Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 7-11-2020, 13:14
“Türk xalqlarının ortaq media platformasının yaradılması üçün imkanlarımız var”– Akif Aşırlı

Hər bir qəzet öz dövrünün şahididir. Sevindiricidir, Azərbaycanın üç əsrlik mətbuat tarixi var.
XIX, XX əsrlərdə olduğu kimi, bu gün də onlarca qəzet cəmiyyətin informasiya təminatını həyata keçirir. Amma, əlbəttə, dövrün tələblərinə uyğun.
Sözsüz, müasir Azərbaycan çap mediasından danışanda ağıla ilk gələn “Şərq” qəzeti olur.
1996-cı ildən fəaliyyət göstərən bu kütləvi informasiya vasitəsi jurnalistika prinsiplərinə daim sadiq qalıb, hadisələrin mərkəzində olub. Elə ona görə də sevilib, seçilib. Ötənlərdə “Şərq”in 24 yaşı oldu. Odur ki, fürsətdən istifadə edib gələcəyin jurnalisti kimi qəzetin baş redaktoru, “Türk ocaqları” İctimai Birliyinin sədri Akif Aşırlı ilə həmsöhbət olmağı qərara aldım. Onunla müzakirələrimiz həm “Şərq” qəzetinin gəlib keçdiyi yol, həm də hazırkı geosiyasi durumla bağlı idi.


- Akif müəllim, öncə “Şərq” qazetinin 24 illiyi münasibəti ilə sizi təbrik edirəm. “Şərq"i bu qədər sevdirən nədir?

- Bu suala ən dəqiq cavabı auditoriya verə bilər. Məncə, “Şərq” oxucularla səmimi oldu. Qəzet səhifələrində çıxan yazılarda, xəbərlərdə səmimiyyət və həqiqiət var. Qəzetlərin tipalogiyasına uyğun olaraq bir neçə il bundan öncəyə qədər xəbərə üstünlük verirdik. Başqa sözlə, “Şərq” xəbər qazeti kimi tanınıb. Eyni zamanda analitik yazılar da olurdu. Digər tərəfdən Azərbaycan mətbuatı iqtidar və müxalifəti təmsil etməklə ilk qütbə bölünmüşdü. Bizsə müstəqil, tərəfsizik. Hər iki tərəfə eyni dərəcədə söz haqqı veririk. Görünür, tərəfsizliyimizə görə də oxucular bizə üstünlük verirlər. Düzdür, dövlət bizə maliyyə dəstəyi verir. Lakin dövlət mətbuata 11 ilə yaxındır ki, dəstək verməyə başlayıb. “Şərq”in isə 24 illik tarixi var. Bu illər ərzində daim fəaliyyət göstərmişik. Əlbəttə, müyyən şərtlər və reallıqlar çərçivəsində davranmışıq. Bəzən oxucu itkiləri ilə də qarşılaşmışıq. Bu gün insanlar arasında sorğu keçirsəniz görərsiniz ki, “Şərq” onların yaddaşında qalıb.

- Mətbuata əvvəlki marağın qalmadığını vurğuladınız. Qazetin əvvəlki qədər oxunması üçün hansı işlər görülməlidir? Axı qardaş Türkiyədə qazetə bu gün də kifayət qədər maraq var. Biz də isə əksinə.

- Mütaliə, o cümlədən qəzet oxumaq cəmiyyətin inkişafı ilə bağlıdır. Avropa cəmiyyəti daha çox inkişaf etmiş cəmiyyətdir. Demirəm ki, Azərbaycan cəmiyyəti inkişaf etmir. Ancaq onlarda oxu mədəniyyəti və qəzetçiliyin tarixi 4 əsrdir. Biz isə bir əsr yarımdır ki, Həsən bəyin yolunu davam etdiririk. Əsas problemlərdən biri oxu mədəniyyətinin kifayət qədər olmamasıdır. Digər səbəb isə yeni texnologiyaların inkişafıdır. Hər kəs istədiyi məlumatı internet vasitəsi ilə əldə edə bilir. Ancaq qəzetin öz üstünlükləri var.

- Məsələn?

- Qəzetdə verilən xəbərin dəqiq olma ehtimalı internetdə yayılan məlumatdan çoxdur. Əlbəttə ki, saytlarda yayımlanan xəbərlərin hamısı səhv olmur. Amma qəzetin xəbərin mənbəyini araşdırmaq vaxtı daha çoxdur. Qəzetə baxış dəyişməlidir. Biz qəzetə yaradıcılıq məhsulu kimi baxmaqla yanaşı, həm də ona biznes strukturu kimi yanaşmalıyıq. Yayım siyasəti çox bərbaddır. Reklam imkanları yox vəziyətindədəir. Satış şəbəkəsi zəifdir. Yaxşı qəzet buraxırıq. Hər halda az olsa da oxucularımız var. Ancaq məhsulu ünvanına çatdıra bilmirik. Yaşı 60-dan yuxarı olan adamlar yenə də qəzet oxuyurlar. Onlar müasir texnologiyalardan istifadə etməkdə çətinlik çəkirlər. Burada yaş kateqoriyasını da nəzərə almaq lazımdır. Biz qəzetçiliyə yenilik gətirməyə çalışırıq. “Şərq”in ön və orta səhifələri rəngli çıxır. Bütün çətinliklərə rəğmən, klassik qəzetçilik yaşamalıdır. Çünki televiziya, radio jurnalistikasının və yeni medianın təməlində qəzetçilik dayanır. Bu ənənələrin qorunmasının ən yaxşı yolu da redaksiyalarıdır.

- Həm mətbuat tarixçisi, həm də “Türk ocağı” İctiamai Birliyinin sədrisiniz. Sizcə,
gələcəkdə türk xalqlarının vahid media platforması yaradıla bilərmi?


- Cəbhənin Tovuz istiqamətindəki gərginlikdən sonra bu məsələ gündəmə çevrildi. Türkiyə və Azərbaycan dövlətləri bu haqda açıqlamalar verdi. Hər iki dövlətin prezidentlərinin köməkçiləri, Hikmət Hacıyev və İbrahim Kalın görüşdən sonra belə bir bəyanatla çıxış etmişdilər. Bu ideya əvvəlcədən də var idi. Bir neçə dəfə sözü gedən media platformasının yaradılmasına cəhdlər də edilib. Hələ ki, əməli hərəkətlər olunmur. Bunu fərdi şəkildə də yaratmaq mümkündür. Lakin dövlət səviyəsində yaradılsa, daha effektiv olar. Ümumlikdə isə türk xalqlarının ortaq media platformasının yaradılması üçün imkanlarımız var.

- Cəbhədəki son durumla əlaqədar olaraq Türkiyənin xarici işlər naziri ölkəmizə iki dəfə rəsmi səfər edib. Qardaş ölkə rəsmilərinin hazırkı vəziyyətdə ölkəmizə tez-tez gəlişi bizə nə qazandırır?

- Türkiyə həmişə Azərbaycanın yanında olub. Bu tarixi ənənədir. Bu gün də hər sahədə Azərbaycanın yanında olduqlarının bəyan edirlər. Sentyabrın 27-dən biz artıq Vətən müharibəsinin başladığını elan etdik. Həmin vaxtdan bu günədək Türkiyə həm dövlət, həm də qeyri- hökumət təşkilatları səviyyəsində Azərbaycana dəstək olduğunu bildirdi. Biz Qarabağda anti-terror əməliyyatlarına başladığımız gündən türklərin həm mənəvi, həm də diplomatik dəstəyini hiss edirik. Bu gün Azərbaycanda, Türkiyədə bayraqlarımız yanaşı dalğalanır. Bu bizim birliyimizi təcəssüm etdirir. Biz dost deyilik, qardaşıq. Eyni millətik, eyni soyun daşıyıcılarıyıq və ortaq tarixi bölüşürük. Düzdür, ölkə daxilində, həmçinin xaricdə bu birliyi pozmaq istəyən qüvvələr var. Ancaq hər iki millət bu birliyə elə ürəkdən razıdır ki, o qüvvələr ortaya çıxıb öz əməllərini yerinə yetirə bilmirlər. Türk və Azərbaycan millətləri var olduqca bu birlik də yaşayacaq.

- Biz nədənsə, Türkiyədən gördüyümüz dəstəyi Orta Asiyadakı türklərdən görə bilmirik...

- Mən bunu türkçülüklə bağlamağı düzgün hesab etmirəm. Biz də onlar kimi 200 ilə yaxın rusların tərkibində olmuşuq. Bu gün isə tarixi şərait fərqlidir. Biz də müstəqilik, onlar da. Dövlətlər tutduqları siyasi yola əsasən müxtəlif siyasi və hərbi bloklara üzv olurlar. Bildiyimiz kimi, Qazaxıstan və Qırğızıstan Rusiyanın rəhbərlik elədiyi Kollektiv Təhlükəsizilik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdürlər. Həmçinin Ermənistan da bu təşkilatda təmsil olunur. Burada yer alan dövlətlərin üzərlərinə götürdükləri müəyyən öhdəliklər var. Ancaq onu da unutmaq olmaz ki, bu ölkələr Türkdilli Xalqların Əməkdaşlıq Şurasında da təmsil olunurlar və həmin təsisatın rəhbəri ölkəmizə səfəri zamanı Azərbaycanın yanında olduqlarını vurğulamışdı. Ümumiyyətlə, türk birliyinin yaradılmasına əsas iki dövlət-Azərbaycan və Türkiyə çalışır. Biz gələcəkdə bu həmrəyliyi genişləndirib digər türk dovlətlərini də həmin birliyə cəlb etməliyik.

Qasım Xuluflu


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!