Baş nazir Bakı buxtası ilə bağlı iclas keçirdi .....                        Ləğv edilən vəzifələrin yerinə bu ştatlar yaradıldı .....                        Sahibə Qafarova Əbu-Dabidə Forumunda .....                        Məşhur türkiyəli futbolçu Azərbaycandan təklif alıb .....                        Nazirlikdə kadr dəyişkiliyi: direktoru yenisi əvəz etdi .....                        Məhkəmə Ədalət Verdiyevlə bağlı qərar verdi .....                        Qar yağacaq - XƏBƏRDARLIQ .....                        Pezeşkian qubernatorlara əmr verdi: Ölənlərin ailələrilə görüşün! .....                        Rusiya Timoşenkonu beynəlxalq axtarışa verdi .....                       
Tarix : 30-08-2023, 17:52
BİR DƏ QANADLANDIM


Bu gün ömrünün yarım əsrə yaxın bir dövrünü Azərbaycan Radio-Televiziyası vasitəsilə xalqına xidmət etmiş Xalq artisti, Mədəniyyət və İncəsənət Universitetinin professoru, Prezident təqaüdçüsü QARA TAĞIZADƏNİN doğum günüdür. Təsadüfi deyil ki, Azərbaycan Radiosu bu gün də onun səsilə dinləyiciləri sabaha səsləyir. Diktorun bənzərsiz səsilə "Danışır Bakı" sözləri insanları səhər-səhər xoş ovqata kökləyir.
Radionun "Misraların işığında" rubrikasında şair Şəkər Aslanın şeirləri dəfələrlə səsləndirilib. QARA TAĞIZADƏNİN ifası şairin qəlbini necə riqqətə gətiribsə, ona şeir həsr eləyib.
Hər ikisinin ruhu şad olsun.
Publisist Lətafət Tağızadənin ömür-gün yoldaşı Qara Tağızadənin həyat və yaradıcılığından bəhs edən "Uzaq yaşıl ada" kitabında dərc olunmuş həmin şeiri izləcilərimizə təqdim edirik.
Sevda Əlibəyli

BİR DƏ QANADLANDIM

"Misraların işığında" rubrikası ilə diktor, Xalq artisti QARA TAĞIZADƏNİN ifasında şeirlərimi radiodan dinləyən zaman qəribə hisslər keçirdim. Öz şeirlərim, ürək sözlərim mənə son dərəcə təzə görünürdü. O qədər təzə ki, lirik duyğularımı sanki diktor qardaşımız bir əlvan göyqurşağına bələmişdi. Onun sevə-sevə, duya-duya aydın və sirayətedici bir səslə oxuduğu bu şeirlər məhz mənim arzumca səslənirdi. Haldan-hala düşür, sanki özümün deyil, elə Qara qardaşımızın varlığından qopan lirik çırpıntıların izharına diqqət kəsilirdim. Həmin andakı minnətdarlıq duyğularımı aşağıdakı sətirlərlə bildirməyə çalışmışam.

Bir də fərəhləndim, bir də dirçəldim,
Bir də qanadlandım söz həvəsində.
Şeirimi dinləyib, heyrətə gəldim,
Ruhum dil açmışdı sənin səsində.

Ay Qara, bir daha anladım bu gün
Səni də ucaldan həssas ürəkmiş...
Sən demə, şeiri də oxumaq üçün
İstedad gərəkmiş, ilham gərəkmiş.

Sənə məhəbbətlə el qulaq asır,
Hər sözü şair tək görür, duyursan!
Mənim kimi bəlkə çoxları yazır,
Sənin kimi ancaq sən oxuyursan.


Şəkər Aslan
19 oktyabr 1994-cü il


Paylaş



Bölmə: Mədəniyyət / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!