Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 19-11-2018, 16:32
KRİSTİAN DİORUN İLHAM PƏRİSİ - QAZAX TÜRKÜ ALLA İLÇUN


Alla İlçun – dəb dünyasının stil etalonu , həm də dünya şöhrətli dahi fransız modelyeri Kristian Diorun son və ən sevimli ilham pərisi olub. Yəqin ki, qazax türkü olan bu xanımın həyat tarixçəsi kimsəni heyran etməyə bilməz. Çünki o, zamanında adi qabyuyandan əsl podium ulduzuna çevrilməyi bacarıb.
Allanın ailəsi və əcdadları haqqında məlumat elə də çox deyil.Deyilənə görə, onun bəy nəslindən olan atası Juanxal İlçun dəmiryol mühəndisi olur .O, ideyası hələ 1886-cı ildə yaranan Türksibin tikintisində yaxından iştirak edir. Daha sonra Çin şəhəri sayılan , amma vətəndaş müharibəsindən sonra çox sayda rusun məskunlaşdığı Harbinə miqrasiya edir. Məhz bu şəhərdə Juanxal milliyyətcə rus olan gənc opera ifaçısı Tatyana ilə ailə qurur. Cütlüyün Alla adlı qızları anadan olur.
Amma o vaxt sərhəddə yerləşən Harbində həyat öz axarıyla getmirdi. Şəhər tez-tez əldən ələ keçirdi. Buranı çinlilər , yaponlar və bolşeviklər öz hakimiyyəti altına almağa çalışırdı . Bütün bu dəyişikliklər isə dağıntıyla , təcavüzlə müşayiət olunurdu. Bu səbəbdən də İlçun ailəsi Fransaya yerləşməyi qərara alır. Lakin Fransaya təkcə ana ilə qızı yollana bilir .İllər sonra Alla İlçunun oğlunun sözlərinə görə onun babasının QULAQ-a( SSRİ-də xüsusi rejimli islah - əmək düşərgəsi ) düşdüyü və geri dönmədiyi məlum olur . Parisdə məskunlaşan ailə çox çətinlik çəkir. Kasıb yaşadıqlarından Alla həmişə iş axtarışında olur.O hətta Paris restoranlarından birinə qabyuyan kimi işə düzəlir. Həyatından heç bir zaman şikayətçi olmayan bu qız nə zamansa hər şeyin yaxşı olacağına ümid etsə də belə olmur. Çox keçmir ki, II Dünya Müharibəsi başlayır. Fransa faşistlər tərəfindən işğal olunur.Bir müharibədən qaçmış ailə yeni müharibə ilə qarşılaşır.Həmin illərdə gənc Alla Fransa Müqavimət Hərəkatının sıralarında yer alır. Partizanlara qoşularaq , knyaginya Tamara Volkonski və Ariadna Skryabinayla çiyin-çiyinə Fransanın cənub-qərbindəki küçə döyüşlərində iştirak edir.
KRİSTİAN DİORUN İLHAM PƏRİSİ - QAZAX TÜRKÜ ALLA İLÇUN

Yalnız müharibə bitdikdən sonra Allanın bəxti üzünə gülür. Təsadüfi bir hadisə ona uğur gətirir. Ən yaxın rəfiqəsi çox da tanınmayan modelyer Kristian Diorun elan etdiyi kastinqə qatılır. Lakin bərk xəstələndiyindən Alladan bu seçimdə onu əvəz etməsini xahiş edir.Göstərilən ünvana gələn Alla , burada otaqların təmiri ilə məşğul olan işçi briqadası ilə qarşılaşır. O işçilərlə söhbət edərək moda evini tərk edir. Rəfiqəsinin vaxtı və məkanı səhv saldığını düşünür.Amma bir neçə gündən sonra moda evindən gələn qəfil zəng Allanı təəcübləndirir. Çünki cənab Diorun katibəsi onun seçim turunu keçdiyini söyləyirdi. Alla baş tutmayan kastinqdə iştirak etməmişəm deyə irad bildirsədə, katibə ona gülərək cavab verir:”Müsyö Dior işçilərin arasında olub.” Sən demə bu şərq gözəlinin qeyri-adi fiqurası modelyeri ilk baxışdan ovsunlayır.Beləliklə , Alla İlçun özü də bilmədən K.Diorun qəlbini fəth edir.Eyni zamanda Dior Avropada asiya gözəlliyinə diqqət yetirən ilk modelyer olur.Ondan sonra bu tendensiyanı ispan Kristobel Balensiqa və fransız Yuber de Jivanşi davam etdirir. Söz yox ki, Dior qadın gözəlliyini bütün incəliyiylə duyur və zamanın nəbzini tuta bilirdi. Elə buna görə də o, müharibədən sonra qadınlar üçün , ilk kolleksiyası olan “New look”u təqdim etmək qərarına gəlir. Modelyer optimizmi , romantizmi simvolizə edən bu kolleksiyanın nümayişi üçün yalnız Alla İlçunu uyğun bilir.Çünki onun qeyri-adi incə beli və çox da uzun olmayan boyu buna imkan verirdi.
Təbii ki, yeni kolleksiya dünya moda tarixində bir partlayış yaradır.Bu vaxta qədər heç kimin tanımadığı 42 yaşlı modelyer ani olaraq böyük modanın şahına çevrilir.Onun şan-şöhrəti bütün dünyaya yayılır.Dünyanın ən mötəbər xanımları modelyerin qəbuluna yazılmağa başlayır. Əldə olunan uğurdan sonra Kristian Dior Alla İlçunu özünün ilham pərisi adlandırır. Qazax mənşəli gözəl tezliklə moda nümayişlərinin bəzəyinə çevrilir və kuturyenin yeni kolleksiyalarının yaranmasına səbəb olur.Artıq Alla fransız estrada və kino ulduzlarına cəmiyyət arasına necə çıxmalı olduqlarını diqtə edir. Onun təqdim etdiyi yeni əlbisələri divalar dəfilədən dərhal sonra əldə etməyə can atırlar. Alla həm də “pişik gözü” etalon obrazını yaratmağı bacarır. Məhz onun sayəsində Avropa və SSRİ-də oxvari göz makiyajı dəbi yaranır. Bu tip göz makiyajı bu gün də aktualdır .Sadəcə çox az adam bilir ki, 50-ci illərdə bu qeyri-adi makiyajı ilk dəfə bütün dünyada Alla İlçunun simasında görüblər.
KRİSTİAN DİORUN İLHAM PƏRİSİ - QAZAX TÜRKÜ ALLA İLÇUN

Ümumiyyətlə , Alla İlçun və Kristian Diorun əməkdaşlığı 10 il davam edir. Dahi modelyerin ölümündən sonra isə Alla onun tələbəsi və davamçısı İv Sen Loranla daha 10 il çalışır. Şərq gözəli nə az , nə çox düz 20 il podiumda hökmranlıq edir.Qəribədə olsa bu illər ərzində onun bel ölçüsü cəmi 2 sm artır. ( karsetsiz 47 sm-dən 49 sm-ə qədər)Alladan buna necə nail olduğunu soruşduqda isə yumorla belə cavab verir: “ Mən heç nə yemirəm . Ancaq içirəm.Mənim dietam siqaret və şampandır. Bütün vitaminlər bunlardadır.”
Model koryerasına isə Alla öz simasında yaşıyla bağlı əlamətləri gördüyü zaman son qoyur.Çünki o, sevənlərinin yaddaşında gənc və gözəl qalmaq istəyirdi. Bununlada Alla İlçun moda dünyasını birdəfəlik tərk edir. Bir daha moda jurnallarının üz qabığında görsənmir. Hətta müsahibə verməkdən belə imtina edir. Yalnız 1990-cı ildə tarixçi Aleksandr Vasilyev onunla görüşə bilir. Amma ona belə Allanın şəklini çəkmək qadağan edilir.
Bu xanımın möcüzələrlə dolu həyat yolunun harda və nə zaman bitdiyi bilinmir.O yaşayır ya yaşamır .Heç bir şey məlum deyil .Bircə o məlumdur ki, dünyaca məşhur top-model fotosessiyalardan biri zamanı həyatının məhəbbətini tapır. Polyak fotoqraf Mayk de Dyumenlə ailə quran Allanın iki oğlu dünyaya gəlir.

KÖNÜL SADIQOVA


Paylaş



Bölmə: Xəbər / Turan / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!