"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 26-02-2018, 14:13
"İrəvan xanlığının irsini Ermənistan məqsədyönlü məhv edib"

Arxeoloq Tatyana Krupa:"İrəvan xanlığının irsini Ermənistan məqsədyönlü məhv edib" - MÜSHAİBƏ

"Vestnik Kavkaza" informasiya agentliyi V.N.Karazin adına Xarkov Milli Universitetinin əməkdaşı, arxeoloq, bərpaçı, tarixçi Tatyana Krupa ilə söhbət edib. Bərpaçı alim öz müşahidələrinə əsasən bu qənaətə gəlir ki, İrəvan xanlığı dövrünə aid tarixi abidələr Ermənistan hakimiyyəti tərəfindən sistemli şəkildə məhv edilir.
Həmin müsahibəni "525-ci qəzet" Azərbaycan dilinə tərcümə edib. Onu Butov.az-ın oxucularına təqdim edirik:



– İrəvana səfəriniz zamanı nələri aşkar etdiniz, nələri müəyyənləşdirdiniz?

– Əvvəla, qeyd edim ki, mən Xarkovda erməni kirvələrimizin yanında böyümüşəm. Doğma bibimin həyat yoldaşı isə Bakıdan olan azərbaycanlı idi. Yəni heç bir tərəfə qarşı nifrət hissim yoxdur, əksinə, hörmətim və qarşılıqlı işləmək istəyim var.

İrəvanda dəfələrlə səfərdə olmuşam, abidələrə baxmışam. Bunu da deyim ki, məni səmimi qarşıladılar. Lakin məni təşvişə salan şəhər boyu gəzintilərim zamanı İrəvan xanlığına aid bir dənə də olsun abidəyə rast gəlməməyim oldu. Axı bu, tarixin böyük bir mərhələsidir. Mədəni irsin müdafiəsiylə məşğul olduğum üçün müşahidələrim məndə bir sıra sual yaratdı: axı niyə erməni kilsələrini, gözəl şəhərin müasir arxitekturasını görürəm, amma İrəvan xanlığı saraylarına aid arxeoloji qalıqlara belə rast gələ bilmirəm? Yalnız, belə deyək, fars məscidi(qeyd: İrəvan xanlığı dövründə tikilən Göy Məscid, azərbaycanlılara məxsusdur – 525) var, bəs qalanları hara yox olub? Bu regionda qədim zamanlardan daş tikililər mövcud olub. Orada Erebuni qalası, Teyşebaini qalası qalıb, bəs xan saraylarının qalıqları haradadır? Onlar müharibələr zamanı yoxa çıxa bilməzdilər: Birinci Dünya Müharibəsi zamanı Ermənistanda böyük hərbi əməliyyatlar keçirilməyib. İrəvana bomba tökülməyib, Spitakda baş verən zəlzələ kimi böyük faciə bu ərazidə yaşanmayıb. Bunlara baxmayaraq, XIX əsrə aid saray kompleks və məscidləri qalmayıb. Amma həmin dövrə aid adi tikililər mövcuddur və həm də çox yaxşı vəziyətdədir. Bunu da deyim ki, İrəvan xanlığının paytaxtında məscidlərin sayı mütləq çox olmalıydı. Məsələn, işğal altında olan Şuşada 17 məscid vardı. İrəvanda da məscidlərin sayı az olmamalıydı. Bəs onlar necə oldu? Belə nəticəyə gəlmək olar ki, onlar məqsədyönlü şəkildə erməni hökuməti tərəfindən dağıdılıb. Onların Osmanlı Türkiyəsi və Səfəvi İranıyla problemlərini nəzərə alsaq, bu məqsəd bizə aydın görünür. Bu abidələrdə dəqiq tarixi mənbələr vardı, amma onsuz da, Tbilisi İncəsənət Muzeyində XX əsrin əvvəllərində İrəvanın azərbaycanlı sakinlərinin fotoları, həmçinin, rəsmlər, o cümlədən, İrəvan sarayının şəkli qorunub saxlanılır. Lakin binaların özü dağıdılıb, deməli, İrəvanın keçmişi haqqında siyasi miflərin tarixə heç bir aidiyyəti yoxdur.

Heç bir tarixçi-alim İrəvanın Azərbaycanın böyük geoqrafik ərazisinə aid olmasıyla bağlı mübahisə etməz. Belə alınıb ki, indi həmin ərazi Ermənistan Respublikasıdır. Biz ona yalnız inkişaf və çiçəklənmə arzu edə bilərik. Bəs bu ölkə XVII-XIX əsrə aid mədəni irsi hara yoxa çıxarıb? Xanlıq paytaxtının saray kompleksləri, özü də müstəqil və dövlətli xanlığın sarayları – irsin məhv edilməsi doktrinası çərçivəsində və tarixi yaddaşın yox edilməsiylə yer üzündən silinib.

– Region tarixinin tam bir qatının məhv edilməsi cəhdini necə qiymətləndirirsiniz?

– Ukraynada VIII-X əsrlərin Xəzər Xaqanlığı mövcud olub. Ona görə də Ukrayna dilində bir çox türkizmlər qalıb və tarixin bu səhifəsini heç kim cırıb atmaq fikrinə düşməyib. Əgər indi bu periodu inkar etsəm, onun qalıqlarını dağıtsam, işlərimdə nəzərə almasam, tarixçi yox, ruhi xəstə, dəli sayılaram. Bundan əlavə, tarixi abidələri məhv etsəm, cinayətkara çevrilərəm. Ermənilərin bir çoxunun soyadı Mirzoyan, Əmirxanyan, Bəkiryandı. Bu soyadlar onların türk əsilliyinin göstəricisidir. Və bu, erməni irsinin bir parçasıdır. Necə ki, müasir Azərbaycan və Gürcüstan xalqlarının irsinə Urartu dövrü daxildir. Minilliklər boyu, poleolit dövründən bir xalqın dəyişmədən eyni qalmağını iddia etmək mümkün deyil, qədim urartulular müasir ermənilərlə eyni ola bilməz. Çünki bu torpaqlara başqa xalqlar da gəlib, evlənib, uşaqlar dünyaya gətiriblər.

Yenə də Ukraynayla bağlı bir misal çəkim: bizdə bəzi millətçilər hesab edirlər ki, Tripol mədəniyyəti qədim ukraynalılarındır. Axı onlar Kiçik Asiyadan gəlmə başqa xalq olub. Onların mərkəzi indiki Türkiyə ərazisi idi. Bəli, Tripol mədəniyyəti müasir ukraynalıların etnigenezində iştirak edib, lakin o, indiki ukraynalılarla eyni deyil. Çünki ondan sonra saltovlar, atlı xalqlar, türklər, peçeneqlər, kumanlar gəliblər. Erməni xalqının da etnogenezi eynən bu cür olub.

– Bu il Ermənistanda İrəvanın 2800 illiyini qeyd edirlər. Şəhər, erməni elmi mühitində Romadan qədim hesab olunur. Bunun tarixi sübutu varmı? Xan dövrünə qədər mədəni irs qalıbmı?

– Tarixi statistika, konkret vaxt siyasi mifin bir hissəsidir. Daha bir Ukrayna analoqu: Xarkovda Qızıl Ordanın izləri, e.ə. V əsrə aid erkən dəmir dövrünün abidələri var, lakin Xarkovun əsasının 1654-cü ildə qoyulduğu müəyyənləşdirilib. Bu, yazılı şəkildə Xarkovun şəhər kimi adının qeyd olunduğu ilk tarixdir. Ona qədər olanlar Xarkov deyil. Bunu da deməliyəm ki, üç min il bundan əvvəl İrəvanın bu və ya digər ad altında xatırlandığı hansısa tarixi sənədi görməmişəm, bilmirəm. İndiki İrəvan ərazisində e.ə. X-VII əsrlər Urartu dövrünə aid şəhər var, lakin o, Ereburi və Tayşebanidir. İrəvan şəhərinin bura heç bir aidiyyəti yoxdur. Şəhərin yaşını başqa dövlərə aid abidələrin tarixləri ilə yox, adının tarixi sənədlərdə ilk qeyd olunduğu vaxtla müəyyənləşdirirlər. Təəssüf ki, belə şeylər indi çox dəbdədir. Məsələn, Sevastopoldakı Balaklavanın iki min illiyini qeyd etmək kimi. İki min il əvvəl adının heç yerdə qeyd olunmaması qətiyyən vacib deyil. Əsas məsələ bunu elan etmək, qeyd etmək, büdcəni dağıtmaq, camaatı özünə güldürməkdir.

– Azərbaycan Respublikası prezidenti İlham Əliyevin "azərbaycanlılar tarixi torpaqlarına qayıtmalıdır" fikrinə münasibətiniz necədir?

– Əvvəla, mən çox gözəl başa düşürəm ki, Azərbaycan müasir dövlət kimi Ermənistanın ərazisinə iddialı deyil. Çünki bütün beynəlxalq səviyyələrdə belə deyir. Lakin artıq otuz ildir ki, Azərbaycanın dövlət nəzarəti altında olmayan işğal olunmuş torpaqlarının geri qaytarılması uğrunda mübarizədə olduğunu nəzərə alaraq, prezidentin İrəvan xanlığının Qafqazın ümumi tarixinin bir hissəsi olduğunu xatırlatması yerinə düşür.
Qeyd edim ki, Qarabağ, şübhəsiz, Azərbaycan torpağıdır. Azərbaycan Respublikasının formalaşma dövründə Qarabağ onun ərazizinə aid olub və indi də ora aiddir. Qarabağ muxtariyyatı və onunla qonşu olan işğal edilmiş bütün rayonlar Azərbaycana geri qaytarılmalıdır. Buna görə də Azərbaycan prezidentini müharibə elan edərək Ermənistanı ələ keçirmək niyyətində olduğuna görə ittiham etməyin məntiqi izahı yoxdur, bu, beynəlxalq hüquqa görə də, düzgün olmazdı. Sadəcə, Azərbaycanda həyata keçirilən hərbi reform və digər islahatlar ordu quruculuğunun sürətli inkişafına zəmin yaradıb və bu gün o, daha güclü hərbi vəziyyətdədir. Lakin digər tərəfdən, Azərbaycan torpaqlarının geri qaytarılması məsələsi hələ də həllini tapmayıb.


Paylaş



Bölmə: Xəbər / İrəvan / Müsahibə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!