Sağ qalan 7 sərnişin Bakıya gətirildi .....                        Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik" .....                        Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Rusiya Azərbaycana təzminat ödəməli olacaq .....                        Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ .....                        İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım - Çin lideri .....                        Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                        Elfaq Nağıyev anıldı .....                        İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                       
Tarix : 8-09-2015, 16:57

"Heç vaxt deməyək ki, biz etməsək, guya nə olacaq?"

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili, ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyev Trend-ə müsahibə verib. Müsahibənin aktuallığını nəzərə alaraq Butov.az saytının oxucularına təqdim edirik:

- Parlament seçkiləri öncəsi özünüzü necə hiss edirsiniz, seçkilərə hazırlıq işinizin həcminə təsir etməyib ki?

- Özümü çox şükür normal hiss edirəm. Fəaliyyətimizdə dəyişiklik yoxdur. Yəni, gündəlik necə işləyirdik, indi də fəaliyyətimizi elə davam etdiririk.

- Millət vəkili olmaq üçün şanslarını yoxlayanların sayı artıb. Seçkilərdə namizədliyinizi irəli sürmək niyyətiniz var?

- Bu məsələyə baxmaq üçün hələ vaxta var. Qərar qəbul edəndə məlumatınız olacaq.

- Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında, QHT-lərin yaradılmasında uzun illərdir birbaşa iştirak edirsiniz. Azərbaycan QHT-lərin fəaliyyətindən nələri qazandı və nələri itirdi?

- QHT-lərin Azərbaycan dövlətinə, cəmiyyətinə, xalqına qazandırdıqları çox şeylər var. Ən əsası odur ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra QHT-lər cəmiyyətin aparıcı qüvvəsinə çevrildilər. Ümumiyyətlə, demokratik prosesləri və vətəndaş cəmiyyətini QHT-lərsiz təsəvvür etmək mümkün deyil. QHT-lər vətəndaşların səsi oldular, vətəndaşlarla dövlət arasında körpü rolu oynadılar. QHT-lər bizi narahat edən, düşündürən, adi vətəndaşların qaldıra bilmədikləri məsələləri hökumətin diqqətinə çatdıran əsas institut olublar. Eyni zamanda, QHT-lər bu gün Azərbaycanda həyata keçirilən bütün mühüm islahatlara və layihələrə ictimai dəstək veriblər, hökumətin fəaliyyəti üzərində ictimai nəzarəti bacardıqları qədər təşkil etməyə çalışıblar. Bizim ölkə olaraq əldə etdiyimiz uğurların baş tutmasında əlbəttə ki, dövlətimizə, cəmiyyətimizə yaxından kömək etməyə çalışıblar. Mən QHT-lərin vətəndaş cəmiyyətinin formalaşması və güclənməsi üçün etdikləri işləri yüksək qiymətləndirirəm.
Eyni zamanda, dövlətin QHT-lərin ayaqda durması, bir institut kimi formalaşması üçün həyata keçirdiyi layihələr və işlər haqqında da danışmaq, ortaya qoyduğu siyasi iradə haqqında çoxlu misallar gətirmək olar. Azərbaycan dövləti maksimum çalışıb ki, bu gün sağlam QHT sektoru formalaşsın, QHT-lər sözün əsl mənasında dövlətin tərəfdaşı, millətin yanında olsunlar və milli maraqların qorunmasında üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirsinlər.

- Bunu hər zaman və bütün QHT-lər haqqında demək olar?

- Təəssüflər olsun ki, bütün bu müsbət işlərlə yanaşı, çox az da olsa, bəzi şəxslər QHT adı altında Azərbaycanın milli maraqlarının əleyhinə fəaliyyət göstərdilər. Nə qədər xoş olmasa da bu gün biz Azərbaycanda “5-ci kalon”dan danışmaq məcburiyyətində qalırıq. Bu kalonun üzvləri olan QHT-lər, yaxud da o ad altında birləşən insanlar Azərbaycanın milli maraqlarına qarşı fəaliyyət göstərməkdən belə çəkinmirlər. Bizim üçün qəbuledilməz haldır ki, onlar xarici qurumların əlində alətə çevrilirlər. Bu da bizi çox narahat edir. Çünki hər hansı bir yanlış, səhv, dövlətin, millətin mənafelərinə zidd olan addım milli təhlükəsizliyimizi təhdid edir və bütövlükdə QHT sektorunu nüfuzdan salır.

- Belə demək mümkündürmü ki, bəzi QHT-lər xarici xüsusi xidmət orqanlarının oyunçularına çevriliblər?

- İstənilən ölkə, hegemon dövlət və mərkəzlər təsir dairələrini daim genişləndirməyə çalışıblar. Bu, təkcə müasir dövrün məsələsi deyil. Bu, əsrlər, minilliklər boyu dövlətlərarası, geosiyasi münasibətlərdə baş verən bir tendensiyadır. Ona görə də həmişə zəif həlqə, bənd axtarırlar ki, onlar üzərində işlərini qursunlar və yaxud çalışırlar ki, yerlərdə ruporları olsun.

Bu gün azad vətəndaş cəmiyyətindən danışırıq. QHT-lər həmin azad cəmiyyətin ayrılmaz atributudur, bunlarsız mümkün deyil. Həmin qüvvələr Azərbaycandakı bu azadlıqdan, liberalizmdən, demokratiyadan istifadə edərək yetişdirdikləri adamları cəmiyyətə yeridirlər. Mən onları QHT adlandırmıram. Çünki özünə hörmət edən, sözün əsl mənasında QHT olan şəxs heç bir halda Azərbaycanın milli maraqlarının əleyhinə getməz, heç bir halda xarici agenturanın əlində alətə çevrilə bilməz.

Həmin dairələr ölkəmizə təzyiq göstərmək, adi bir problemi şişirdərək qlobal məsələyə çevirmək üçün bu cür adamlardan həmişə istifadə ediblər. Bununla bağlı hörmətli akademik, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin çox maraqlı və ciddi məqalələri , “5-ci kalon”la bağlı faktlara söykənən ətraflı təhlilləri olub. Həmin məqalələrlə tanış olan istənilən şəxs tam şəkildə mənzərəni görə bilir.

“5-ci kalon” məsələsində maliyyə mərkəzləri, erməni lobbisi, erməni diasporu da rol oynayır. Onların maraqları Azərbaycandakı bu tip qrupların maraqları ilə üst-üstə düşdüyü üçün hətta onlar fəaliyyətlərini koordinasiya da edir və bir şəbəkədən çıxış edirlər. Uzağa getməyək. Bu il keçirilən Birinci Avropa Oyunları ilə bağlı nələrin şahidi olduq? Məhz həmin erməni lobbisi, erməni diasporu və Azərbaycanın bu gün əleyhinə fəaliyyət göstərən qruplar birləşdilər və ölkəmizə çirkin bir qarayaxma kampaniyası təşkil etdilər .

- Sizcə bunlar nəyə nail olmaq istəyirdilər?

- Azərbaycan milli maraqlarını daim hər şeydən üstün tutan, hər hansı bir bloka qoşulmayan, müstəqil siyasət aparan bir dövlətdir. Bu gün həmin dairələrin fikri odur ki, Azərbaycan bütün milli maraqları bir kənara atıb, bir blokun, bir gücün yanında olsun və ya onların istədiklərini həyata keçirsin . Azərbaycan isə bütün bunlardan imtina edir. Azərbaycan bütün ölkələrlə və beynəlxalq qurumlarla bərabərhüquqlu tərəfdaşlıq əsasında əməkdaşlıq etməyə üstünlük verir. Ona görə də onların maraqları Azərbaycanda həyata keçmədikcə, QHT-lərdən və ayrı-ayrı qruplardan sui-istifadə edərək, hazırladıqları qondarma və qurama hesabatları beynəlxalq qurumlara göndərərək Azərbaycana təzyiq etməyə çalışırlar. Buna görə də “5-ci kalon” məsələsi bizi narahat edir. Amma dövlətimizin atdığı addımlar, həyata keçirilən işlər, qanunvericiliklə bağlı mövcud boşluqların aradan qaldırılması bunların fəaliyyətini ciddi şəkildə zərərsizləşdirib və minimuma endirib.

- Siz Azərbaycanı ATƏT PA-də təmsil edən bir şəxssiniz və beynəlxalq təşkilatların işində daha çox iştirak edirsiniz. Azərbaycana qarşı, eyni zamanda dünyada olan ikili standartlar və beynəlxalq hüququn pozulması nədən qaynaqlanır? Hüququn aliliyini necə bərpa etmək olar?

- Çox təəssüflər olsun ki, bu gün beynəlxalq hüquq sistemi demək olar ki, böhran içərisindədir, hüququn aliliyi təmin olunmur. Əfsuslar olsun ki, bu gün beynəlxalq hüququn aliliyindən çox, güclünün hüququndan danışmaq lazım gəlir. Bu gün belə bir beynəlxalq konyukturanın olduğu bir şəraitdə Azərbaycana qarşı ikinci bir cəbhə açılır. Biz dəfələrlə şahidi olmuşuq ki, bəzi qurumlar və güclər tərəfindən haqlı olduğumuz halda haqsız duruma salınırıq. Biz bir tərəfdən işğala məruz qalan, ərazilərinin bir hissəsini itirən, bir milyondan artıq vətəndaşının qaçqın və məcburi köçkünə çevrilən bir dövlətik, digər tərəfdən, biz həmin işğalın nəticələrini aradan qaldırılmasına birbaşa cavabdeh olan beynəlxalq təşkilatların və ayrı-ayrı güc mərkəzlərinin təzyiqinə məruz qalırıq.

Bu, bizim üçün ikiqat ağırdır. Biri var ki, biz özümüz tam əks tərəfdə olardıq. Yəni, işğala məruz qalan yox, işğal edən ölkə olardıq. O zaman bizə qarşı belə ikili standartlar olsaydı, biz hardasa fikirləşərdik ki, doğrudan da axı biz bu qanunu pozmuşuq və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etmirik. Çünki həmin qətnamələrin icrası məcburidir, ora imza atmışıq, beynəlxalq öhdəliyimiz var və bu təzyiqin səbəbini özümüzdə axtarmalıyıq. Amma indi tam əksinədir.

Beynəlxalq hüququn aliliyinin bərpası üçün nə etmək lazımdır sualına gəldikdə isə onun praktiki cavabı çox uzun bir müzakirənin mövzusudur. Nəzəri tərədən isə onun həlli çox sadədir: orada yazılanlara hamının, xüsusilə dünyanı yönəltmək iddiasında olan ölkələrin əməl etməsi. Vəssalam, bu qədər sadə bir məsələ.


- Bu gün dünyada nə baş verir? Dünyanın kübar siyasətçiləri də silaha, təhdidə daha çox meyillənirlər.

- Soyuq müharibənin ən sərt dövrünü istisna etsək, bu gün dünya çox ciddi təhdidlərlə üz-üzə qaldığı bir mərhələni yaşayır. Əgər 1980-ci illərin əvvəllərində real nüvə müharibəsinin baş verməsi ilə bağlı çox ciddi təhlükələr var idisə, bu gün bu təhlükəni başqa formada yaşayırıq. Bu gün dünyanın bir çox yerində qarşıdurma, iğtişaş, müharibə, aclıq, səfalət yaşanır. Avropanın, Qərbin həyata keçirdiyi siyasət Şimalı Afrikada, Yaxın Şərqdə və digər islam ölkələrində nəyə gətirib çıxardı? Həmin ölkələr tamamilə çökdülər, onların bütün idarəetmə sistemi tamamilə məhv oldu. Götürək Liviyanı, İraqı, Suriyanı, Misiri və digər ölkələri.

Hər bir neqativ hərəkətin bir bumeranq effekti var. Onlar düşünürdülər ki, həmin ölkələrin istiqbalını pozmaqla, orada iğtişaşlar yaratmaqla öz məqsədlərinə nail olacaqlar. Amma gedişat onu göstərir ki, bu gün heç də belə deyil. Bu gün həmin Avropa öz yarıtmaz siyasəti nəticəsində öz təhlükəsizliyini sual altına qoyub, İŞİD kimi real təhlükə və qanunsuz miqrant böhranı ilə üz-üzə qalıb. Bu gün insan haqlarının qorunmasından danışan və bunu pafosla deyən həmin o avropa ölkələri miqrantları güllələməyə, boğmağa, öldürməyə qərar veriblər. Baxın görün, bu gün bunlar insanlıq əleyhinə nə qədər cinayətlər törədirlər və özlərinə rəva görürlər ki, başqa millətdən olan nümayəndələrə qarşı haqsız, qəddar davransınlar.

Bu gün biz insanlara qarşı edilən zorakılığı başqa formada ABŞ-da da görürük. Belə ki, ABŞ-da jurnalistlər canlı efirdə qətlə yetirildi, amma bununla bağlı heç kimin, xüsusilə beynəlxalq təşkilatların və xarici QHT-lərin səsi çıxmadı, jurnalistə qarşı olan bu qətliamı pisləmədi və bu cinayətə dözümlü yanaşdılar. Yeri gəlmişkən onu da deyim ki, ATƏT PA-nın İnsan Haqları və Demokratiya Komitəsinin sədri, mənim həmkarım xanım İzabel Santoş iki gündən bir Azərbaycanla bağlı tənqidi bəyanatlar səsləndirir. Ancaq nədənsə xanım Santoş Avropada və ABŞ-da qeyd olunan zorakılıq və insan hüquqlarının kobud şəkildə pozulması hallarına münasibət bildirmir və sakit qalmağa üstünlük verir. Ona kimsə bu haqda göstəriş verməli deyil ki?

- Azərbaycanda ictimai-siyasi sabitlik qorunub saxlanılır...


- Azərbaycanda ona görə ictimai-siyasi sabitlik və əmin-amanlıq var ki, hakimiyyətlə xalq arasında anlaşma, birlik mövcuddur, xalqın hakimiyyətə böyük dəstəyi var. Bu qədər cəhdlərə, müdaxilələrə rəğmən, əgər Azərbaycanda sabitlik qorunub saxlanılırsa, bunun birinci səbəbi xalqın Azərbaycanın prezidenti cənab İlham Əliyevə olan dərin etimadı və inamıdır. Azərbaycan vətəndaşlarının yüksək təhsil alması, regionda və ətraf ölkələrdə baş verən hadisələri dərindən analiz edib düzgün nəticə çıxarmaq bacarığı da sabitliyin qorunmasında az rol oynamır. Cinayətkarlığın qarşısının vaxtında alınmasında isə hüquq mühafizə orqanlarının, MTN və DİN-in peşəkar fəaliyyətini də ayrıca qeyd etmək ədalətli olardı.

- Azay müəllim, bir az da özümüzə tənqidi yanaşaq. Azərbaycan bəlkə də daha çox mühafizə olunan ölkələr sırasında öncüldür? Hətta parklarımızı da insanlardan qorumaq üçün mühafizəçilərdən istifadə edirik. Bəlkə vətəndaş cəmiyyəti üzvləri insanlarımızın təbiətə, cəmiyyətə vətən sevgisini aşılamaq üçün daha çox işlər görməlidir?

- Əlbəttə, burada ictimaiyyətin rolu çox önəmlidir, QHT-lər gərək ictimai davranışın tənzimlənməsində öncül sırada olsunlar. Biz hər il iki dəfə layihələrin qəbulu ilə bağlı müsabiqə elan edirik. Demək olar ki, hər müsabiqədə ictimai davranış problemlərini, milli vətənpərvərlik məsələlərini, bir sözlə ictimai əhəmiyyət kəsb edən bütün mövzuları QHT-lərin ixtiyarına veririk. Əlbəttə, biz onlardan çox maraqlı layihələr də alırıq və onları maliyyələşdiririk. Amma məndən soruşsanız ki, daxil olan bütün təkliflər tam olaraq sizi qane edirmi? Birmənalı şəkildə müsbət cavab vermək mümkün deyil . Ona görə ki, QHT-lərdən daha innovativ təkliflər gözləyirik və onlar verilən vəsaiti daha səmərəli və məhsuldar şəkildə xərcləməlidirlər.

İctimai davranış, mədəniyyət məsələsi, insanlarda milli ruhun daim yüksək tutulması çox önəmlidir. Ona görə də həmişə QHT-lərə çağırışımız odur ki, siz yeniliklərlə çıxış edin, yeni ideyalar təklif edin. Elə bir hal olmayıb ki, hər hansı bir QHT-nin kifayət qədər əsaslandırılmış təklifi, innovativ yanaşması olsun, biz ondan imtina edək.

Biz hamımız örnəyik, nümunəyik, bizə baxan gənc nəsil, uşaqlar var. Bunlar hamısı bizdən örnək götürməlidirlər. Biz bu örnəyi ictimai nəqliyyatda, ictimai yerlərdə göstərməliyik. Əgər biz suyu içib qabını yerə atsaq, bizə baxan uşaqlar, gənclər bizdən nə nümunə götürə bilərlər? Biz unutmamalıyıq ki, bir vətəndaş olaraq bu cəmiyyətin ayrılmaz hissəsiyik. Heç vaxt deməyək ki, biz etməsək, guya nə olacaq? Bu laqeydlik yalnış bir sindromdur.

- Bu gün cəmiyyətdə səslənən narahatlıq doğuran fikirlərdən biri də valideyn-övlad münasibətləri ilə bağlıdır. Çünki cəmiyyətdə olan neqativ halların məsuliyyəti valideynlərin üzərinə qoyulur. Siz də bir valideyn kimi necə düşünürsünüz, övladların tərbiyə olunaraq sağlam düşüncəli vətəndaş kimi cəmiyyətə təqdimatında hansı problemlər var?

- Övladın düzgün tərbiyə olunmasında və şəxsiyyət kimi formalaşmasında valideynin çox böyük məsuliyyəti var. Heç bir halda valideyn bu məsuliyyəti cəmiyyətin üzərinə, yaxud da məktəbin üzərinə tam olaraq ata bilməz. Çünki ilk növbədə övladlarına görə valideyn məsuliyyət daşıyır. Hər bir valideyn birinci özü nümunə göstərməlidir. Əgər valideyn özü mənfi nümunədirsə, heç bir halda cəmiyyət onu bu mənfilikdən xilas edə bilməz. Bu çox nadir hallarda ola bilər ki, valideyn mənfi nümunə olsun, övlad cəmiyyətin təsiri ilə fərqli bir nümunə göstərsin. İkincisi, valideyn gərək övladlarını doğru tərbiyə etsin, övladları ilə daim maraqlansın, onlara nəzarət etsin. Üçüncüsü, valideyn gərək övladını şəxsiyyət kimi də yetişdirməyi bacarsın. Övlad gərək hər zaman özünün gərəkli olduğunu hiss etsin. Valideyn hətta iradları da elə formada bildirsin ki, övlad daxilən qırılmasın.

Valideyn övladlarını əsl vətəndaş kimi böyütmək, dövlətə, millətə faydalı bir insan yetişdirmək üçün ciddi bir ailə konsepsiyasına malik olmalıdır. Əlbəttə, burada məktəbin də, cəmiyyətin də rolu böyükdür. Ona görə də burada həm də məktəb və valideyn arasında olan münasibətlər də bu nöqteyi-nəzərdən tənzimlənməlidir. Əlbəttə, hər bir valideyn istəyir ki, övladı yaxşı təhsil alsın. Bu gün mövcud olan imkanlardan maksimum faydalanıb, gözəl nəticələr ortaya qoya bilərik.

Builki qəbul imtahanlarının nəticələri ilə maraqlansaq orada bu baxımdan maraqlı bir mənzərəni görə bilərik. Məsələn, elə şagirdlər var ki, ən dəbdəbəli, təminatlı məktəblərdə oxuyublar, amma 700 bal toplaya bilməyiblər. Amma elə şagirdlər vardı ki, kasıb ailədə , mən deyərdim ki, hətta daxmada yaşayırlar, amma 700 bal toplayıblar. Bu isə o deməkdir ki, valideyn övladı ilə düzgün iş qurub, övlad və müəllimlər isə fədakarlıq nümayiş etdiriblər. Burada sosial mühit, dəbdəbə, imkan rol oynamır, doğru yanaşma, mövcud resurslardan maksimum faydalanma əsas rol oynayır.

-Azay müəllim, Sizinlə günlərlə cəmiyyəti bu gün ciddi şəkildə düşündürən müxtəlif problemlərlə bağlı müzakirələr aparmaq olar. Səmimi müsahibənizə görə təşəkkür edirəm.

- Sag olun!


Paylaş



Bölmə: Müsahibə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!