Türkiyədə bələdiyyə başçısı və müavini həbs edildi .....                        Dohada güclü partlayış səsləri eşidilib .....                        Serbiyanın İrandakı səfiri Astara vasitəsilə təxliyə edildi .....                        Bu gün Novruzun ikinci - Od çərşənbəsidir .....                        İraqda hərbi aviabazaya dron hücum .....                        İrandakı qarşıdurmadan ən çox Dubay zərər görüb .....                        İran səmasında ABŞ və İsrail PUA-ları vuruldu .....                        Zelenski Yaxın Şərq ölkələrinə Ukraynanın köməyini təklif edib .....                        Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtları .....                       
21-10-2021, 21:10
Canəli Əkbərov komaya düşdü

“Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov komaya düşüb”.

Bunu “Report”a açıqlamasında sənətçinin oğlu Sabir Əkbərov deyib.

“Özüm də həkiməm, hər an yanındayam. Atamın səhhəti keçən il də ağırlaşmışdı. Ayaqlarında problem yaranmışdı. O, həm də şəkərli diabetdən əziyyət çəkir. Hər şey bir anın içində oldu. Şəkəri qalxdı və komaya düşdü. Üç gündür sistemlərin hesabına həyatda qalır”, - deyə o bildirib.

Bütöv.az
21-10-2021, 19:09
Meyxanaçının üstündən narkotik maddənin çıxma anları - VİDEO

Meyxanaçı Cavid Babaşovun (Sumqayıtlı) narkotik vasitəyə görə həbs olunma görüntüləri yayılıb.

Bütöv.az-ın əldə etdiyi görüntülərə görə, üzərinə baxış keçirilən zaman onun çantasından 206 qram narkotik vasitə (heroin) və elektron tərəzi aşkar edilib.

Sosial şəbəkələrdə yayılan iddialara görə, C.Babaşov dediyi meyxanaya görə saxlanılıb. Lakin videoda görünür C.Babaşov narkotik vasitəni çantasından çıxararaq, polisə təqdim edir. Eyni zamanda, onun davranışları, mimikası, əlinin üstü və üzündəki yaralar narkotik vasitə aludəçisi olmasından xəbər verir.

Qeyd edək ki, C.Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

21-10-2021, 13:51
21-10-2021, 11:53
İlham Əliyev və Mehriban Əliyeva “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar - FOTO

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan rayonunda səfərdə olublar.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar. İlk “Ağıllı kənd” layihəsinin təməli 2021-ci ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulub.

Kənd təsərrüfatı naziri İnam Kərimov məlumat verib ki, layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. Kənddə yaradılacaq “Ağıllı məktəb”də distant təhsilin aparılması üçün bütün imkanlar olacaq. Yeraltı kommunikasiya işlərindən içməli su, çirkab və sel suları xətlərinin qazma işlərinə başlanılıb. Park meydanında nəzərdə tutulmuş fəvvarənin ərazisində abadlıq işləri yekunlaşıb. Fəvvarədə quraşdırılacaq memarlıq abidəsi hazırlıq mərhələsindədir. Burada müasir şəhərsalma standartları tətbiq olunacaq. Piyada və velosiped yolları çəkiləcək. Bir sözlə, öz doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait olacaq.

Onu da qeyd edək ki, burada kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı bir sıra işlər görüləcək. Artıq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilib və lazımi innovativ texnikaların siyahısı hazırlanıb. “Ağıllı kənd təsərrüfatı”nda müasir suvarma sistemlərindən istifadə olunacaq. Bundan əlavə, “Ağıllı kənd” layihəsi üçün əkin planı hazırlanıb. Planda nəzərdə tutulmuş torpaq sahələrinin əkinə yararlılığı qiymətləndirilib və əkin üçün hazırlığa başlanılıb. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb. “Ağıllı kənd”də kənd təsərrüfatı fəaliyyətinin bərpası və inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədilə layihə çərçivəsində ictimai fermanın qurulması nəzərdə tutulur. Fermada 250 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu mal-qaranın saxlanması mümkün olacaq. Burada “Ağıllı idarəetmə sistemi” data və təhlil mərkəzindən həyata keçiriləcək.



Bütöv.az
21-10-2021, 11:48
Palma yağı haqqında bilmədiklərimiz

Palma yağı mətbəxdə zeytun yağı ilə birlikdə yer tuta bilərdi. Bununla birlikdə, məhsulun zərərləri barədə o qədər tez-tez danışılır ki, ondan tamamilə imtina etməyə çalışırıq.

Publika.az oxucuları palma yağının xüsusiyyətləri ilə tanış edir.

Bu yağ palmanın meyvəsindən əldə edilir. Ağac növü əsasən isti iqlimlərdə böyüyür: Asiya və Afrika ölkələrində. Eyni zamanda iddia edilir ki, meyvə yığımı ətraf mühitə ciddi ziyan vurur.

Palma yağının zərərli olduğu bilinsə də, istifadəsi geniş yayılıb. Bəzi ölkələr qidalara transyağların əlavə edilməsini qadağan ediblər, buna görə istehsalçılar bu yağı ucuz əvəzləyici kimi istifadə edirlər. Eyni zamanda palma yağı qida dəyəri baxımından digər yemək yağlarına bənzəyir.

Bir qaşığı 120 kalori, 14 qram yağ, 5 qram doymamış yağ və 7 qram doymuş yağ, üstəgəl bir qram K vitamini və iki qram E vitamini ehtiva edir. Palma yağı kokos və digər tropik yağlara nisbətən daha az doymuş yağ ehtiva edir.

Araşdırmalar göstərib ki, xolesterini yüksək olan qadınlar palma yağı istifadə etdikdə bu rəqəm daha da yüksəlir. Xolesterinin isə ürək-damar sisteminin müxtəlif xəstəlikləri ilə əlaqəli olduğu heç kimə sirr deyil.

Palma yağını yenidən qızdırmaq onu təhlükəli edir. Belə bir məhsulun müntəzəm istifadəsi ilə damarlarda çöküntülər əmələ gəlir ki, bu da bitki yağının antioksidant xüsusiyyətlərinin azalması nəticəsində baş verir. Ancaq təzə yağ belə reaksiyalara səbəb olmur.

Bir çox insan palma yağını kanserogen maddə kimi tanıyır, lakin bilməliyik ki, qırmızı ət də bu qrupa daxil edilir. Yağın özü təhlükəli deyil - gizli qlisidil efirlər bu arzuolunmaz payı öz üzərinə götürür.

Yalnız sağlamlığa zərərin özü mübahisə doğurmur, həm də istehsalı ətraf mühitə ziyan vurur. Elm adamları tropik meşələrin kütləvi şəkildə qırılmasından narahatdır.

Bütöv.az
21-10-2021, 11:35
Vətəndaş evini müvəqqəti yaşamaq üçün qardaşına verib, indi isə məhkəmələrdə qalıb

Sabiq vergilər naziri Fazil Məmmədovun keçmiş müşaviri Müsavər Nəbiyevin adı məhkəmə çəkişməsinə qarışıb. Keçmiş müşavir kürəkəninin bacısına məxsusluğu sənəd-sübutla isbatlanan evin qızının adına keçirilməsinə çalışır. Məhkəmə çəkişməsi haqda “Yeni Müsavat”a Aynur Şirəliyeva məlumat verib. O deyib ki, qardaşı Bəhruz Şirəliyev Müsavər Nəbiyevin qızı Gülşən Nəbiyeva ilə 2010-cu ildə evlənib. Lakin yeni qurulan ailənin yaşamağa evi olmayıb. Ona görə də Aynur Şirəliyevə bu evlilikdən 1 il əvvəl aldığı özünə məxsus evi qardaşına yaşamaq üçün verib.

Şikayətçi deyir ki, Xətai rayonu, Ələddin Quliyev küçəsi 1130-cu məhəllədə inşa edilmiş 2 saylı binanın 14-cü mərtəbəsində yerləşən 4 otaqdan ibarət olan 36 saylı mənzili 4 sentyabr 2009-cu ildə ilə 131/R saylı müqavilə bağlayaraq alıb.

“Əlimdə MTK-ya 104.400 ABŞ dolları məbləğində pul ödəməyim haqda qəbzlər var. Mənzili qardaşıma yaşamaq üçün verəndə onun kirəyələrdə qalmamasını, kirayəyə verəcəyi pulları yığıb özünə ev almasını düşünmüşəm. Elə bu səbəbdən də mənzildə onlar yaşadıqları bütün müddət ərzində bütün kommunal xərcləri və vergiləri də ödəmişəm. 2013-cü ildə qardaşımın 1 övladı dünyaya gəlib. Evliliklərindən 6 il ötəndən sonra isə aralarında mübahisə, söz-söhbətlər və münaqişələr baş verdi. 2018-ci ilin sentyabr ayında faktiki olaraq ayrıldılar”, - deyə Aynur Şirəliyeva bildirib.

Onun sözlərinə görə, qardaşı yoldaşı ilə ayrılandan sonra mənzildən çıxıb. Lakin Gülşən Şirəliyeva qızları Leyla ilə birgə mənzildə qaldı. 2019-cu ilin yanvarında rəsmən boşanandan sonra isə o, Gülşən Şirəliyevadan xahiş edib ki, mənzilini tərk etsin: “Amma o, buna məhəl qoymadı. Məcbur qalıb məhkəməyə müraciət etməklə Gülşən Şirəliyevanın mənzildən çıxarılmasını tələb etdim. Gülşənin anası Sənubər Əlifağa qızı Nəbiyeva da məhkəməyə müraciət edərək 3-cü şəxs kimi prosesə qoşuldu. İddia verib mənimlə ”Lalə" MTK arasında bağlanan alqı-satqı müqaviləsinin ləğv olunmasını və onunla mənzilə dair yeni müqavilə bağlanmasını istədi".

Aynur Şirəliyeva deyir ki, qardaşının keçmiş qayınatası Müsavər Nəbiyevin yaxşı əlaqələri, pulu var. Məhkəmələrdə də bu əlaqələrdən istifadə edir: “Sənubər Nəbiyeva məhkəmədə səs-küy salıb ”Lalə" MTK-nın mənzilə dair alqı-satqı müqaviləsindəki imzaların kimə məxsus olmasını müəyyən etmək üçün məhkəmə-xətşünaslıq ekspretizasının təyin edilməsini tələb etdi. Nizami Rayon Məhkəməsinin hakimi Həqiqət Əhmədova vəsatəti təmin etdi, müqaviləni ekspertizaya yolladılar. Ekspertizadan cavab gəldi ki, alqı-satqı müqaviləsindəki imza Sənubər Nəbiyevanın deyil, Aynur Şirəliyevanındır. Sənubər Nəbiyeva ekspertizanın rəyi elan edilməzdən əvvəl məhkəmə zalında dedi ki, nə olsun ki, imzalar Aynura məxsusdur? Mənzilin pulunu mən vermişəm. Guya mənzilin pulunu “Lalə” MTK-ya verəndə qardaşım və mən yanında olmuşuq. Guya onun xəbəri olmadan qardaşım müqaviləni mənim adıma rəsmiləşdirib. Guya o da fikir verməyib".

Şikayətçi deyir ki, bundan sonra Sənubər Nəbiyeva tələbini dəyişib. Bu dəfə mübahisəli mənzilin özü tərəfindən alınması və onun təmirinin özü, ailəsi tərəfindən aparılmasını iddia edib: “Mənə məxsus mənzilə görə 104 min 400 ABŞ dolları pulun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə - əlavə 45 min manat məbləğində pulu və mənzilin alınmasından sonra təmir xərclərinə sərf etdiyi 70 min manat məbləğində pul tələb etməyə başladı. Nizami Rayon Məhkəməsində bu iddia 3 il ərzində süründürməçiliyə məruz qaldı. Hakim Rəşad Həsənov sona qədər işə baxmadı və məzuniyyətə çıxmaqla işi hakim Həqiqət Əhmədovaya təhvil verdi. O da işi uzatdı və sonda əsassız, qanunsuz, mənim halal mülkiyyətimdən məhrum olunmağıma yol açan bir qətnamə çıxardı. Apelyasiya şikayəti verdik. Yenə də məhkəmədə süründürməçilik başladı və həmin qanundankənar, cinayətə bərabər qətnamə qüvvədə saxlanıldı”.

Şikayətçi ölkə rəhbərliyinə, Ali Məhkəmə sədri Ramiz Rzayevə müraciət edərək ona qarşı qanunsuzluqlara, məhkəmə hakimlərinin özbaşınalığına son qoyulmasını istəyib: “İş hazırda Ali Məhkəmədədir. Mən Apelyasiya Məhkəməsinin qərarından şikayət vermişəm. Şikayətin araşdırılması üçün hakim Aqil Abbasovun icraatına verildi. Lakin hakim bizə qarşı faktiki olaraq cinayətə bərabər addımlar atıldığını iş materiallarından gördü və işə baxmaqdan imtina etdi. Ölkədə məhkəmə hüquq islahatlarının aparıldığını cənab Prezident hər çıxışında deyir. Məhkəmələrdə hakimlər sanki onu heç eşitmirlər. Mənim əlimdə mənzil aldığımı təsdiq edən alqı-satqı müqaviləsi var. Əgər müqavilənin heç bir hüquqi əsası yoxdursa, belə müqavilələr ölkə boyu niyə bağlanır? Yoldaşım Rusiyada illərlə işləyib pul qazanıb, mənim özüm də işləmişəm, pul yığıb ev almışıq. Hakimlər isə deyir ki, nə olsun əlində müqavilə var, biz evi kimə istəsək veririk! Belə qanunsuzluq olar? Mənim mülkiyyət hüququma qəsd edirlər. Bunu Azərbaycan Respublikasının adından, Azərbaycan qanunlarını pozaraq edirlər. Ölkə rəhbərliyindən dönə-dönə xahiş edirəm ki, bu qanunsuzluğa, özbaşınalığa son qoyulsun”.

P.S. Qarşı tərəfi də dinləməyə hazırıq.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”


Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!