Paşinyan: Karapetyan Baş nazirliyə namizəd ola bilməz .....                        Tütün qaçaqmalçılığı məhkəməsində gözlənilməz QƏRAR .....                        Hava limanında həyəcan: Uçuşa hazırlaşan təyyarə təcili boşaldıldı .....                        Luvr muzeyində su sızması - Əsərlər zədələndi .....                        Bakıda daha bir narkokuryer saxlanıldı - VİDEO .....                        Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər .....                        Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərləndi .....                        Netanyahu: İranla razılaşmada İsrailin maraqları nəzərə alınmalıdır .....                        Millimizin Millətlər Liqasındakı rəqibləri açıqlandı .....                       
Tarix : 20-02-2020, 09:13
Dövlət xəstəxanalarında tibbi fakültələr açıla bilər
Bəzi regionların dövlət xəstəxanalarında tibbi fakültələrin açılması üçün hökumətə təkliflər hazırlanır.
Butov.az Azvision.az-a istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasında (YAP) keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, bununla bağlı təhlillər aparılır.
Z.Əliyev bildirib ki, hazırda Səhiyyə Nazirliyi ilə rezidenturanı bitirib bölgələrə təyinat alan həkimlərin regionlarda ən azı 3 il çalışması məsələsinə dair danışıqlar aparılır.
"Regionlara həkimləri ezam etmək niyyətindəyik. Bununla regionlarda olan həkim çatışmazlığını qısa müddətdə aradan qaldırmaq istəyirik. Xaricdə, xüsusilə Türkiyədə oxuyan tələbələri regionlara səfərbər etməyi düşünürük. Bununla bağlı onlarla danışıqlar gedir, həvəsləndirmə tədbirləri də görüləcək. Məncə, onların da bu işə maraqları var"
Agentlik sədrinin sözlərinə görə, regionlarda həkim məntəqələrinin vəziyyəti ürəkaçan deyil. "Bunu bilirik. Lakin bizim səlahiyyətimiz məhduddur. Son 10 ildə 600-dən çox xəstəxananın əsaslı təmiri və yenidən qurulması üçün yatırımlar olub. Bəzi xəstəxanalarda işlər qalıb. Onlar da tamamlanacaq. Yerlərdə həkim çatışmazlığı var, avadanlıqlar yetəri səviyyədə deyil. Həkimlərin bəziləri düzgün müalicə-müayinə aparmaqda çətinlik çəkir".


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!