Zelenski onları "axmaq" adlandırdı .....                        Dövlət başçısına nələr hədiyyə edildi? - FOTO .....                        Rusiya Ukrayna ilə sülh üçün iki variant təklif etdi – Şərtlərin TAM SİYAHISI .....                        Laçında “MDB-nin mədəniyyət paytaxtı - 2025”in açılış mərasimi .....                        Rusiya ilə Ukrayna razılaşa biləcək? -Türkiyədən AÇIQLAMA .....                        Makronun 40 min avroluq heykəli oğurlandı .....                        Müharibə zamanı Ermənistanın hədəfə aldığı mülki obyektlər .....                        Tələbə dənizdə boğulub öldü .....                        Kreml 30 günlük atəşkəsə niyə razılaşmır? .....                       
Tarix : 4-07-2017, 20:30
Davamlı tibbi təhsilin elektron proqramı hazırlanır

İyulun 4-də Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının növbəti yığıncağı keçirilib. Yığıncaqda həkimlərin davamlı tibbi təhsili müzakirə mövzusu olub.

Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımov Səhiyyə Nazirliyində 2017-ci il iyunun 20-də verilən əmrlə təsdiq edilmiş “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar”la tənzimlənən praktik tibbi fəaliyyətlə məşğul olan həkimlərin davamlı tibbi təhsil prosesi barədə ətraflı məlumat verib, toplantı iştirakçılarının suallarını cavablandırıb.

Daha sonra kadrlar, elm və təhsil şöbəsinin mütəxəssisi Təranə Əhmədova çıxış edərək bildirib ki, əmrə əsasən, Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinə və Elmi-Tibbi Şurasına səhiyyə, elm və təhsil müəssisələri, peşəkar cəmiyyətlər və digər müəssisə və təşkilatların keçirdiyi elmi və tədris tədbirlərinin davamlı tibbi təhsil üzrə akkreditə olunması barədə bir ay müddətində təkliflərin hazırlanması, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinə davamlı tibbi təhsil sistemi üzrə yeni tədris ilinədək elektron proqramın hazırlanması və istifadəyə verilməsinin təmin edilməsi tapşırılıb.

Yığıncaqda, həmçinin respublikada hazırlanan tibbi elmi və tədris materiallarının əlçatanlığının asanlaşdırılması, tibbi məlumat mübadiləsinin genişləndirilməsi, klinik fəaliyyətin standartlaşdırılması və keyfiyyətinin artırılması məqsədi ilə elektron tibbi kataloq bazasının yaradılması və digər məsələlər müzakirə edilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!