Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Mehteran Birliyi Heydər Əliyev Mərkəzində Zəfər Günü münasibətilə keçirilən konsertdə çıxış edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, konsert proqramını Azərbaycan və Türkiyənin müdafiə nazirləri, baş qərargah rəisləri, qoşun növü komandanları və digər hərbi rəhbərləri, o cümlədən hərbi qulluqçuların və şəhidlərin ailə üzvləri, qazilər izləyiblər.
Əvvəlcə Türkiyə Respublikasının İstiqlal marşı və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. General-polkovnik Zakir Həsənov tədbirdə çıxış edərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı qələbədə Türkiyənin siyasi və mənəvi dəstəyinə görə öz təşəkkürünü bildirib. Bu şanlı qələbənin - Zəfər Gününün qardaş türk xalqı ilə birgə qeyd edildiyi, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğu qonaqların diqqətinə çatdırılıb.
Hulusi Akar isə çıxışında xalqımızı bayram münasibətilə təbrik edərək, şanlı qələbənin qazanılmasında xüsusi qəhrəmanlıq göstərən igidlərin və şəhidlərimizin heç zaman unudulmayacağını bildirib.
Sonra Türkiyənin Mehteran Birliyi tərəfindən hərbi vətənpərvərlik mahnıları, müxtəlif marşlar, tanınmış Azərbaycan, türk və dünya bəstəkarlarının müasir və klassik əsərlərindən ibarət musiqi parçaları təqdim olunub.
Səsləndirilən musiqi nömrələri böyük maraqla qarşılanıb və qonaqlarda xoş əhval-ruhiyyə yaradıb.
Noyabrın 8-də Bakıda Zəfər Günü ilə əlaqədar keçiriləcək yürüşün detalları bəlli olub. Butov.az xəbər verir ki, saat 10-da hərbi orkestrin müşayiəti ilə başlayacaq yürüş Azneft dairəsindən “Ağ şəhər” bulvarınadək davam edəcək. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları isə Azərbaycan bayrağını yürüş marşrutu üzrə aparacaqlar. Yürüşü süvari dəstəsi müşayiət edəcək. “Ağ şəhər” bulvarınadək davam edən yürüş “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan flaşmobla başa çatacaq.
Rusiyanın yeni istehsalı olan Su-75 “Checkmate” 5-ci nəsil yüngül taktik təyyarəsinin 1 uçuş saatının qiyməti ABŞ-ın F-35 qırıcılarından 7 dəfə ucuz başa gəlir. Bunu “Rostex” korporasiyasının rəhbəri Sergey Çemezov Fransa mətbuatına açıqlamasında deyib. O bildirib ki, həm beşinci nəsil təkmühərrikli təyyarələr, həm də əvvəlki nəsillərin təyyarələri arasında yalnız “Checkmate” F-35-lərlə müqayisə edilə bilən xüsusiyyətlərə malikdir: “ABŞ təyyarələrindən fərqli olaraq, Rusiya təyyarəsi iqtisadi baxımdan daha sərfəlidir”.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 42 918 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6134, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9669, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 27 115 nəfərdir.
“Planet Parni iz Baku” KVN teatrı Qarabağ mövzusunda ikinci - “Canım mənim” adlı filmini təqdim edib.
Film Qarabağ müharibəsində həlak olmuş bütün jurnalistlərin xatirəsinə həsr edilib.
Filmin ssenari müəllifləri Tahir İmanov və Ənvər Mansurov, quruluşçu operator Cəbrayıl Rəfiyev, bəstəkar Tural Məmmədli, prodüsserlər Tahir İmanov və Cabir İmanovdur.
“Canım mənim” filminin tam versiyasını təqdim edirik:
“Azərbaycan hər zaman danışıqlar prosesinə sadiq qaldı. Mümkün olan bütün çevikliyi göstərdi ki, məsələ sülh yolu ilə həllini tapsın”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən “44 Günlük Zəfər Yolu” mövzusunda konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ermənistanın danışıqlar prosesində təzyiq göstərmək cəhdləri olurdu: “Danışıqlar prosesini uzatmaq, ləngitmək cəhdləri görülürdü. Növbəti mərhələdə siyasi təxribat yolları seçildi. Açıq şəkildə siyasi təxribatlara əl atıldı. Ardınca hərbi təxribatlar olurdu. Bütün faktları göstərib vəziyyətin çox təhlükəli hal aldığı ilə bağlı çağırışlar etdik. Təəssüf ki, Ermənistan heç bir nəticə çıxarmadı və sentyabrın 27-də onların təxribatları geniş müstəviyə keçdi və biz əks-hücum əməliyyatına başladıq. Vətən müharibəsi başladı. Azərbaycan əsgəri dövlətin sərhədlərini bərpa etdi”.
Nazir vurğulayıb ki, Ermənistan və onun havadarları Azərbaycana qarşı iyrənc ittihamlar irəli sürürdü: “Təbii ki, onların bu cəhdləri alınmadı. Təhlillər aparılıb və bizim gəldiyimiz nəticədən fərqli nəticəyə gəlinərsə, ortaya fakt qoysunlar. Təəssüf ki, qurban verilmədən qələbəyə nail olmaq olmazdı. Vətən müharibəsində itki sayımız müasir dünya tarixində ən aşağı rəqəmdir. Bu, ordumuzun peşəkarlığı deməkdir. Heç bir mülki şəxs döyüşə cəlb edilmədi”.
“Noyabrın 8-də xalqımız Zəfər Gününü qeyd edəcək. İcazə verin, bu Zəfəri bizə bəxş edən Prezident İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı və qazilərimizi təbrik edək”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Daha sonra deputatlar 1 dəqiqəlik sükutla şəhidlərimizin xatirəsini yad ediblər.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!