Ömür salnaməsi” 2007 (memuarlar), “Balam mənim” 2008 (uşaqlar üçün didaktiv hekayələr), “İşıqlı dünyam” (fotoalbom), “Nicat” 2012 (böyüklər üçün hekayələr toplusu, 2013-cü ildə “Təknur” nəşriyyatında üç tərcümə kitabı çapdan çıxmışdır. Senkiyn Erdene “Ürəkdə daş”, “Dağıstan xalqlarının nağılları”, “Afrika xalqlarının nağılları”).

Haqqında 3 kitab – Akif Şahverdiyev “Ömrə sığmayan həyat”, “Natiq Səfiyev – Biblioqrafik göstərici” (Güntəkin İlyasovanın tərtibində), “40 il mətbuatda” (şair-publisit Hikmət Məlikzadənin tərtibində) və 100-dən çox oçerk, məqalə, elmi məqalə yazılmışdır.

Qocaman pedaqoq, yazıçı –tərcüməçi, jurnalist Natiq Səfiyev bədii yaradıcılığa keçən əsrin 80-ci illərində başlayıb. Tərcüməçinin dünya yazıçılarından və dünya xalqlarının nağıllarından etdiyi tərcümələr, 30-dan çox qəzet və jurnallarda işıq üzü görmüşdür. Tərcüməçiliyə başladığı vaxtdan bu günə kimi onun mətbuat səhifələrində 900-dən çox tərcüməsi dərc olunmuşdur.

Hər bir insan əməyinə, fəaliyyətinə hökümət tərəfindən qiymət verildikdə sonsuz dərəcədə sevinir, fərəh hissi keçirir.

Sovet İttifaqı dövründə Beynəlxalq və Ümumittifaq tədbirlərindən mükafatlarla qayıdanlar respublikamızda fəxri adlara, təltiflərə layiq görülmüşlər. Məgər indi belə deyil? Dünya Avropa və Olimpiya idman yarışlarında Odlar Yurdunu şöhrətləndirən idmançılarımıza məgər respublikamızın rəhbərliyi, şəxsən Hörmətli, Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları və onun xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva azmı diqqət göstərir? Onlar təltif edilir, Prezident təqaüdü alır, mənzillə təmin olunurlar və s.

Natiq Səfiyev müxtəlif vaxtlarda (1976, 1979, 1981) SSRİ Pedaqoji Elmlər Akademiyasının üç mükafatına, diplomuna layiq görülmüşdür. Lakin bütün bunların heç birinə respublikamızın təhsilinə rəhbərlik edən o vaxtkı məmurlar, rayon partiya komitəsi katibləri, rayon təhsil şöbə müdirləri əhəmiyyət vermədilər.

Lap yadımızdan çıxmışdı. Natiq müəllim 1964-cü ildən rayonun “Abşeron” qəzeti ilə sıx əlaqə saxlayır. Bu müddət ərzində bu qəzetin səhifələrində onun 400-dən çox irili-xırdalı yazısı dərc olunmuşdur.

Yuxarıda qeyd etdiyimiz kimi bu göstəricilər Natiq müəllimin həyat salnaməsinin çox cüzi bir hissəsidir. Amma təəssüflər olsun ki, Natiq müəllim öz layiq olduğu mərtəbənin sahibi deyil. O deyir ki, qoy xüsusi bir ekspert komissiyası təşkil olunsun. Bu komissiyanın tərkibinə Təhsil Nazirliyindən, Yazıçılar və Jurnalistlər Birliklərindən, Mətbuat Şurasından, uzun müddət yaşadığı və müəllim işlədiyi rayonun İcra Hakimiyyətindən nümayəndələr daxil etsinlər və mənim 50 ildə gördüyüm işləri dərindən və ədalətli şəkildə araşdırıb, ədalətli qərar qəbul etsinlər. Mən yüz faiz əminəm ki, gördüyüm işlərlə 20-25 müəllimə “Əməkdar müəllim”, neçə-neçə jurnalistə “Əməkdar jurnalist” fəxri adları, bir neçə yaradıcı insana Prezident təqaüdü verilə bilər.

Siz heç də ruhdan düşməyin, Natiq müəllim. Bilin ki, hər bir xalqın mənəvi dəyəri, onun gücü Sizin kimi ziyalılarla ölçülür. O xalq xoşbəxtdir ki, onun qəlbinin döyüntüsünü, ürəyinin arzusunu duyan Sizin kimi ziyalıları var. Bir də ki, türk yazıçısı, şairi Əbdülhəq Xalidin belə bir gözəl kəlamını yada salın: “İnsanın öz vicdanından aldığı mükafatı heç kəs verə bilməz. Nə peyğəmbər, nə padişah, heç kəs verə bilməz. Mən öz zəhmətimin mükafatını öz vicdanımdan alıram, heç kəsdən, heç nə ummuram”.

Bu ilin avqust ayının 17-də sizin bu rayonda əmək fəaliyyətinə başlamağınızın 50 ili tamam olur. Natiq müəllim, bu münasibətlə Sizi səmimi qəlbdən təbrik edir, Sizə bundan belə uzun ömür, cansağlığı arzulayırıq.

 

Mehman Mahmudoğlu,

 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü



Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!