Noyabrın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.
Butov.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Türkiyə ordusunun hərbçilərinin Azərbaycandakı xidmət müddətinin uzadılması ilə bağlı Rəcəb Tayyib Ərdoğanın imzaladığı memorandum Parlamentə təqdim edilib.
“Haber Global” məlumat verir ki, qanun layihəsinin bu gün Türkiyə Böyük Millət Məclisinin Baş Məclisində müzakirəyə çıxarılması planlaşdırılır.
Rusiya sülhməramlıları Qarabağda yerləşdirilmələrinin ildönümü münasibətilə böyük tədbir keçirməyi planlaşdırırlar.
Axar..az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Rusiya Müdafiə Nazirliyi təxminən 200 medal hazırlayıb və onları Cənub Hərb Dairəsinin komandan müavini Rüstəm Muradov gətirəcək. Fərqlənən hərbçilər medallarla təltif olunacaq”, - məlumatda qeyd olunub.
Məlumata görə, Muradov bu gün Ermənistana, sabah isə mükafatların verilmə mərasiminin keçiriləcəyi Qarabağa yollanacaq.
Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı böyük qələbənin birinci ildönümü qeyd olunur. Müzəffər ordumuz 44 gün davam edən müharibə nəticəsində düşmənin 30 il işğal altında saxladığı əzəli torpaqlarımızı azad edib.
“Report”un əməkdaşı 8 Noyabr - Zəfər Günü ilə əlaqədar olaraq, Azərbaycan Ordusunun Vətən müharibəsində iştirak edən bir qrup hərbi qulluqçusu ilə həmsöhbət olub.
Hərbi Hava Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin, Xüsusi Təyinatlı Qüvvələrin, Azərbaycan Sülhməramlı Qüvvələrinin, Quru Qoşunlarının döyüşçüləri müharibə ilə bağlı xatirələrini bölüşüblər, addım-addım irəliləməklə əldə olunan zəfərdən danışıblar.
Ən ağır döyüşlərin Şuşa şəhərində getdiyini bildirən Qarabağ cəngavərləri müharibə dövründəki bütün çətinliklərə rəğmən bu gün qürurlu, məğrur və sevincli olduqlarını söyləyiblər.
Vətən müharibəsi döyüşçüləri ilə söhbəti təqdim edirik:
“Müharibənin ilk günlərindən Türkiyə Prezidentinin qətiyyətli mövqeyi və bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Bütün bunlar xalqımıza və Ordumuza böyük mənəvi dəstək oldu”.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbətində deyib.
Dövlətimizin başçısı Türkiyə Prezidentinin bu yaxınlarda Füzuli və Zəngilan rayonlarına səfərinin Azərbaycan-Türkiyə qardaşlığının daha bir təzahürü olduğunu vurğulayıb.
Dövlət başçıları Qələbənin Azərbaycan-Türkiyə qardaşlığı və birliyinin növbəti bir parlaq səhifəsi olduğunu qeyd ediblər.
Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin gələcəkdə də bütün sahələrdə uğurla inkişaf edəcəyinə, Azərbaycan ilə Türkiyənin daim bir-birinin yanında olacaqlarına əminlik ifadə edilib.
Azərbaycan karateçiləri İstanbulda şotokan karate üzrə XI dünya çempionatında 29 medal qazanıb.
Bütöv.az xəbər verir ki, mükafatlardan 13-ü qızıl, 6-sı gümüş və 10-u bürünc medaldır.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirova və Ümumdünya Şotokan Federasiyasının (WSF) Azərbaycanda rəsmi nümayəndəsi Rənad Əliyevə fəxri plaket təqdim edilib.
Qeyd edək ki, karateçilərimiz medallarını Zəfər Gününə həsr edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr- Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və xalqını təbrik edib.
Bütöv.az-ın xəbərinə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Şuşada Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən məlumat verib.