Zelenskidən səfərbərliklə bağlı YENİ QƏRAR .....                        Pensiyaların neçə faiz artırılacağı AÇIQLANDI .....                        Xamənei üç mindən çox məhbusu sevindirdi .....                        Gürcüstan parlamenti Saakaşvili ilə bağlı komissiya yaratdı .....                        Bu kanalların yayımı dayandırıldı .....                        Metroda qatarın kamerasından su axdı - RƏSMİ .....                        İlham Əliyev naziri vəzifəsindən azad etdi: Yeni TƏYİNAT .....                        Müəllimlərin sertifikasiyası hələ də gecikir: suallara düzəlişlər edilir .....                        Elektron reseptin tətbiqinə başlanılır .....                       
2-12-2021, 10:38
Abituriyentlər 55 manat xərcləməlidir - Qiymət niyə bahadır? - VİDEO

3-cü ixtisas qrupu üzrə keçirilən sınaq imtahanlarında iştirak üçün bəzi abituriyentlər əlavə ödəniş etməlidirlər. Çünki, coğrafiya fənnindən əlavə imtahana görə də ayrıca ödəniş tələb olunur. İmtahanlarda iştirak üçün tələb olunan ödənişlərin yüksək olması abituriyentlərin haqlı narazılığna səbəb olub. Ekspertlər deyirlər ki, sınaq imtahanlarının əlçatan olmaması abituriyentləri çətin duruma salır.

BAKU.WS xəbər verir ki, 3-cu ixtisas qrupuna hazırlaşan abituriyentlər sınaq imtahanlarında coğrafiya fənnindən əlavə imtahan üçün daha 15 manat ödəməlidirlər. Sınaq imtahanlarında iştirakın 40 manata başa gəldiyini nəzərə alsaq ümumilikdə ödənilən məbləğ 55 manata çatacaq.

Dövlət imtahan mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə "Xəzər Xəbər"ə deyib ki, imtahanda iştirak etmək üçün tələb olunan ödənişin məbləği mərkəz tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlar, onların təşkili, keçirilməsi, görülən digər hazırlıq işləri, təqdim olunan xidmətlər ətraflı şəkildə araşdırıldıqdan sonra müəyyən edilir. Mətbuat katibi qeyd etdi ki, Dövlət İmtahan Mərkəzi Nizamnaməyə uyğun olaraq əsasən imtahanların təşkili və keçirilməsindən əldə olunan vəsait hesabına fəaliyyət göstərir.

Təhsil eksperti Kamran Əsədov deyir ki, qəbul imtahanlarından fərqli olaraq sınaq imtahanları az xərc tələb edir. Onun sözlərinə görə sınaq imtahanları üçün tələb edilən məbləğ çoxdur. Təhsil eksperti bildirir ki, sınaq imtahanlarının bəzi abituriyentlər üçün əlçatan olmaması qəbul imtahanlarındaki nəticələrə də təsir edir.

Abituriyentlər də sınaq imtahanları üçün tələb olunan qiymətlərdən narazıdılar.



Qəbul imtahanlarına gəldikdə isə dövlət imtahan mərkəzindən bildirildi ki, burada qiymətlər tarif şurası tərəfindən müəyyənləşir. Hazırda bununla bağlı dəyişiklik yoxdur. Qeyd edək ki, III ixtisas qrupunda DT və ya TC altqrupu üzrə sınaq imtahanında iştirak etmək istəyənlər dekabrın 19-da Azərbaycan dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra dekabrın 26-da əlavə olaraq coğrafiya fənnindən imtahan verəcəklər.

Bütöv.az
26-11-2021, 11:25
Bu kollecdə QIŞ TEZ GƏLİB: YIĞIM BAŞLAYIB...

Sumqayıt Tibb Kollecinin direktoru Rəfael Eyvazov Azərbaycan Həmkarlar Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyevin qohumudur.

TİA.Az xəbər verir ki, o, qohumunun səlahiyyətlərindən istifadə edərək kollecdə öz qanunlarını hökm etdirir. Bu da təbii olaraq narazılıq yaradır.
Kollecdə təhsil alanlar R.Eyvazovun idarəçiliyindən və qeyri-rəsmi tələblərindən, rüşvət yığımından şikayətlənirlər.
Deyilənə görə, kollec direktoru bunun sayəsində biznesmenə çevrilib. O, restoranlar sahibi kimi tanınır.

Xəbərlərə görə, R.Eyvazov kollecdə “ölü canlar” da saxlayır. Bu da onun imkanlarının genişləndirir.
Məlumata görə, kollecin nəzdindəki kurslara adını yazdırıb gələ bilməyən tibb işçiləri direktora aylıq verirlər.
Bir müddət əvvəl yoxlamalar zamanı direktor şiddətli töhmət alsa da, yenə əməllərini davam etdirir. Ona görə çevrəsində danışır ki, məni ziyana saldınız.
Tələbələrin dərslərə gəlməməsi, dərslərin keçilməməsi də, təhsil ocağındakı aktual problemlərdəndir. Hətta tələbələrin dərslərə gəlməməsi Rəfael Eyvazova sərf edir. Çünki hansısa tələbə dərsə gəlmirsə, mütləq kollecin direktorunu “görür”. Axı hansısa tələbənin ona “hörmət” etməsi daha yaxşıdır, nəinki hər gün dərsə gəlməsi. Həmçinin tələbələr imtahan zamanı da incidilir. Yəni oxuyan, oxumayan heç bir fərq etmir. Heç bir tələbəyə qiymət yazılmır. Qiymət yalnız “razılaşma yolu ilə” yazılır ki, bu da təbii olaraq, tələbələrin etirazı ilə nəticələnir. Lakin bu duruma nə direktor, nə müavinləri, nə də müəllimlər əhəmiyyət vermir. Qeyd edək ki, Sumqayıt Tibb Kollecində bu kimi qanunsuzluqlar kifayət qədərdir. Yəni iş sadalananlarla bitmir. Qeyd edək ki, məlumatlara görə, direktorun qanunsuz əməllərinə etiraz edən müəllimlər də “incidilir”. Həmçinin dərslər müəllimlərə hər dərs ilinin başlanğıcında başqa şərtlərlə verilir. Kimlər pul vermirsə, işdən çıxarılmaqla hədələnir, yaxud da dərs yükləri azaldılır. Kimlər ki, direktoru “görür”, o zaman dərs yükləri artıq yazılır.
Qeyd edək ki, Eyvazov 1956-cı ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olub.

Bütöv.az
24-11-2021, 12:21
DİM sədri gələn il üçün magistraturaya sənəd qəbulunun vaxtını AÇIQLADI

"Növbəti il üçün buraxılış və qəbul imtahanlarının tarixlərini özündə ehtiva edən cədvəl artıq hazırdır".

Bütöv.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
o, bildirib ki, gələn il üçün magistratura səviyyəsinə sənəd qəbuluna yanvar ayından başlanılması nəzərdə tutulur:
"Lakin cədvəl təsdiqlənmədiyindən hələlik dəqiq tarix deyə bilmirəm. Qaydalara əsasən, magistraturaya qəbul adətən bir mərhələdə həyata keçirilir. Ötən il isə namizədlərə iki cəhd imkanı verdik. Əgər sərt karantin tədbirləri olmasa çalışacağıq ki, bu il də belə bir imkan yaradaq".
13-11-2021, 15:51
Yevlax rayonunda tələbə qız oğurlanıb

Yevlax rayonunun Ərəş kəndində məskunlaşmış, Kəlbəcər rayonundan məcburi köçkün, Bakı Dövlət Universitetinin Şəki filialının I kurs tələbəsi yetkinlik yaşına çatmamış Təhməzli Rəvanə Məmməd qızı 12 noyabr 2021-ci il tarixində Allahverdiyev Elgiz Təbriz oğlu və dostları tərəfindən oğurlanıb. Valideynlərinin verdiyi məlumata görə onlar qızı Oğuz rayonunun Söyüdlü kəndinə aparıblar.
Bir sutkaya yaxındır ki, qızın yaxınları Yevlax rayon Polis İdarəsinin qarşısında naçar durumda qalıblar. Onlar Yevlax polisinin hadisəyə çox biganə yanaşdığını, hətta onlara polis tərəfindən təzyiqlər olduğunu bildiriblər. Arada valideynlərinə söz veriblər ki, tezliklə qızı tapacaqlar. Ancaq sonradan qızın yaxınları anlayıblar ki, polis onları “yola verir”. Arada qız anası ilə telefon əlaqəsi saxlayıb və ağlayaraq onu tezliklə quldurların əlindən qurtarmalarını istəyib, yoxsa özünə qəsd edəcəyini söyləyib. Görəsən elmi-texniki tərəqqinin bu qədər inkişaf etdiyi bir dövrdə Yevlax polisi adam oğrularını niyə “tapa bilmir?” Yaxud onların cinayətkarlara qarşı bu qədər humanist davranmaları nədən qaynaqlanır? Yəqin ki bu sula Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi açıq və aydın cavab verəcək.
3-11-2021, 11:14
Uşağın təhsili, yoxsa sağlamlığı? - FOTO

Son günlər ölkə məktəblərində müəllim və şagirdlər arasında COVID-19 yoluxma halları xeyli artıb. Pedaqoji heyətin 90 faizinin vaksinasiyadan keçdiyi, təhsil müəssisələrində sanitar-gigiyena qaydalarına tam riayət olunduğu deyilsə də, yoluxanların sayı demək olar ki, hər gün artır.

Hətta müəllim və şagirdlər arasında ölüm halları belə baş verib.
Bu vəziyyətdə məktəblərin bağlanması və yenidən distant təhsilə keçid mümkündürmü?
Bakupost.az -ın xəbərinə görə, məsələyə münasibət bildirən Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov deyib ki, məktəblər təkrar bağlandığı təqdirdə şagirdlərin təhsili dərindən mənimsəməsinə ciddi problemlər yaranacaq:

“Ənənəvi təhsili əvəz edəcək təhsil forması yoxdur. Pandemiya səbəbindən məcburiyyət qarşısında qalıb 2 ilə yaxın bir müddətdə, təhsilsizlik boşluğunu doldurmaq üçün fərqli formatlarda təhsilin davam etdirilməsi ilə bağlı qərarlar qəbul edildi. Hazırda isə məktəblərin yalnız lokal olaraq qapanması ilə bağlı qərarlar qəbul olunur. Hesab edirəm ki, bu doğru qərardır”.

İ. Orucovun sözlərinə görə, bu gün bir sıra məktəblərdə yoluxma halları müşahidə olunur:

“Payız mövsümünə xas xəstəliklər də artıb. Mövsümi qrip səbəbindən immun sistemi zəifləyən insan koronavirusa da tez yoluxur. Bədəni zəif olduğu üçün xəstəliyi bir qədər də ağır keçirir. Koronavirusa yoluxma sayındakı statistika hər kəsi, xüsusilə də valideynləri narahat edir. COVİD-ə yoluxan şagirdlərin sayı artdıqca bəzi valideynlər ehtiyat edib övladlarını məktəbə qoymur. Ancaq unutmaq lazım deyil ki, pandemiyanın nə vaxt bitəcəyi məlum deyil. Bu səbəbdən də biz pandemiya şəraitində yaşamağa alışmalıyıq. Başqa çarəmiz yoxdur”.
İ. Orucov bildirib ki, əgər qarşıdakı dövr ərzində məktəblərdə yoluxma halları kəskin şəkildə artarsa, o zaman məktəblərin qapadılması haqda qərar verilər:

“Hesab edirəm ki, mövcud vəziyyətə uyğun olaraq ayır-ayrı siniflərlə bağlı qərarlar qəbul edilməlidir. Bir sinifdə yoluxma aşkarlandıqda o sinif bağlanmalıdır. Pandemiya nə vaxtadək davam edəcəksə, biz də ona uyğun yaşamalıyıq. Buna məcburuq. Övladlarımıza yaxşı təhsil vermək istəyiriksə, məktəblərin bağlanmasını istəmiriksə hamılıqla ilk növbədə həmrəylik nümayiş etdirməliyik. Valideynlər, müəllimlər və məktəb rəhbərləri sanitar gigiyena qaydalarına əməl etməlidirlər. Qoyulan qaydalara əməl olunduğu halda biz vəziyyəti idarəolunan həddə saxlaya bilərik. Məsələyə qeyri ciddi, başdansovdu yanaşılsa və nəticədə yoluxma və ölüm sayı pik həddə çatsa, gələcəkdə daha sərt qərarların qəbulu qaçılmaz olacaq”.

Milli Məclisin Təhsil komitəsinin üzvü, professor Aqiyə Naxçıvanlı isə hesab edir ki, heç vaxt distant təhsil əyani tədrisi, müəllimlə şagirdin canlı ünsiyyətini əvəz edə bilməz. Bu səbəbdən də hansısa məktəbdə yoluxma aşkarlansa, konkret olaraq həmin təhsil müəssisəsi qapadılmalıdır. Bütün məktəbləri bağlamaq olmaz:

“Amma virus müəllim və şagirdlər arasında sürətlə yayılarsa, bu haqda düşünməli olacağıq. Ancaq hazırkı vəziyyətdə məktəblərin bağlanması düzgün qərar olmaz. Hər halda gündəlik yoluxma dinamikası izlənməli və təhlil olunmalıdır. Elə məktəb var ki, orada COVID-ə yoluxma halı aşkarlanmayıb. Belə məktəbləri bağlamağa ehtiyac yoxdur”.

A. Naxçıvanlının fikrincə, həm məktəb rəhbərliyi, həm də valideynlər çox diqqətli olmalıdırlar:

“Valideynlər qripə yoluxan övladlarını məktəbə gətirməməlidirlər. Əgər uşaq xəstədirsə onu evdə saxlamaq lazımdır. Qripə yoluxan uşağı məktəbə gətirəndə sinfin yarısı qripə yoluxur. COVİD-ın bəzi əlamətləri adi qriplə oxşardır. Boğaz ağrısı, hərarət, öskürək. Bu səbəbdən də ayırd etmək olmur ki, bu adi qripdir ya COVİD. Məktəb rəhbərləri, eləcə də müəllimlər hazırkı məqamda çox diqqətli olmalıdırlar. Adi qripə yoluxan uşaqları məktəbə buraxmamalıdırlar”.

Millət vəkili Naqif Həmzəyev vurğulayıb ki, orta məktəblərin distant təhsilə keçirilməsi problemin həlli yolu deyil:
“Məktəblər bağlandığı təqdirdə distant təhsilin tətbiqinə başlanılacaq. Distant təhsil isə şagirdlərin bilik səviyyəsinin aşağı düşməsinə, onların dərsə, təhsilə marağının azalmasına səbəb olacaq. Məktəblərin qapadılması həmçinin şagirdlərin psixologiyasına da mənfi təsir göstərəcək. Sadalanan səbəblərə əsaslanaraq, məktəblərin qapadılmasını məqbul saymıram”.
Millət vəkilinin sözlərinə görə, yoluxma sayını artırmamaq üçün vətəndaş olaraq qoyulan qaydalara əməl etməliyik:
“İlk növbədə çalışılmalıdır ki, bütün təhsil işçiləri vaksinasiya olunsun. Müəllimlər həm özlərinin həm şagirdlərin saglamlığı naminə üçüncü doza vaksini də vurdurmalıdırlar. Eyni zamanda məktəblərdə sanitar gigiyena qaydalarına tam əməl olunmalıdır. Qaydalara riayət olunsa yoluxma artmaz və qapanmalara da ehtiyac qalmaz”.

Bütöv.az
7-10-2021, 16:47
Azərbaycanda universitetə yeni prorektor təyin edildi

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor vəzifəsinə yeni təyinat olub.

Bununla bağlı UNEC məlumat yayıb.

Bildirilib ki, universitetin rektoru Ədalət Muradov yeni prorektor Neman Muradlını Beynəlxalq əməkdaşlıq departamentinin kollektivinə təqdim edib.

Qeyd edək ki, Neman Muradlı 1986-cı ildə anadan olub. 2007-ci ildə BDU-nun Hüquq fakültəsini bitirib. 2009-2010-cu illərdə Koreya Respublikasında Koreya İnkişaf İnstitutunun Dövlət siyasəti və idarəetmə fakültəsində magistr təhsili alıb. 2011-2017-ci illrədə Kyung HEE Universitetinin Dövlət idarəetməsi fakültəsində doktorantura təhsili alıb. 2017-ci ildə namizədlik dissertasiya işini müdafiə edərək, Kyung HEE Universiteti tərəfindən “Dövlət idarəetməsi” üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

2015-ci ildən 2021-ci ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Fondunda işləyib. 2017-ci ildən UNEC-in İqtisadiyyat və idarəetmə kafedrasının müəllimidir.

İngilis, türk və Koreya dillərini mükəmməl bilir.

Butov.az
5-10-2021, 11:23
Təhsil naziri müəllimləri təbrik etdi - FOTO

Təhsil naziri Emin Əmrullayev 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.

Təbrikdə deyilir:

“Əziz müəllimimiz,

Övladlarımızın təlim-tərbiyəsini etibar etdiyimiz Sizə təşəkkür edir, şərəfli peşənizdə uğurlar arzulayıram!

Beynəlxalq Müəllimlər Gününüz mübarək!”



Butov.az
5-10-2021, 11:11
Nazir bu təhsil şöbəsinə yeni müdir TƏYİN ETDİ

Ağdam Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Tahir Abbasov təyinat alıb.

Qeyd edək ki, o, bu təyinatadək Ağdam Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.

Butov.az
1-10-2021, 10:47
Təhsil sistemində TƏHLÜKƏLİ ŞƏBƏKƏ...

Açıq demək lazımdır ki, Azərbaycan təhsili son 20-30 ildə ciddi tənəzzülə uğrayıb. Təhsilin səviyyəsi də xeyli aşağı düşüb. Ən dəhşətlisi odur ki, təlim-tərbiyyə məsələsi də ürəkaçan deyil.

Məktəblərimizdə nələr baş verir?
Əslində sual belə olmalıdır: Nələr baş vermir?
Şagird özünü məktəbdə intihar edir...
Məktəb direktoru şagirdə təcavüz edir...
Məktəblərdə rüşvət adi hal alıb...
Müəllimlər repetitorluq üçün direktora aylıq verir..
Direktor isə hər ay müəllimlərdən yığdığı pulu icra başçısına çatdırır..
Və daha nələr...
Uzun müddət təhsil sahəsində çalışmış, Bakı Şəhər Təhsil İdarəsinin müdiri, sonra təhsil nazirinin müavini işləmiş Məhəbbət Vəliyevanın ötən ilin sonunda hay-küylü istefası mediada xeyli müzakirələrə səbəb oldu.
Məhəbbət Vəliyeva uzun müddət nüfuzlu liseylərdən birinin direktoru, sonra Bakı Şəhər Təhsil İdarəsinin müdiri işləyəndə rüşvətxor və korrupsioner kimi ad çıxarmışdı.
Məhəbbət xanım, məktəb direktorlarılnın, lisey direktorlarının təyin olunma qiymətini qaldırmışdı.
Məhəbbət xanımın elmi işinin plagiat olması da xeyli müzakirələrə səbəb olmuşdu.
Xanım Vəliyevanın qızı da şəhər təhsil müəssisəsində baş mühasib kimi bu işlərdə iştirak etmişdi.
Bütün bunları sadalamaqda məqsədimiz odur ki, Məhəbbət Vəliyevanın hay-küylü istefası barədə müxtəlif variantlar səsləndi.
Onun korrupsiya əməlinə görə ifşa olunmasından qorxaraq infarkt keçirməsi və səhhətinə görə istefa verməsi xəbəri də yayıldı.
Ancaq daha çox hallanan xəbər onun Fətullah Gülənin heyranlarından biri olması idi.
Məlumata görə, Məhhəbbət xanım bu boyda rüşvət və korrupsiya bataqlığından sonra haqqa gəlmək istəyib. Və namaz qılaraq, oruc tutaraq günahlarının bağışlanmasını diləyirmiş. Hətta nazirliyə də çarşabda-hicabda gəlirmiş. Yəni həcixanım imiş.
Ancaq rəsmi məlumatda həcixanımın guya səhhətində problem olduğu bildirilir.
Əslində isə, eks nazir müavininin vəzifədən ayrılma səbəbi səhhətində yaranmış problem deyil, dinə meyl etməsi ilə bağlı olub.
Sözün düzü, kiminsə namaz qılması, oruc tutması, hicab taxması bizim üçün müzakirə mövzusu deyil. Hər kəs öz inancında azaddır.
Bizim üçün bu hicabın altında baş verən rüşvət və korrupsiya əməlləridir.
Biz Məhəbbət Vəliyevaya gec də olsa, düz yola, haqq yoluna qayıtmasını arzu edirik.
Görək, onu əvəz edən və yaxını, bacısı olan Mehriban Vəliyeva nələr edir ?
Təhsilimiz üçün külüng çalır, yoxsa..?
Məlumat üçün qeyd edək ki, Mehriban Vəliyeva Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Filologiya üzrə fəlsəfə doktorudur.
1989-cu ildən pedaqoji fəaliyyətə başlayıb, Bakı şəhəri 278 nömrəli tam orta məktəbdə, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində və Akademik Zərifə Əliyeva adına liseydə işləyib.
2014-2020-ci illərdə Akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb.
“Əməkdar müəllim”dir və Təhsil naziri Emin Əmrullayevin əmri ilə 2020-ci il 11 dekabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
Əslində doğma bacı olan bu iki xanım, məşhur liseydə və digər qurumlarda eyni yolu keçiblər.
Həm də atalar demişkən, dostunu mənə göstər kim olduğunu deyim.
Bəli, bu gün Mehriban Vəliyeva da sələfi Məhəbbət xanım kimi təhsilimizi korrupsiya dolanbaclarından keçirir. Bu iki bacı bu məsələdə vərdişkardırlar. Vərdişi tərgitmək isə müşkül məsələdir.
Az qala unutmuşduq ki, Mehriban Vəliyeva həm də Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvüdür. Bəh, bəh..
Bu yerdə Kərəmi ağlamaq tutur.
Görəsən təhsilimizin başına saldıqları daşa görə, bu iki bacını əfv edən olacaqmı ? (gundelik-baku.com)

Bütov.az

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!