Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                       
Tarix : 21-12-2018, 10:41
Polislər qaçırılmış avtomobili sahibinə qaytardı

Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini T.Rüstəmov dekabrın 19-na keçən gecə Sulutəpə qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.
DİN mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb və qısa müddətdə avtomobilin qəsəbə ərazisində hərəkətdə olduğu müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsi həmin gün DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinənin qəsəbə sakini Kazım Quliyev olduğu, digər şəxslə birgə dekabrın 18-də Lökbatan qəsəbəsi ərazisində Şamaxı rayon sakini Z.Zərbalıyevin “VAZ-2103” markalı avtomobilini qaçırmaları da müəyyən edilib.
Davam etdirilən tədbirlərlə həmin nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən Xocəsən qəsəbəsi ərazisində tapılaraq sahibinə qaytarılıb.
Binəqədi RPİ tərəfindən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən digər şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!