İrandan atılan 100 raket vuruldu .....                        "İran qırmızı xətləri keçdi" .....                        Natanzda radioloji çirklənmə aşkarlandı .....                        İsrail qırıcıları vuruldu - Qadın pilot əsir götürüldü .....                        Türkiyə rəsmiləri İrana görə toplaşdı .....                        İsrail İranın nüvə obyektini vurdu .....                        Xamenei xalqa müraciət etdi - Əsas mesajlar .....                        İrandan İsrailə CAVAB HÜCUMU .....                        Putin Netanyahu və Pezeşkianla danışdı - YENİLƏNİB .....                       
Tarix : 4-04-2015, 20:35
BAYRAMIN MÜBARƏK, SALAM TÜRKİYƏM!

Cavanşir Atəşi (Qocayev)
Daşkəsən şəhəri
.

Türkiyədə Çanaqqala zəfərinin 100 illiyinə ithaf edirəm
Azərim, Osmanlım, Turanlım mənim,
Yapanım, yaradıb-quranım mənim.
Ey canım, ürəyim, gözüm Türkiyəm!
Ey dostum, qardaşım, özüm Türkiyəm!

Əyilməz, sarsılmaz şah vüqarımız,
Haqq deyib hayqıran xilaskarımız.
Ey şəhid əsgərim, qazim Türkiyəm!
Sən ey qəhrəmanlıq yazım Türkiyəm!

Ey arxam, sipərim, qalxanım mənim,
Qarsım, Ərzurumum, Ceyhanım mənim.
Ey Məkkəm, Mədinəm, qibləm Türkiyəm!
Yürüşüm, hücumum, həmləm Türkiyəm!

İstanbul, Ankara, Ağrı dağımsan,
Ən qalib, ən igid Bayraqdarımsan.
Göylərə ucalan zirvəm Türkiyəm!
Ey yaylım atəşim, zərbəm Türkiyəm!

Ey ayım, ulduzum, səhərim mənim,
Qurtuluş uğrunda hünərim mənim.
Çağırışım, harayım, nərəm Türkiyəm!
Varlığım hər damlam, zərrəm Türkiyəm!

Qələbə mayakım Çanaqqalamsan,
Ən şanlı, əbədi zəfər çalansan.
Mustafa Kamalım Paşam Türkiyəm!
Sənindir gələcək yaşam Türkiyəm!

Yağı düşmənlərin gözünə oxsan,
Şükür ki, tanrıya tək deyil, çoxsan.
Xoş əməl, xoş məram, niyyət Türkiyəm!
Ən ulu, ən cəsur millət Türkiyəm!

Mərdlik timsalıdır Ərdoğanların,
Əbədiyaşardır əhdin, ilqarın.
Ən sadiq silahdaş, sirdaş Türkiyəm!
Ədalət, inkişaf, çağdaş Türkiyəm!

Doğma Azərbaycan, ana vətənim,
Hər yana yayılsın qoy səsim mənim
Möhtəşəm, alınmaz qalam Türkiyəm!
Bayramın mübarək, salam Türkiyəm!


Paylaş



Bölmə: Turan / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!