Masazıra gedənlərin nəzərinə! .....                        Ukrayna üçün vacib sənəd imzalandı .....                        Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı - Yeni təyinat .....                        Ağsuda maşın aşdı - Ölən var .....                        İran dağılır - İnsanları güllələyirlər .....                        Bakıda güclü duman - Sürət həddi endirildi .....                        Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı anonim sənədlər yayıldı .....                        Bazarda güllələnən azərbaycanlı xəstəxanada öldü .....                        İnsan kimi yeriyə bilən robot hazırlandı .....                       
Tarix : 8-02-2021, 16:28
Düzgün qidalanma, ilk növbədə, orqanizmin immunitetinin möhkəmlənməsinə səbəb olur

İnfeksion xəstəlik olan COVID-19-un bütün dünyada yayıldığı və 2 milyondan çox insanın ölümünə səbəb olduğu bir vaxtda, bütün tibbi təşkilatlar böyük və ya kiçikliyindən asılı olmayaraq bu xəstəliyin aradan qaldırılması üçün bu işə öz töhfəsini verməlidir. İnfeksion xəstəliklərlə mübarizənin ümumiyyətlə bir neçə yolu var. Bunlardan biri və demək olar ki, ən əsası bu istiqamətdə maarifləndirmə işinin aparılmasıdır. İnsanların tibbi maarifləndirmə vasitəsilə savadlanması onların infeksion xəstəliklərə daha çox yoluxmasının qarşısını əhəmiyyətli dərəcədə alır. Maarifləndirmə təcrübədə sınanmış və özünü doğrultmuş vasitədir.

Butov.az xəbər verir ki, bunu AZƏRTAC-a “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin sədri Fikrət Xəlilov deyib. İnfeksiyadan qorunmaq üçün ən başlıca şərtin immuniteti gücləndirmək olduğunu deyən F.Xəlilov, Tibet həkimlərinin “Dörd tərəfimiz dərmandan ibarətdir” fikrini xatırladıb. “Bu, həqiqətən də, belədir. Mən öz təcrübəmdə elə insanlar tanıyıram ki, onlar heç vaxt qripə və bu tip xəstəliklərə qətiyyən yoluxmurlar. Bunun da, əlbəttə, əsaslı səbəbi var. Tibdə həmişə nəzəriyyə ilə praktika bir-birini tamamlamalıdır. Əgər tamamlamırsa, demək, bu nəzəriyyənin heç bir əhəmiyyəti yoxdur. Beləliklə, bu praktikadan çıxış edərək bildiririk ki, gündə bir baş çiy soğan, yaxud bir ədəd limon (qabıqlı halda) və ya bir xörək qaşığı qara qarağat, ya da bir xörək qaşığı bal yeyən adamlar, demək olar, infeksion xəstəliklərə tutulmurlar. Fikrimizcə, praktikada sübut olunmuş bu kimi üsulların qəbul edilməsinin xeyri haqqında ölkə əhalisi arasında geniş maarifləndirmə işləri aparılmalıdır. Hesab edirik ki, koronavirusa qarşı da gücümüz çatan bütün imkanlardan yararlanmaq lazımdır. İnsan adətən xəstələndikdən sonra bundan qurtulmaq haqqında fikirləşir. Lakin xəstəliyə tutulmazdan qabaq cansağlığı onu çox da maraqlandırmır. Bunun barəsində isə indiki zamanda düşünməyə dəyər. Axı, dünyada cansağlığından qiymətli nə var?! Bunun üçün isə düzgün qidalanma başlıca şərtdir. Düzgün qidalanma, ilk növbədə, orqanizmin immunitetinin möhkəmlənməsinə səbəb olur ki, bu da xəstələnmə hallarını kəskin surətdə azaldır. İmmuniteti möhkəm olan insanlarda infeksion xəstəliklərə yoluxma halları, demək olar, müşahidə olunmur. Bunun üçün müəyyən məhsulların qəbulu vacibdir. Həmin məhsulların tərkibində bizim əksəriyyətimizin bilmədiyi müəyyən maddələr var ki, bunlar da orqanizmi müəyyən infeksion xəstəliklərdən qoruyur. Bu hal-hazırda çox lazımlı məsələdir və bu istiqamətdə bir qayda olaraq maarifləndirmə işləri aparılmalıdır”, - deyə “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin sədri Fikrət Xəlilov bildirib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!