Futbol azarkeşlərini daşıyan avtobus yandı .....                        ABŞ Mərkəzi Komandanlığ: F-15 qırıcısı vurulmayıb .....                        Pezeşkian "İranı yox etmək fikri sadəcə boş xəyaldır" .....                        İstanbulda bina çökdü - Ölən var-YENİLƏNİB .....                        Bakı sakini Kürdəmirdə avtomobillə 7 yaşlı uşağı öldürdü .....                        Kansler Trampla nə danışdı? .....                        Neftin qiyməti uzun müddət yüksək qalacaq - Qalibaf .....                        Qətərdə hərbi helikopter qəzası - 6 nəfərin meyiti tapıldı .....                        İstanbulda bina çökdü .....                       
27-01-2022, 21:23
Erməni qaçqınlar İrəvanda etiraz keçirdilər - VİDEO

Bu gün bir vaxtlar Qarabağda məskunlaşdırılmış erməni qaçqınlar İrəvanda növbəti dəfə etiraz aksiyası keçiriblər.

Bütöv.az erməni KİV-lərinə istinadən xəbər verir ki, "qaçqınlar" statuslarının dəqiqləşdirilməsi tələbi ilə Ermənistan Xarici İşlər Nazirliyinin binasının qarşısında toplaşıblar.

Onlar XİN rəhbəri Ararat Mirzoyanla görüş tələb edirlər. Əraziyə polis qüvvələri cəlb olunub.

27-01-2022, 21:21
Portuqaliyada test nəticəsi pozitiv çıxan idmançılarımızın adları bilindi - VİDEO

Portuqaliyanın Almada şəhərində keçiriləcək cüdo üzrə Qran Pri yarışı öncəsi millimiz pis vəziyyətlə üzləşib.

Bütöv.az Portuqaliyanın məşhur idman qəzeti olan “A Bola”ya istinadən xəbər verir ki, Azərbaycan yığmasında koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

Məlumatda Azərbaycan nümayəndə heyətinin 5 üzvündə infeksiya aşkarlandığı, 9 nəfərin isə peyvənd olunmadığı bildirilir.

Azərbaycan Cüdo Federasiyası bununla bağlı yaxın dəqiqələrdə məlumat yayacağını bəyan edib.

Qeyd edək ki, 28-30 yanvar tarixlərində keçiriləcək yarışda Uşanqi Kokauri istisna olmaqla, cüdo millimizin ehtiyat heyəti yarışa yollanıb. Həmin 13 idmançı kişilərdə Balabəy Ağayev, Rövşən Əliyev (hər ikisi -60 kq), Yaşar Nəcəfov (-66 kq), Zaməddin Poladov (-73 kq), Zelim Skayev (-81 kq), Rüfət İsmayılov (-90 kq), Adil Kərimli (-100 kq), İmran Yusifov, Uşanqi Kokauri (hər ikisi +100 kq), qadınlarda Aydan Vəliyeva, Şəfəq Həmidova (hər ikisi -48 kq) və Səbinə Əliyevadır (-52 kq).

27-01-2022, 21:13
Göyçə-İrəvan yolunda onlarla maşın bir-birinə girdi – VİDEO

Ermənistanda hökm sürən hava şəraiti və yolların acınacaqlı vəziyyətdə olması zəncirvari qəzaya səbəb olub.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Göyçə-İrəvan yolunda 20 maşın qəzaya uğrayıb.

Avtomobillərdən bəziləri yolun hərəkət hissəsindən çıxaraq aşıb, bəziləri ağaca çırpılıb.




Bütöv.az
27-01-2022, 14:37
Dövlət Vergi Xidmətində Elməddin Süleymanov PROBLEMİ... - Fazil Məmmədovun “qara kassiri”...

Haqqında bəhs edəcəyimiz Elməddin Nizaməddin oğlu Süleymanov hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinin rəis vəzifəsini icra edir. Məlumat üçün onu qeyd edək ki, Elməddin Süleymanov rüşvət və korrupsiya əməllərinə görə, 2017-ci ildə vəzifəsindən uzaqlaşdırılan sabiq Vergilər naziri Fazil Məmmədovun “qara kassir”i olub.

Bütöv.az bildirir ki, bu barədə nuh.az saytı məlumat yayıb.

Elməddin Süleymanov 12.11.2010-cu ildən Vergilər Nazirliyində ictimai əlaqələr şöbəsində fəaliyyətə başlayıb. Və 06.04.2012-ci ildən himayədarı nazir Fazil Məmmədovun köməkçisi olub.

Elməddin Süleymanov bu illər ərzində Fazil Məmmədovun nağdlaşdırma ( “obnaliçka”) firmalarına nəzarət etmiş, həmin dövrlərdə dövlət büdcəsindən ayrılan ƏDV müxtəlif üsullarla büdcədən yayınmasını və hesablarına köçürülməsini təmin etmişdir.

Eyni zamanda nazirin köməkçisi olduğu dövrdə nağdlaşdırma ( “obnaliçka”) firmalarına himayədarlıq etmiş və müəyyən faizlərlə böyük miqdarda pul əldə etmişdir. Onun bu xidmətlərini nəzərə alan nazir Fazil Məmmədov 2015-ci ilin aprel ayında Elməddin Süleymanovu nazirliyin Katiblik üzrə müşaviri vəzifəsinə təyin etmişdir.

Elməddin Süleymanov 2015-ci ildə vergiyə olan öncədən ödənişlərin sxemini hazırlamış və tətbiq etmişdir.

Belə ki, 2015-ci ildə müəssisə və təşkilatlardan hesabat dövrü bitməmiş ödənişlər tələb edilərək dövlət büdcəsinə ödəniş adı altında toplanaraq maxinasiyalar sistemi qurmuşdur.

Dövlət Vergi Xidmətində Elməddin Süleymanov PROBLEMİ...

Yəqin ki, çoxlarının yaxşı yadında olar ki, cənab Prezident İlham Əliyev müşavirədə məhz sabiq nazirin korrupsiya əməllərini nəzərdə tutarq demişdir:

“Əvvəlki rəhbərlik tərəfindən buraxılmış kobud səhvlər ona gətirib çıxarmışdı ki, gələn illərin vergiləri yığılırdı, beləliklə, bir piramida yaradılırdı, sahibkarlar incidilirdi, onlara qarşı əsassız tələblər irəli sürülürdü. Vergi sahəsində özbaşınalıq hökm sürürdü. Bütün bunlara son qoyulmalı idi və son qoyuldu”.

Cənab Prezidentin müşavirədə dediyi öncədən ödəmə-korrupsiya piramidasının müəllifi, sabiq nazir Fazil Məmmədovun “qara kassir”i Elməddin Süleymanov idi.

Bəli, Fazil Məmmədovun əməllərinə son qoyuldu.

Amma ən təəccüblüsü odur ki, Elməddin Süleymanovun vəzifəsi böyüməyə başladı.

Belə ki, Elməddin Süleymanov hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinin rəisidir.

Görəsən, köhnə rüşvətxor, maxinator Elməddin Süleymanov yeni islahatçı komanda ilə necə işləyə bilir?

Axı, Elməddin Süleymanov yenə köhnə əməllərindən qalmır.

Belə ki, hazırda Vergi Dövlət Xidmətində kadr məsələlərinə baxan, daha doğrusu, İnsan Resursları İdarəsinin rəisi olan Elməddin Süleymanov Ərazi vergilər idarəsində çalışan inspektorları şəhər ərazisində yerləşən idarələrə “perevod” etmək üçün özünün öncədən “tarif”lərini müəyyən edib. Yəni, vəzifəsini dəyişmək istəyən inspektorlar mütləq Elməddinə öncədən “ödəniş” etməlidirlər.

Bundan əlavə olaraq Elməddin Süleymanov az qala Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin səlahiyyətlərini də ələ keçirib.

Belə ki, Vergi xidmətinə imtahansız işə düzəlmək üçün Elməddin Süleymanovun müəyyən etdiyi “tarifi” ödəmək kifayət edər.

Görəsən, Elməddin Süleymanovun bu qara əməllərindən Dövlət vergi Xidmətinin rəisi, hörmətli Orxan Nəzərlinin xəbəri varmı ?

Axı, Elməddin Süleymanov kimilərin əməlləri islahatçı nazir kimi tanınan, hörmətli Mikayıl Cabbarovun komandasını iş prinsiplərinə uyğun deyil. Və Elməddin Süleymanov bu komandadan uzaqlaşdırılmalıdır.

Biz hələ Elməddin Süleymanovun dövlət məmuruna yaraşmayan özəl həyatından bəhs etmirik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
27-01-2022, 14:04
Kamran Əliyev səs yazısı yayılan prokuroru İŞDƏN ÇIXARDI - VİDEO

2020-ci ildə Yardımlıda Şəmsəddin Kərimov və oğlu Elməddin Kərimovun güllələnərək qətlə yetirilməsi ilə bağlı cinayət işinin istintaqına rəhbərlik edən prokuror Vahid Məmmədli vəzifədən çıxarılıb.

Qətldən bir neçə gün sonra onların hüquqi varisi Niyaməddin Kərimov onu qəbul edən Vahid Məmmədlinin istintaqa təzyiqləri barədə danışmışdı və bu dialoqun səs yazısı Baş Prokurorluğa təqdim edildikdən sonra V. Məmmədli barəsində xidməti yoxlama başlanmışdı.

Bütöv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, prokurorun hərəkətləri barədə N.Kərimovun müraciəti əsasında Xidməti araşdırmalar idarəsində aparılan yoxlama materialı Vahid Məmmədlinin intizam məsuliyyətinə cəlb edilməsi üçün Etik Davranış Komissiyasına göndərilib.

Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva sorğumuza cavab olaraq bildirib ki, Baş prokuror Kamran Əliyevin 22 oktyabr 2021-ci il tarixli əmri ilə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Vahid Məmmədli tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, daha öncə saytda Niyaməddin Kərimovun müraciəti üzrə yayımladığımız həmin səs yazısında Vahid Məmmədli qətli törədən Nürəddin Kərimov və oğlu Kənan Nuroğlunun arxasında Baş Prokurorluğun Təşkilat-Analitik İdarəsinin prokuroru Ədalət Həşimov və Zərdab rayonunun keçmiş prokuroru Hüseynxan Əliyevin durduğunu iddia edirdi.

27-01-2022, 13:08
Eldar Mahmudovun baş istintaqçısından daha bir şikayətçi ortaya çıxdı - “Deyirdi ki, 300 min manat verməsən, MTN-dən çıxan deyilsən”

Bakı Hərbi Məhkəməsində sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun baş istintaqçısı Mövlam Şıxəliyev və digər 3 MTN-çinin cinayət işi üzrə proses davam edir. İş üzrə 32 zərərçəkən və dünyasını dəyişmiş 4 zərərçəkənin hüquqi varisi var. Proses başlanan ilk gündən zərərçəkənlərin əhatəsinin daha geniş olması ilə bağlı fikirlər vardı. Artıq zərərçəkənlərin sırası genişlənməkdədir.

Keramika, kafel-metlax satışı ilə məşğul olan “Santemax” MMC-də sürücü işləmiş Arif Allahverdiyev Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə istintaqa cəlb edilməyən zərərçəkmiş şəxslərdəndir. Bütöv.az-ın məlumatına görə, o, “Yeni Müsavat”a müraciət edərək deyib ki, 1 il müddətində qanunsuz olaraq Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında girov saxlanılıb.

“2010-cu ildə çalışdığım ”Santexmax" MMC-nin təsisçisi Əhməd Mirzəyev mənə iş tapşırdı. Otağına çağırıb bir bağlama verdi və Zaur adlı şəxslə telefonla danışdı. Zaura telefonda dedi ki, sürücü Arifi yollayıram, mala bax və elə Arifə də ver geri gətirsin. Mənə Zaurun telefon nömrəsini də verdi. Zaurla əlaqə saxladım, evinin yerini dedi".

2 övlad atası olan Arif Allahverdiyev “Santexmax” mağazasında sürücü işləyib: “Mən gün ərzində Əhməd Mirzəyevin tapşırığı ilə bir çox ünvanlara kafel-metlax, aksessuar aparırdım, onun bütün tapşırıqlarını yerinə yetirirdim. Həmin gün də Əhməd Mirzəyev mənə tapşırıq verdi ki, içində nə olduğunu bilmədiyim bağlamanı aparıb Zaur Əliyevin evinə catdırım və sonradan geri qaytarım. Axşamüstü idi, Zaurla əlaqə saxladım, evinin ünvanını dəqiqləşdirdim. Dedim ki, Əhməd müəllim sizə bağlama yollayıb. O da ünvanı deyib məni gözlədiyini bildirdi. Zaurun evinə getdim, bağlamanı verdim. O da məni çaya dəvət elədi. Zaur dedi ki, çay içək, səni yola salacağam. Elə yenicə oturdum ki, qapı döyüldü. Zaur qapıya getdi. Qapı açıqlan kimi MTN-çilər evə basqın etdilər. 5 nəfər idilər, onlara rəhbərlik edənin adı Mamay idi. Özünü Mamay Quluzadə kimi təqdim etdi. Nə baş verdiyini anlamadım”.

Sürücü deyir ki, gələnlər onun apardığı bağlamanı açıblar:

“Zaurun evinə apardığım bağlamanı açdılar, içindən mərmərdən olan balta çıxdı. Orada olduğumuz müddətdə MTN-çilər evdə axtarış apardılar. Zaur da onlardan axtarışla bağlı məhkəmə qərarı tələb edirdi. Mamay da ona dedi ki, evin yanında MTN-in antiterror əməliyyat qrupu gözləyir, zəng eləsə, evə maskalılar basqın edəcək. Mamay bundan sonra onunla gələnlərdən birinə MTN-də öz xidməti otagının açarını verib iş yerinə yolladı. Bir qədər sonra həmin MTN-çi də qayıdıb gəldi, əlində bir ovuc qızıldan ibarət xırda heykəllər vardı. Onları da baltanın yanına qoyub dedi ki, bunları da Zaurun evindən götürmüşük. Protokol tərtib etdilər. Zaurdan və məndən tələb etdilər ki, protokolu imzalayaq. Protokolda nə istəmişdilər, onu da yazmışdılar. Zaur da, mən də etiraz olaraq heç bir sənədə qol çəkmədik. Mamay başının dəstəsinə dedi ki, gedək, sonra məsələni həll edərik. Zaura gətirdiyim bağlamanı da, özlərinin xırda heykəllərini də götürüb getdilər”.

Sürücü Arif Allahverdiyev deyir ki, bundan sonra Zaur Əliyevin evini tərk edərək iş yerinə qayıdıb, Zaurun evində baş verənləri Əhməd Mirzəyevə danışıb:

“1 həftə sonra məni də, Əhməd müəllimi də MTN-ə çağırdılar. Ora getdik. Mənimlə Təhsin Ağayev danışdı. Dedi ki, müstəntiqlərin rəhbəridir. Məndən qaçaqmalçılıqla bağlı soruşdu. Dedim ki, mən sürücüyəm, harada sərhəd keçdim ki, qanunsuzluq da edəm, qaçaqmalçılıqla məşğul olam. Təhsin Ağayev cılız, balacaboy biri idi, tez-tez də əli ilə saçına tumar çəkib məndən pul istəyirdi. Mənə hədə-qorxu gəlir, pul tələb edirdi. Deyirdi ki, 300 min manat verməsən, MTN-dən çıxan deyilsən. Ona deyirdim ki, mən sürücüyəm, məndə o qədər pul yoxdur, heç olmayıb da. O qədər bezdirmişdi ki, əsəblərim dözmürdü. Təhsin Ağayevə dedim ki, mən maaşa işləyən sürücüyəm, niyə başa düşmək istəmirsən. Sənə 300 manat, uzağı 3 min manat borc alıb verə bilərəm. Dirəşmişdi ki, qohum-əqrəbandan yığın, verin”.

Sürücü deyir ki, pul verə bilmədiyi üçün onu MTN-in təcridxanasında 1 ilə yaxın qanunsuz olaraq saxlayıblar: “Mənə Zaurun evində tərtib etdikləri protokolu sonradan imzalamağa məcbur etmişdilər. Dedilər ki, protokolu imzalamasan, başına oyun açacağıq. Həbsdə olduğum müddətdə məni dindirən, danışdıran olmurdu. MTN-də nəyə görə saxlanıldığımı anlaya bilmirdim, bu günə kimi də anlamıram”.

Arif Allahverdiyev iddia edir ki, həbsdən çıxandan sonra bilib ki, onun azad edilməsi üçün Əhməd Mirzəyevdən ağır cinayətlərin hakimi Əfqan Hacıyev külli miqdarda pul alıb:

“Əhməd müəllim özünün barəsində və mənim həbsdən cəzasız çıxmağımız üçün 80 min manat pulu hakimə verib. Əfqan Hacıyev pulu alandan sonra barəmizdə şərti cəza verdi. Məhkəmədə bildim ki, istintaq zamanı Əhməd müəllimdən Təhsin Ağayev 500 min dollar pul alıb zaminə buraxıb”.

Sürücü deyir ki, bu günə qədər də Əhməd Mirzəyevə borcu var: “Təhsin Ağayev, onun rəhbərləri məni heç bir günahım olmadan qanunsuz olaraq həbsdə saxladılar, ailəmi çətin duruma saldılar. Bu gün də borc-xərcin içindəyik. Məni isə ümumiyyətlə, istintaqa çağırmayıblar. Şahid kimi belə dindirməyiblər, zərərçəkən kimi də tanımayıblar. Dövlət rəhbərliyindən xahiş edirəm, bu cinayəti törədən keçmiş MTN-in vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilsinlər, cəzalarını alsınlar, iş üzrə məni zərərçəkmiş kimi tanısınlar və mənə dəymiş maddi-mənəvi ziyanın ödənilməsi təmin edilsin”.
27-01-2022, 13:03
Osman Gündüz: "Ölkəyə dron gətirməyə icazə məsələsini həll etmək lazımdır"

"Azərbaycana dron gətirilməsi ilə bağlı hələ də qeyri-müəyyən vəziyyət var. Bunun üçün bir neçə qurumdan icazə alınmalıdır. Bu məsələni həll etmək lazımdır".

"Report" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bakıda keçirilən "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" mövzusunda seminarda deyib.

"icazə məsələsini həll etmək üçün proqram müəyyən edilməlidir. Mən bu proqramı hazırlamaq üçün dəstək verə bilərəm", - deyə o, qeyd edib.

Bundan başqa, O.Gündüz bildirib ki, kanalizasiya quyularının açılması və digər internet provayderlərinə onlardan istifadəyə imkan yaradılması yaxşı haldır.

"Son illər ölkədə 700-dən çox məktəb yüksəksürətli internetlə təmin olunub. Maraqlısı odur ki, bu məktəblərin təxminən 400-ü son 1 ildə, qalan 300-ü isə əvvəlki 10 ildə internetə çıxış əldə edib. Bu, internet təminatı sahəsində şəffaflığın göstəricisidir. Özəl provayderlərə daha yaxşı şərait yaradılmalıdır ki, onlar da xidmətini genişləndirsin", - deyə o, əlavə edib.

Bütöv.az
27-01-2022, 12:59
Ölkədə son bir həftədə virusdan ölənlərin sayı 50-ni ötüb

Bu həftə ərzində 8 114 nəfər koronavirusa yoluxub

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən Bütöv.az-a verilən məlumata görə, onlardan 53-ü dünyasını dəyişib.
Qeyd edək ki, Mərkəzin yaydığı son məlumatlara görə, Azərbaycanda koronavirusun yeni ştamı yoluxma sayında artım müşahidə edilir.
27-01-2022, 12:50
Jirinovskidən şok: Hücüm planı hazırdır - VİDEO

Rusiya müharibəyə dair məsələlərini Ukrayna ilə yox, ABŞ və NATO ilə həll etməlidir. Qərb müharibəyə hazırdır, amma müharibə edə bilmir. Onlar qorxurlar. Rusiya da müharibə etmək istəmir, amma rahatlıqla edə bilər.

Bütöv.az xəbər verir ki, bu sözləri rusiyalı siyasətçi Vladimir Jirinovski deyib.

“Qərbin anlaması lazımdır - Rusiya döyüşə hazırdır! Biz bunu bəyan etsək, onlar qorxacaq, geri çəkiləcək, çünki onlar doymuş, bəslənmişlər, firavan həyata öyrəşiblər – və birdən-birə mübaribə... Rusiyalı diplomatlar ayağa durub deməlidirlər ki, müharibəyə nə vaxt başlayırıq? Bunu deyəm kimi onlar qorxacaq!

Bu günlərdə dünyanın taleyi həll olur - müharibə, yaxud sülh? Ya Rusiya fövqəldövlət olacaq, ya da bizi 50 il tapdalayacaqlar. Kremlin qərargahlarında buna dair plan hazırdır. Orada nə edəcəklərini bilirlər”, - deyə o qeyd edib.



27-01-2022, 12:47
Zəngəzur dəhlizi gözlənildiyindən tez istifadəyə VERİLƏCƏK

Artıq Horadiz şəhərindən qatarlar işğaldan azad olunan Cəbrayıl rayonuna hərəkət edə bilirlər.

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, ümumi uzunluğu 110.4 km olan Horadiz-Ağbənd dəmir yolu xətti layihəsinin birinci mərhələsi üzrə nəzərdə tutulan tikinti işlərinin artıq 70 faizi tamamlanıb:
"Birinci mərhələ Horadiz, Mərcanlı, Mahmudlu stansiyalarını əhatə etməklə 30 km, ikinci mərhələ Soltanlı, Qumlaq stansiyalarını əhatə etməklə 55 km, üçüncü mərhələ isə Mincivan, Bartaz və Ağbənd stansiyalarını əhatə etməklə 25,4 km təşkil edir.
Bu arada Ermənistanın baş naziri Arazadəyən-Horadiz dəmir yolu xəttinin öz ölkəsindən keçən hissəsinin bərpası ilə bağlı işçi qrupu yaradıb. Bərpa olunacaq dəmiryolu xətti Zəngəzur Dəhlizinin Ermənistan hissəsini əhatə edəcək və Horadiz-Ağbənd xəttinə inteqrasiya olunacaq".
Deputat qeyd edib ki, işğaldan azad olunan ərazilərimizdə bərpa və yenidənqurma işlərinin intensiv həyata keçirilməsi Zəngəzur dəhlizinin gözlənildiyindən daha tez istifadəyə veriləcəyindən göstərir:
"Daha qısa zamanda Azərbaycan vətəndaşları Zəngəzurdan keçməklə quru yolu ilə ölkəmizin qərb hissəsindən Naxçıvana səfər edə biləcəklər. Bütün yollar Zəngəzura aparır!"

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!