Ötərxan Eltacın “SƏBRİN İNTİQAMI” adlı kitabı işıq üzü görüb. .....                        İranın İsraillə birbaşa qarşıdurma planları .....                        İsraildə terror - 1 ölü, 9 yaralı .....                        Mayis Bərxudarov vəzifəsindən azad edildi .....                        Qəzzada ölənlərin sayı 42 min nəfərə çatır .....                        Dövlət qulluğu imtahanı keçirilib .....                        Böyük Britaniya İrana yeni səfir təyin etdi .....                        Antarktida sürətlə yaşıllaşır .....                        Zaqatalada mağaza yandı .....                       
Tarix : 3-07-2019, 06:24
Nyu Yorkda yaşayan azərbaycanlı yazıçı
Əsl adı Əvəz olsa da, onu uşaq yaşlarından Azik deyə çağırıblar. Amerikaya gələndən sonra isə ABŞ vətəndaşlığını qəbul edəndə pasportuna adını Ayzek (Izek) yazdırıb. Və nəşr olunan bütün kitabları da Ayzek Əliyev imzası ilə işıq üzü görüb...
O, 1955-ci ildə Bakıda dünyaya gəlib. Orta təhsilini 1972-ci ildə 20 nömrəli məktəbdə alıb. Eyni zamanda 1962-1972-ci illərdə 16 nömrəli şəhər musiqi məktəbində fortepiano dərslərinə gedib. 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin giologiya-coğrafiya fakültəsində ali təhsil alıb. 1977-1996-cı illərdə AMEA-nın Coğrafiya İnstitutunada kiçik elmi işçidən laboratoriya müdiri vəzifəsinədək yüksələ bilib. Arada iki il AMEA-nın Giofizika İnstitutunda da çalışıb.
1982-ci ildən coğrafiya elmləri namizədidir. 1996-cı ildən ABŞ-ın Nyu York şəhərində yaşayır...
...Ömür-gün yoldaşı Tamara xanım milliyətcə gürcüdür. Hələ Bakıda yaşayarkən pediator-həkim ixtisasına yiyələnib. İki övladı var. Böyük qızı Ayla xanım 33, ikinci qızı Dilarə xanım isə 28 yaşındadırlar...
Ayzek Amerikaya gəldikdən sonra beş il müxtəlif işlərdə çalışıb, dil kurslarına gedib. 2001-ci ildən “Human Resources Administration” təşkilatında işləyir. O, burada “social worker” vəzifəsindən, “supervisor” vəzifəsinədək yüksələ bilib...
Uzun illərdir ki, bədii yaradıcılıqla məşğul olur. Rus dilində yazıb yaradan yazıçılardandır. “Deletantın özünü dərk etməsi” adlı ilk kitabı 1994-cü ildə Bakıda nəşr olunub. “Axırıncı illyuziya” adlı ikinci kitabı isə 2007-ci ildə ABŞ-da işıq üzü görüb. İki çildli “Rusiya imperiyasının qara qızılı” tarixi romanları isə 2017-ci ildə Rusiyada nəşr olunub. Bunlardan əlavə "Etiraf" adlı bir kitabı da var. Yardıcılığı bir sıra mükafatlara layiq görülüb. “Müasir ədəbiyyatın yeni adları” proqramının laureatı olub. “Rus Mükafatı”na layiq görülüb və s..
Bununla yanaşı Nyu Yorkda çap olunan rusdilli qəzet və jurnallarda tez-tez Qarabağ həqiqətləri haqqında siyasi məqalələrlə çıxış edir…
Bədii və tarixi romanları mütaliə etməyi xoşlayır. Qarabağın tezliklə işğaldan azad olunmasını arzulayır. Amerikaya gəlmək istəyənlərə tövsiyəsi isə: “Gəlin, görün, qərar verin”- oldu…
Çox danışmağı xoşlamır. Bu səbəbdən söhbətimiz elə də uzun çəkmədi. Sakit, sadə, təvazökar, zəhmətkeş insandır. Həm bir alim və həm də bir yazıçı kimi bacardığı qədər Azərbaycan həqiqətlərini amerikalılara çatdırmağa çalışır.
Ondan ayrılarkən: “Harada yaşamağımdan asılı olmayaraq? mən özümü Azərbaycanın bir parçası hesab edirəm”- söylədi…
Nyu Yorkda yaşayan azərbaycanlı yazıçı


Elman Eldaroğlu,
ABŞ, Miçiqan


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!