Türk Mədəniyyəti və İrsi Fondunun ekspertləri Bakıda toplaşdı .....                        İlham Əliyev Davosdan paylaşım etdi .....                        Bakının məşhur kəsişməsində yenilik .....                        Hakan Fidan qonşu ölkəyə gedir .....                        İsrail 200 fələstinlini azad etdi .....                        Zelenski Azərbaycan barədə: "İlham Əliyevlə danışdıq..." .....                        Ərdoğandan seçki mesajı: "2028-ci ildə 50 faizdən çox..." .....                        "TikTok" fəaliyyətini tamamilə dayandıra bilər .....                        Çökən binada axtarışlar başa çatdı: iki nəfərin cəsədi tapıldı .....                       
17-01-2022, 16:09
Manat “tam üzən məzənnə”yə KEÇƏCƏK

“Uzun illərdir ki, manatın məzənnəsi inzibati yolla qorunub saxlanılır. Amma proses bir bu qədər də davam edə bilməz”.

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov manatın məzənnəsinin inzibati üsulla qorunub saxlanılmasına münasibət bildirərkən deyib.
V.Əhmədov deyib ki, belə olmasaydı 1 dollar 1,7 manat səviyyəsində qala bilməzdi:
“Ölkə daxilində baş verənləri, inflyasiyanı, idxalı, ixracı, pulun dövriyyəsilə bağlı prosesləri görürük. Manat inzibati yolla saxlanılır və qorunub saxlanılması üçün də kifayət qədər ehtiyat var. Məzənnənin inzibati yolla qorunub saxlanılması nə qədər davam edəcək, 6 ay, bir il bilinmir. Amma gec-tez sərbəst buraxılacaq və “tam üzən məzənnə”yə keçiləcək”.
Deputat hazırda manatın qorunmasının əhəmiyyətini Qarabağda aparılan quruculuq işləri ilə əlaqələndirib:
“Qarabağda tikinti işləri başlayıb. Orada xarici şirkətlər işləyirlər. Onlar istəyirlər ki, milli valyuta stabil olsun, onlar üçün problem yaranmasın. Manatın məzənnəsinin qorunub saxlanılması əlbəttə dövlət, millət üçün əhəmiyyətlidir. Amma bunun da da bir vaxtı gələcək ki, manat mütləq sərbəst valyuta olacaq”.
Qeyd edək ki, Prezident İlham Əliyev ötən həftə yerli telekanallara müsahibəsində manatın məzənnəsilə bağlı məsələlərə aydınlıq gətirib. Prezident deyib ki, hökumət bir neçə il bundan əvvəl çox ağır addımın atılmasına məcbur olub:
“Manatın qiymətdən düşməsi insanların rifah halına mənfi təsir göstərmişdi. Amma o addımı biz mütləq atmalı idik. Əgər biz o addımı atmasaydıq, bütün valyuta ehtiyatlarımızı xərcləyə bilərdik. Onsuz da bu addımın gecikməsi ona gətirib çıxarmışdı ki, Mərkəzi Bankın valyuta ehtiyatları böyük dərəcədə tükənmişdi. Təqribən 10 milyard dollar vəsait manatın sabit saxlanmasına istifadə edilmişdi. Nəticə etibarilə Mərkəzi Bank manatı sabit saxlaya bilmədi və biz 10 milyard dollar valyutanı itirdik".
Xatırladaq ki, AMB sədri Elman Rüstəmov 2021-ci ilin sonları ilə bağlı brifinqdə jurnalistlərin suallarını cavablandırarkən, “biz manatı zorla tutub saxlaya bilmərik, manatın məzənnəsini inzibati yolla tənzimləmək mümkün deyil”, açıqlamasını vermişdi.

Bütöv.az
14-01-2022, 12:00
Vaxt bitsə də, sayğac sıfırlanmır...

““Azərqaz QSC-nin direktoru Ruslan Əliyevin KİV-lərə verdiyi müsahibələr ümid yaradırdı ki, bu sahədə insanlara daha yaxşı xidmət üçün yeni qaydalar qəbul ediləcək. Amma görürəm ki, vəziyyət "yenilər köhnələrin atasına rəhmət oxutdurur" prinsipindən kənara çıxmır".

Bu sözləri “AzPolitika.info”ya müraciətində Zərdab şəhəri, S.Mahmudov küçəsində yaşayan Tahir Qasımov bildirib.

Şikayətçi mexaniki sayğacının fotosunu 1 yanvar tarixindən “Azərqaz”ın qeyd etdiyi nömrəyə göndərsə də, 10 gün ərzində ona əvvəlki limitlə qaz sərfiyyatının hesablandığını bildirir: "Bu il qiymət artımları ilə bağlı əhalinin narazılığını nəzərə alan “Azərqaz” ASC guya, operativ qaydada 4-5 gün ərzində sayğacların sıfırlanacağını bildirmişdi. Ona görə də qurum abonentlərə xəbardarlıq etmişdi ki, hər bir abonent sayğacının şəkilini çəkib, “104” qısa nömrəsinə göndərsin. Amma bu köhnə üsul bir çox abonent kimi mənə də çətinliklər yaratdı. Yanvarın 1-i səhər saat 9-10 radələrində sayğacın fotosunu çəkib qeyd olunan ünvana göndərdim və hər şeyin həll olunduğunu zənn etdim. Dünən ev ünvanıma göndərilən bildirişdə 12 gün keçsə də, mexaniki saygacın sıfırlanmadıgını, 10 gün ərzində əvvəlki tariflə qaz pulu hesablandıgını gördüm. Bu idimi “Azərqaz”ın tətbiq etdiyi yenilik? Bu insanları aldatmaq və onların cibinə girməkdir”.

“Azərqaz” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev “AzPolitika.info”ya açıqlamasında bildirib ki, bütün xidmət sahələrində sərfiyyatın ölçülmə müddəti 30 gün müəyyənləşdirilir: “Ötən ilin sonuncu sərfiyatı dekabrın 10-da olub. Deməli, növbəti bildiriş müddəti yanvarın 10-da verilməli idi və belə də oldu. Yəni limitin yenilənmə müddəti hər ilin yanvarın 10-dan, 10-na kimi ölçülür. Abonentin 1 ili, yəni 365 günü belə tənzimlənir. Növbəti sərfiyyat göstəricisini alacaq abonentlər, istehlak etdikləri hər bir kubmetrə görə 12 qəpik ödəyəcəklər”.

Bütöv.az
12-01-2022, 17:06
İcra başçısı Şəkini BELƏ ABADLAŞDIRIR? - VİDEO

Ekologiya və təbii sərvətlər nazirliyinin Şəkidə yerləşən 7 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin mövqeyini başa düşmək olmur.

DİA.AZ bildirir ki, bu barədə Şəki sakinləri şikayət edirlər. Onlar iddia edirlər ki, Şəki icra hakimiyyətinin adamları, başçıya yaxın şəxslər icra başçısı Elxan Usubova güvənərək Şəkidə yaşıllıqları məhv etsə də, onlara güldən ağır söz deyən yoxdur və 7 saylı regional ekologiya və təbii sərvətlər idarəsi də ağzına su alıb oturub.

Belə çıxır ki, bu kimi qanunsuz əməllərə göz yummaq yolu ilə pul qazanmaq eşqinə düşüblər, ya da ümumiyyətlə vəzifələrini unudublar. Qeyd edək ki, yaşıllıqların soyqırımı birbaşa rayon mərkəzindən başlayır.
Daha ətraflı aşağıdakı videoda:

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Bütöv.az
11-01-2022, 14:07
Vidadi Muradovun əmlakları dəymiş ziyanın ödənilməsinə yönəldilməlidir

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, həbs edildikdən bir müddət sonra ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bütöv.az Trend-ə istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüqar Quliyev çıxışında təqsirləndirilən şəxsə verilmiş ittihamların sübut və dəlillərlə həmçinin aparılan ekspertizalarla təsdiq edildiyini bildirib. O V. Muradovun verilmiş maddələrlə təqsirli bilinməsini təklif edib.

"Vidadi Muradov məhkəmə istintaqı dövründə vəfat etdiyi üçün ona cəza təyin edilməməlidir. İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətindən verilmiş 640 min 922 manat məbləğində mülki iddianın ödənilməsi təmin edilməlidir. Mərhum Vidadi Muradovun Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 14 saylı evin 5 nömrəli mənzilin üzərinə qoyulmuş həbs götürülməlidir. Üzərinə həbs qoyulmuş və müsadirə edilmiş digər əmlaklar isə dəymiş ziyanın ödənilməsinə yönəldilməlidir," - deyə prokuror bildirib.

Prosesdə zərərçəkmiş qismində tanınmış İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi cinayət əməli nəticəsində təqsirləndirilən şəxs tərəfindən vurulmuş 640 min 922 manat məbləğində maddi ziyanının dövlət büdcəsinə ödənilməsinə, həmçinin Binəqədi Rayon Məhkəməsinin qərarları ilə 19 milyon 144 min 554 manat məbləğində əmlaklar və 11 milyon 442 min 490 manat məbləğində olan səhm paylarının aktivlərinin satışından əldə olunmuş gəlirlər vergi orqanlarına ödənilməsini xahiş edib.

Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün vaxt istəyib. Proses yanvarın 18-də davam etdiriləcək.

Xatırladaq ki, V.Muradov ötən il noyabrın 4-ü gecə saatlarında onkoloji xəstəlikdən dünyasını dəyişib.

Rəsmi məlumata görə, Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq tədbirləri ilə V.Muradovun qeyd olunan vəzifədə işləyərkən 9 dekabr 2016-cı il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddətdə digər şəxslərlə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul vəsaitinin köçürülməsinə və həmin məbləğin 1 milyon 149 min manat olan hissəsinin nağdlaşdırılmaqla mənimsəməsinə, hərəkətləri ilə cəmiyyətin qanunla qorunan əmlak və sair hüquqlarına, habelə qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə, eləcə də rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb.

Bundan başqa, V.Muradovun 20 dekabr 2017-ci il tarixdən 18 fevral 2019-cu il tarixədək olan müddətdə cəmiyyətə məxsus müxtəlif ölçülü xalçaları təsisçisi olduğu “Azər-İlmə” MMC-yə ucuz qiymətə satılmasına nail olmaqla 339 427 manat məbləğində əmlakı mənimsəyərək “Azərxalça” ASC-nin qanuni mənafelərinə təkrarən mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

Habelə V.Muradovun 28 mart 2019-cu il tarixdə xarici bazarlarda 800 min ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1 milyon 360 min manat təşkil edən yun təmizləmə xəttinin alınmasının mümkün olmasına və həmin alqı-satqının rəhbəri olduğu Cəmiyyət üçün maddi baxımdan daha səmərəli olmasına baxmayaraq, istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus olan əmlakı israf etməklə talamaq məqsədilə Cəmiyyət üçün maddi cəhətdən daha ağır şərtlərlə, Almaniya Federativ Respublikası ərazisində fəaliyyət göstərən şirkətlərdən biri ilə dəyəri 5 milyon 314 min avro (və ya 10 milyon 167 min manat) təşkil edən podrat müqaviləsini bağlayıb, müqavilənin tərkib hissəsi kimi yun təmizləmə xəttinin alınması üçün 1 milyon 800 min avro (və ya 3 milyon 444 min manat) məbləğində pulun “Azərxalça” ASC-nin bank hesabından şirkətin bank hesabına ödənilməsinə nail olmaqla, “Azərxalça” ASC-yə məxsus cəmi 2 milyon 84 min manat məbləğində əmlakı israf etməsinə, həmin hərəkətləri ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

9 yanvar 2021-ci il tarixdə V.Muradova CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
11-01-2022, 11:46
İcra başçısı problemi həll etmək əvəzinə... -  VİDEO

Hər gün sosial medialarda və sosial şəbəkələrdə yayımlanan vətəndaş şikayətlərindən, narazı vətəndaşların etiraz səslərindən xalqın artıq cana doyduğu açıq-aydın görünür.

Yerli icra orqanları, xüsusilə İcra başçıları hər kəsin səbrinin sonunu gətirib.

Bir çox icra başçıları sakinlərlə nəyinki görüşlər təşkil etmir, ümumiyyətlə heç qəbula gələn sakinləri saatlarla qapıda gözlədib, qəbul etmir, problemlərini dinləmirlər.

Əlacsız qalıb, mətbuat vasitəsilə ölkə başçısına müraciət edən sakinlər olanda da, başçının işlə təmin etdiyi, müəyyən maraqlarını qarşıladığı "troll ordusu" dərhal sosial şəbəkələrdə dərdini danışan vətəndaşın və onun müraciətini yayımlayan media qurumunun üzərinə "hücum"a keçirlər.

Xatırlayırsınızsa belə bir hal Cəbrayıl rayon İcra Hakimyəti ilə, "DogruXeber.az" informasiya agentliyi arasında da yaşanmışdı.

44 günlük vətən müharibəsində yarı canını qurban vermiş qazinin İcra başçısından olan gileyini yayımladığımıza görə sosial şəbəkələrdə yuxarıda da qeyd etdiyimiz "başçı sevdalıları"nın hücumuna məruz qalmışdıq. Hətta, baş redaktorumuzun evinə belə hücum çəkməyi gözə almışdılar.

Əlqərəz...

Əslində bütün bunları təkrar xatırlatmaqda sözümüzün canı var. Belə ki, bir neçə gün əvvəl Elmira Məmmədova, Xalidə Məmmədova və Aygün Mehdiyeva adlı Cəbrayıl rayon sakinlərinin ardıcıl olaraq, agentliyimiz vasitəsilə ölkə başçısına müraciətlərini yayımladıq.







Videogörüntülər yayımlandığından bəri sosial şəbəkələrdə başçının "hücumçu dəstəsi" videoların şərh bölməsində bir şikayətçi xanımları, bir də görüntüləri yayımladığımıza görə bizi kobud ifadələrlə söz atəşinə tutublar. Digər tərəfdən də "sülhsevər elçilər" fəaliyyətə başlayıblar. Doğrusu hər iki variantın eyni vaxtda paralel aparılmasını tamamilə məntiqsiz hesab edirik. Bu qədər adamı bizim və şikayətçilərin üzərinə yönləndirməkdənsə, həmin sakinlərin tələblərini yerinə yetirib, mövcud problemlərinin aradan qaldırılması üçün qismən də olsa müəyyən addımlar atmaq daha doğru olmazmı? Hansı ki, şikayətçi tərəflər haqlı olaraq çox sayda yerli sakinlərin işsiz olduğu halda, İcra başçısının rayondakı müəyyən iş yerlərinə digər rayon sakinlərini təyin etməsindən, əvvəl çalışdığı iş yerində korrupsiya və dağıntıya yol verdiyinə görə işindən azad edilənlərin, yenidən vəzifəyə təyin edilməsindən narazılıq ediblər. Lakin, hələ də mövcud problemlərini kimsənin dinləmədiyini, əksinə mətbuata müraciət etdikləri üçün, bəzi səlahiyyətli şəxslər tərəfindən təpgilərə məruz qaldıqlarını deyirlər. (dogruxeber.az)

Bütöv.az
11-01-2022, 10:56
Saleh Məmmədov da HƏDƏFƏ ÇEVRİLMƏKDƏDİR...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun yaxın aylarda təqaüdə göndəriləcəyi ilə bağlı məlumatlar səslənir.

Bütöv.az bizimxeber.az-a istinadən bildirir ki, 1958-ci il təvəllüdlü Saleh Məmmədovun artıq 64 yaşı var.

1991-1993-cü illərdə “Azərneft” Yol Tikinti Təmir Trestinin 3-saylı Yol Tikinti İdarəsində rəis olan Saleh Məmmədov 2017-ci ildən bu günə kimi Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədri vəzifəsini tutur. Uzun və demək olar ki, vəzifə ilə dolu bir yol...

Bütün bu təcrübəyə baxmayaraq, onun fəaliyyəti ilə bağlı müxtəlif səpkili narazılıqlar mövcuddur. Regionlarda, əsasən Bakı kəndlərində üzun illərdir yolların baxımsız və təmirsiz qalması, məhəllə yollarına ümumiyyətlə nəzarətsilik, yalnız dövlət büdcəsindən ayrılan vəsaitləri gözləmək və sair hallar Saleh Məmmədovun yarıtmaz fəaliyyəti kimi əlaqələndirilir, onun vəzifədən uzaqlaşdırılmasını labüd edir.

21-ci əsdə Xəzər rayonunda küçə - Utanaq, yoxsa həzz alaq? - FOTOLAR » NUH informasiya agentliyi

Bu gün insanların işsizlik problemi ilə yanaşı daha böyük dərdi yolsuzluqdur. Yol dərdi bəlkə də bütün problemlərdən daha irəlidədir. Küçələri bərbad, baxımsız olan sakinlər ölkədə aparılan inkişafı necə görsün? Sosial etirazların səbəblərindən biri də yolların daha bərbad vəziyyətdə olmasıdır ki, biz bunun hər gün şahidi oluruq.

Elə bu səbəbdən də Saleh Məmmədovun vəzifədən uzaqlaşdırılacağına şəkk-şübhə yoxdur.

Məlumata görə, Saleh Məmmədov birlikdə işlədiyi yaxın qohumlarını vəzifədən uzaqlaşdırmaq niyyətindədir. Bu yaxınlarda qohumlar arasında müxtəqlif narazılıqların yarandığı ilə bağlı bəzi məlumatlar da var.
10-01-2022, 12:34
Fikrət Məmmədovun da şirkəti var imiş... -  VİDEO

Ölkədə müstəqil məhkəmə sistemi yoxdur və uzun illərdir ki,vətəndaşlar bu sarıdan əziyyət çəkirlər.

Bütöv.az xəbər verir ki, bu barədə azinfo.tv məlumaat yayıb.
Bütün qərarlar yuxarıdan gələn zənglər əsasında verilir.
Bu günlərdə daha bir zəng ədliyyə naziri Fikrət Məmmədov tərəfindən gəldi və bu zəng İsmayıllı rayon məhkəməsi üçün idi və əmr olundu ki, Hacıhətəmli kənd ərazisində yerləşən "Monolit" şirkəti cənab nazirə məxsusdur və qərar da onun xeyrinə verilməlidir.
Belə də oldu.Nəhayətdə Behbutovlar ailəsinə qarşı qanunsuz qərar qəbul olundu.Videonu izləyin bəyənin və paylaşın.

Redaksıyadan: Mövzunu diqqətdə saxlayacağıq.



6-01-2022, 20:48
Mağazalarda çörək və unla bağlı vəziyyət necədir? - VİDEO

Unun və çörəyin qiymətinin yuxarı hədləri müəyyənləşdirilib.

Belə ki, 500 qramlıq ənənəvi zavod çörəyinin qiyməti 50 qəpik, 650 qramlığınkı isə 65 qəpik təşkil edir.

Bu gündən çörəklər mağazalarda yeni qiymətlərlə satışa qoyulub. Una gəlincə, 50 kiloqramlıq bir kisə unun qiymətinin 28 manatdan 35 manat 90 qəpiyə artdığını nəzərə alsaq, bu halda unun 1 kiloqramının qiyməti 72 qəpiyə bərabər olur. Mağazalarda isə 1 kiloqramlıq unun pərakəndə satış qiyməti 85 qəpik təşkil edir.

Qeyd edək ki, 50 kiloqramlıq kisənin 28 manat olduğu dövrdə unun 1 kiloqramı 56 qəpiyə bərabər idi. Mağazalarda isə bu qiymət 60 qəpik təşkil edirdi.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, ötən il subsidiyalar hesabına qiymətləri sabit saxlamaq mümkün olub. Lakin uzunmüddətli dövrdə subsidiyaların verilməsi mümkün olmadığından, eləcə də Rusiyanın yüksək ixrac rüsumları tətbiq etməsi səbəbindən qiymətlərdəki artım qaçılmaz olub.

Dövlət Xidmətindən bildirilib ki, qiymət hədlərinə əməl olunması üzrə ciddi nəzarət tədbirləri davam etdirilir.

Daha ətraflı Baku TV-nin süjetində:



Bütöv.az
6-01-2022, 15:08
Yevlax küçələri baxımsız vəziyyətdə... - VİDEOFAKT

Yevlaxda Ceyhun Əzizov küçəsində qeydə alınan real vəziyyət,rayonun siyasi rəhbərliyinin iş prinsipini tam çılpaqlığı ilə ortaya qoyur.

Tereqqi.az xəbər verir ki, bu barədə azinfo.tv məlumat yayıb.

İcra Hakimiyyətinin başçısı Anar Tağıyev yaxşı olardı ki,ucuz reklam yox, həqiqətən rayonun problemləri ilə məşğul olsun.
Redaksıyadan: Mövzunu diqqətdə saxlayacağıq.



Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!