Masazıra gedənlərin nəzərinə! .....                        Ukrayna üçün vacib sənəd imzalandı .....                        Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı - Yeni təyinat .....                        Ağsuda maşın aşdı - Ölən var .....                        İran dağılır - İnsanları güllələyirlər .....                        Bakıda güclü duman - Sürət həddi endirildi .....                        Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı anonim sənədlər yayıldı .....                        Bazarda güllələnən azərbaycanlı xəstəxanada öldü .....                        İnsan kimi yeriyə bilən robot hazırlandı .....                       
Tarix : 25-08-2017, 18:53
Müstəqilliyimiz nələrin bahasına alındı


Butov.az xəbər verir ki, "Əsgər Ailələrinə Dəstək" İctimai Birliyinin rəhbəri Mətanət Əsgərqızı öz feysbuk (Facebook) sosial şəbəkəsində belə bir status paylaşıb. Bu statusun aktuallığını nəzərə alıb sizinlə bölüşürük:

"Yəqin bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sözləri yadınızdadır: “Mənim köməkçilərim bəzi məlumatları gizlətməyə çalışırlar, amma onlar görürlər ki, mənim xəbərim var. Çünki mən media və saytlar vasitəsilə o məlumatları izləyirəm, oxuyuram. Bu baxımdan əməkdaşlığımızın davam etməsində maraqlıyam”. Kaş cənab İlham Əliyev bu sirri açmayaydı.Çünki yəqin bəzi məmurlar qabaqlayıcı tədbirlər gördülər. Və daha ölkədə olan heç bir hadisə ona çatmır. Belə olmasa xalqın bu qədər məmurlara qarşı edilən etirazlarına qarşı tədbirlər görülər, problemlər aradan qalxardı. Cənab İlham Əliyevə və birinci vitse-prezident xanım Mehriban Əliyevaya açıq məktub yazdım. Sultan ananı ictimailəşdirdim. Tam sükutdur. Elə bil belə şeylər olmayıb. İnformasiyalar onlara çatmırsa bu çox pisdir. Xalqdan xəbəri olmayan ölkə rəhbərləri insanları taleyin ümidinə buraxırlarsa bu, həm də onların öz həyatları üçün təhlükədir. Ölkədə məmur azğınlığı pik həddə çatıb. Ö məmurların xalqın başına turp əkməyi prezidentin və birinci vitse-prezidentin ayağına yazılır. Gələn il seçki ilidir. Bunu ən birinci cənab İlham Əliyev və birinci vitse-prezident xanım Mehriban Əliyeva nəzərə almalıdırlar. Xalqı azğınlaşmış bəzi məmurların əlindən qurtarmalıdırlar. Əksi bu onlar üçün də çox təhlükəli olacaq. Nəhayət, ölkədə köklü dəyişikliklərə start verilməlidir. Yoxsa bir dəstəni geyindirib olmayan nailiyyətlərə əl çaldırmaq ölkəni yürütmək deyil. Bütün bunları deyirik ki, vətənimizin təhlükədə olduğunu hər kəs anlasın. Gürcüstandan və digər bölgələrdən hansı ölkələrəsə "gəlin" teleqramları vurulur. Bu etirazları nəzərə almaq lazımdır. Nəzərə alınmayacaqsa bu, hər şeyin sonu ola bilər. Müstəqilliyimiz nələrin bahasına alındı. Tanrı bu millətə, bu dövlətə bir daha müstəqilliyi itirmək qorxusu yaşatmasın. Bunun üçünsə xalqı nəzərə alıb, yaşayışını yaxşılaşdırmaq lazımdır. Xalq hakimiyyətlə bir olarsa heç bir kənar qüvvə niyyətinə çata bilməz!".


Paylaş



Bölmə: Sosial şəbəkələr / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!