Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
Tarix : 16-09-2015, 09:31
“Şəhər turu” layihəsi uğurla həyata keçirilir


İkimərtəbəli üstüaçıq avtobuslarla “Şəhər turu”nun təşkili uzun illərdir bütün dünyada turizm sahəsinin ayrılmaz hissəsinə çevrilib. Bu sahədə böyük təcrübəsi olan 1999-cu ildə İspaniyanın Sevilya şəhərində yaradılmış “City Sightseeing Worldwide” şirkətinin bugünədək turizm sahəsinin inkişafına görə dünyanın aparıcı 35 ölkəsinin 100-dən çox şəhərində nümayəndəlikləri fəaliyyət göstərir.

Butov.az AZƏRTAC-a istinadən bildirilib ki, 2014-cü ilin aprel ayında ölkəmiz də bu ölkələr siyahısına daxil olub və Bakı şəhərinin mədəni irsi, turizm potensialı geniş təbliğ olunur. Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılmış “Şəhər turu” “City Sightseeing Baku” şirkəti tərəfindən həyata keçirilir.

Təsdiq olunmuş marşrut üzrə 1 turun uzunluğu 23 kilometr, müddəti isə 1 saat 30 dəqiqə təşkil edir. “Şəhər turu”ndan istifadə edən yerli və xarici vətəndaşlar hər 3 avtobusda qulaqcıqlar vasitəsilə Azərbaycan, ingilis, ispan, rus, fransız, alman, yapon və fars dillərində olmaqla 8 dildə audiobələdçi sistemindən istifadə edərək hərəkət olunan marşrut üzrə Bakı şəhərinin tarixi, mədəniyyəti, incəsənəti, və s. sahələri ilə əyani şəkildə tanış olmaq imkanı əldə edirlər.

Sözügedən “Şəhər tur”larında iştirak etmək üçün biletləri onlayn olaraq şirkətin internet səhifəsində, avtobusların daxilində və Bakı Turizm İnformasiya Mərkəzində yaradılmış bilet satışı məntəqəsində əldə etmək mümkündür.

Əldə edilmiş biletlər şirkətin konsepsiyasına əsasən “Hop on – Hop off” sistemi çərçivəsində istifadə edilir, yəni insanlar istənilən dayanacaqda avtobusdan enərək müəyyən vaxtdan sonra öz turlarını istənilən dayanacaqdan davam etdirə bilirlər.

Bildirmək istərdik ki, son üç ayda “Şəhər turu”ndan istifadə edən yerli və xarici turistlərin sayında böyük artım müşahidə olunur. Belə ki, 2015-ci ilin iyun ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə turlardan istifadə edən turistlərin sayında 155 faiz (2,2 dəfə), iyul ayında 162 faiz (2,6 dəfə), avqust ayında isə 147 faiz (1,9 dəfə) artım müşahidə olunub.


Butov.az


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!