20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 8-04-2023, 09:41
Samirə Kərimli yazır: "Sarsılıb susmaq"


Samirə Kərimli yazır:"Sarsılıb susmaq"

Stulda əyləşən qıza baxdıqda nə hiss edirsiniz? Bu şəkil muti olsa da ifadəlidir. Təsviri izhar eləmək lazım gələrsə; sözlərini deyə bilməyib boğazını düyünləyən, demədikləri sözlərə görə şişib qabardığını və gözlərinin qan ağladığını görürəm. Gərgin psixoloji emosional vəziyyəti görürəm. Deyə bilmədikləri ya fikirlərini hansı sözlə ifadə edə bilmədiyi üçün. Bu, sözlərin "əlsiz-ayaqsız" qalması hadisəsidir. Sanki sözlər yox, insanın özü xıncım-xıncım olur.
Vinsent Van Qoqun həyatı stulda əyləşən qıza bənzəyir. Vinsent ailənin ən böyük övladıdır. Baxmayaraq ki, ailənin ilk uşağı deyil. Özündən bir il əvvəl ölü dünyaya gələn başqa Vinsent də olub. Anası düşünürdü ki, indiki Vinsent onun yerini heç bir zaman əvəz edə bilməyəcək. Van Qoq ailəsinin istədiyi kimi yetişmək istəsə də, hər şey uğursuz nəticələnir.
Həmən dövrdə yaşadığı uğursuzluqlar Van Qoqu depressiyaya salır. Qardaşı Teoya yazdığı məktubda Van Qoq: "Ah,Teo! Kaş ki əlimi qoyduğum hər işin uğursuz olması səbəbindən yaşadığım dəhşətli depressiyadan çıxa bilsəydim, ətrafımdan eşitdiyim qınaqdan qurtula bilsəydim. Atam və mən Tanrıya böyük həvəslə şükür edərdik”.
Van Qoqun sonsuz inamla bağlandığı tək varlıq Tanrı idi. Qoq deyir: ”Allaha inanmadan və güvənmədən yaşamaq asan iş deyil, bunlar olmasa insan bütün cəsarətini itirər. Mənə görə dindar adamların Allahı bir qapı tutacağı qədər cansızdır". Vinsent cəmiyyətin reallığı görməsi üçün rəsm çəkməyə başlayır. O, hiss və düşüncələrini sözlərlə yox, çəkdiyi rəsmlərlə insanları düşündürməyə sövq etmək istəyirdi. Bu, Vansentin yeni dinidir. Bu, dinin Allahı isə özüdür. Sənətinin məqsədi bir növ kütlənin gözünü açmaqdır. O, rəsmlərində tamamilə reallığı əks etdirirdi. Sahədə işləyən işçilərin tər tökməsini, qabar tutan əllərini, qızmar günəşdən qaralan insan dərisini çəkməyi sevirdi. Onun personajları əmək sevər, zəhmətkeş olub. Baxmayaraq ki, kətan üzərində təsvirləri rəğbət görməyib və satılmayıb.
Uğursuzluqları onu böhrana gətirib çıxardı. Bir yeni il gecəsində rəssam dostu Paul Qoqenlə bir masada əyləşir, söhbətləşir. Bu zaman yaranan münaqişə nəticəsində əsəbdən – isterikadan qulağını kəsir. Kəsilmiş qulağını balaca kisəyə qoyur. Evə gedən zaman yolda gördüyü xanıma bu kisəni verir və dərhal evə yol alır. Xanım bunu hədiyyə kimi qəbul edib, torbanı açır.Həmən an qorxudan huşunu itirir. Van Qoq o gecə qanlar içində yatağında yatır. Vinsent bihuş halda tapıldıqdan sonra xəstəxanaya yerləşdirilir. Vinsent isterika xəstəliyinin ilk göstəricisindən sonra dəlixanaya yerləşdirilir. Qısa müddətdə sağlamlığına geri qayıdır. Baxmayaraq sonralar o yenidən dəlixanaya getməli olur.
Qızmar günəşli günün səhərində buğda sahəsinin ortasında əvvəlki kimi rəsm çəkən zaman o, qəfil silahla qabırğa qəfəsinə atəş açır. Bu hadisədən 2 gün sonra, yəni 29 iyul dünyasını dəyişir. Vanın uğurlu olduğu tək iş özünü öldürməsi olur. Teo qardaşı Vanın ölümünə dözə bilməyərək o da ölür. Heç bir qüvvə onları ayıra bilməzdi, ölüm belə.
27 iyul, 1890-cı il Parisdə özünün son portretini çəkmişdir. Hər fırça izi onun üsyankar saçlarını və kəskin baxışlarının bütün reallığını əks etdirirdi. Zehni və fiziki cəhətdən ağrılar içində olan adamın son portreti… Sanki portret dil açıb deyirdi: “Sözlərə ehtiyac qalmadan məni anlayacaqlar".

Samirə Kərimli,
BDU Jurnalistika fakültəsinin tələbəsi


Paylaş



Bölmə: Tələbə sözü / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!