Rusiyanın 55 milyon dollarlıq qırıcısı məhv edildi .....                        İlon Mask qalmaqallı postunu sildi .....                        11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub .....                        Helsinkidə Müdafiə Nazirliyinin binasına boya atdılar .....                        Bakıda faciəvi qəza - 3 nəfər öldü .....                        Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı .....                        17 il əvvəl həlak olan mayora şəhid statusu veriləcək - Yoldaşından AÇIQLAMA .....                        Valideynlərdən qızıl üzük alan müəllimə TÖHMƏT VERİLDİ .....                        “ƏDV geri al”dan istifadə edənlərə XƏBƏRDARLIQ .....                       
Tarix : 25-06-2016, 14:13
Jurnalist-tələbələr buraxılış işlərini müdafiə etdilər


Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr pilləsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib. Müdafiədə rektor, akademik Abel Məhərrəmov, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ilə yanaşı, fakültənin müəllim və tələbələri də iştirak edib. Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının diplomçusu Maral Nəcəfli “Tələbə qəzetinin tipoloji xarakteristikası. “Jurnalist” qəzetinin fəaliyyət prinsipləri” adlı diplom işini təqdim edib. Qəzetin tarixi, fəaliyyət istiqamətləri, vaxtilə həmin qəzetdə məqalələr dərc etdirmiş müəlliflər haqqında məlumat verən M.Nəcəfli, eyni zamanda “Jurnalist”in müasir durumu, toxunulan mövzular barədə danışıb, iş prosesində qarşılaşdıqları problemlər barədə məlumat verib. Sonra ona ünvanlanmış sualları cavablandıran M.Nəcəflinin diplom işi haqqında opponent rəyi müsbət olub.
Jurnalist-tələbələr buraxılış işlərini müdafiə etdilər

Çıxış edən rektor Abel Məhərrəmov müdafiədə iştirakı ilə bağlı Maral Nəcəflinin müraciətini yüksək qiymətləndirdiyini bildirib. İddiaçının hazırlığını, fikirlərini sərbəst şəkildə əsaslandırdığını qeyd edib və kitabını hədiyyə edib.
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov təqdim edilən iş haqqında müsbət fikirlər səsləndirib, qəzeti ümummilli tələbə qəzetinə çevirmək istiqamətində təkliflər irəli sürüb. Qeyd edək ki, fakültənin dekan müavini Könül Niftəliyevanın elmi rəhbəri olduğu buraxılış işi yüz balla qiymətləndirilib.

Jurnalist-tələbələr buraxılış işlərini müdafiə etdilər
Jurnalist-tələbələr buraxılış işlərini müdafiə etdilər
Jurnalist-tələbələr buraxılış işlərini müdafiə etdilər
Jurnalist-tələbələr buraxılış işlərini müdafiə etdilər

Sonra həmin kafedranın diplomçusu Tünzalə Paşayeva “BDU Mətbuat xidməti medianın informasiya mənbəyi kimi” adlı buraxılış işini təqdim edib. T.Paşayeva BDU mətbuat xidmətinin yaranma tarixindən, kütləvi informasiya vasitələri ilə işbirliyindən, respublikada gedən təhsil islahatlarının mühüm bir qolu kimi universitetdə görülən işləri və respublika əhəmiyyətli hadisələri mətbuatda işıqlandırmasından danışıb. BDU Mətbuat xidmətinin keçirilən sorgulara əsasən dəfələrlə “İlin ən yaxşı mətbuat xidməti” adına layiq görüldüyünü də diqqətə çatdırıb. Filologiya elmləri üzrə fəlsəfə doktoru Rəhilə Kəsəmənlinin elmi rəhbəri olduğu buraxılış işinin opponenti dosent Akif Rüstəmov, beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev və digər çıxışçılar işlə bağlı müsbət fikirlər söyləyiblər.
Sonra Qızılgül Rəhimova «Azərbaycan telekanallarının inkişaf perspektivləri, Faiq Kərimoğlu «TV tok-şoularında mövzu seçimi problem kimi», Şəfa Dadaşova «2-ci Dünya müharibəsi dövrünün publisistləri: Rəsul Rza, Rza Quliyev», Çinarə İsmayılova «Azərbaycan media məkanında jurnalistin peşə etikası problemləri», Niftulla Məmmədli «Azərbaycan» qəzetində parlament mövzusu (1918-1920)” və Nərmin Əkbərova «Sosial mediada» etik davranış qaydalarının tətbiqi təcrübəsi» mövzularında yazdıqları buraxılış işlərini müdafiə ediblər.
Jurnalist-tələbələr buraxılış işlərini müdafiə etdilər
Jurnalist-tələbələr buraxılış işlərini müdafiə etdilər
Jurnalist-tələbələr buraxılış işlərini müdafiə etdilər
Jurnalist-tələbələr buraxılış işlərini müdafiə etdilər


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!