Pəhləvidən ABŞ-yə çağırış: İrana hərbi müdaxilə edin! .....                        TRIPP-in Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz reallaşacaq .....                        Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı .....                        Prezident: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq .....                        İlham Əliyev Zelenski ilə görüşdü - FOTO .....                        ABŞ həmişə Avropanın övladı olacaq - RUBİO .....                        Fidan Qəzzanı idarə edəcək komitə üzvləri ilə görüşdü .....                        Azərbaycan Prezidenti: “Bizim sərhədlərimizdə sülh qurulur” .....                        İlham Əliyev: "Xəzərin dibi ilə fiber-optik layihə hazırlanır" .....                       
Tarix : 11-12-2019, 14:28
Bak-Amsterdam aviareysi açıla bilər
Azərbaycanla Niderland arasında birbaşa aviareysinin açılması barədə danışıqlar aparılır.
Butov.az Azvision.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov “Diplomat Magazine” nəşrinə müsahibəsində deyib.
“Bakı-Amsterdam birbaşa hava reysinin açılması üzrə danışıqlar aparılır. Azərbaycanın viza sistemini sadələşdirilməsi, bir neçə saata viza əldə etmək imkanı hollandiyalılar tərəfindən yüksək qiymətləndirilir. 2016-cı ildən etibarən Maastrixtlə Bakı arasında birbaşa yük reysləri həyata keçirilir”, - deyə Məmədyarov vurğulayıb.
Nazir bildirib ki, Azərbaycan Niderlandı həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərdə yaxın müttəfiq, etibarlı tərəfdaş hesab edir: “Münasibətlərimiz ölkələrin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət və mövcud əməkdaşlıq üzərində qurulur. Əməkdaşlığımız əsasən ticarət, logistika, kənd təsərrüfatı, təhsil, turizm və s. sahələri əhatə edir.
2018-ci ildə Niderlandla Azərbaycan arasında xarici ticarət dövriyyəsi 181,83 milyon dollar təşkil edib ki, bunun da 77.9 milyon dolları Azərbaycan məhsullarının Niderlanda ixracı, 103.8 milyon dollar Niderland məhsullarının Azərbaycana idxalı olub.
Niderland Azərbaycanın qeyri-neft sektorunun əsas investorlarından biri olmaqda davam edir. Bu ölkənin şirkətləri logistika, nəqliyyat, ətraf mühitin qorunması və kənd təsərrüfatı kimi sahələrdə genişmiqyaslı layihələr həyata keçirir. Uğurlu layihələr sırasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanının dizaynı, Abşeron yarımadasında ətraf mühitlə bağlı layihə, Niderlandın kənd təsərrüfatında təcrübəsi əsasında ferma inşası və s. qeyd etmək olar”.
XİN rəhbəri tərəflərin əməkdaşlığı genişləndirmək potensialı olduğunu qeyd edib: "Növbəti illərdə əsas diqqət müəssisələr arasında işgüzar əməkdaşlığı stimullaşdırmaq, dövriyyəni artırmaq və iqtisadi layihələrin uğurlu icrası ilə ikitərəfli münasibətlərdə nəzərəçarpan nəticələrin əldə edilməsinə yönəldiləcəkdir. Beləliklə, Aİ-nin qurucu ölkələrindən biri kimi Niderlandla qarşılıqlı faydalı əməkdaşlığın inkişafı Azərbaycanın balanslı xarici siyasət paradiqmasına tam uyğundur".


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!