Bakı Təhsil İdarəsində yeni müavinlər - Kollektivə təqdim olundular .....                        Ərdoğan konsulluğa hücumdan danışdı .....                        Baş nazir hökumət üzvlərini topladı - Nefti müzakirə etdilər .....                        Daha bir ölkə İrana qarşı müharibəyə qoşulmağa hazırdır .....                        Mərkəzi Bankın departament rəhbəri işdən çıxdı .....                        İran ABŞ ilə bütün danışıqları dayandırıb .....                        Hava küləkli olacaq - XƏBƏRDARLIQ .....                        Azərbaycanda bu qanun dəyişdi .....                        Rusiya İrana kəşfiyyat dəstəyi verib? – İDDİA .....                       
Tarix : 12-07-2021, 12:53
Mehmandarovlar nəslinin nümayəndəsi bəyanat yayıb

"Son vaxtlar mətbuatda Mehmandarovlar nəslinin tarixi və Şuşa şəhərindəki məhşur evlə bağlı yanlışlıqlar yol verilir".

Butov.az Axşam.az-a istinadən xəbər verir ki, Mehmandarovlar nəslinin nümayəndəsi - Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin dirijoru, Vyana konservatoriyasının məzunu Mustafa Mehmandarovun yaydığı bəyanatda bildirilir ki, tanınmış bəy nəsli olan Mehmandarovların Pənahəli xanla qohumluğu olub:

"Bu nəslin nümayəndələrindən biri - Sadıq bəy Mehmandarov vaxtı ilə Lənkərana köçür və orada Azərbaycanın ilk hərbi naziri, tanınmış general Səməd bəy Mehmandarov dünyaya gəlir. Səməd bəy Lənkəranda boya-başa çatıb, həyatının çox hissəsini Rusiyada yaşayaraq müxtəlif hərbi kompaniyalarda iştirak edib və artileriya generalı rütbəsinədək yüksəlib".

Qeyd olunub ki, General Səməd bəy Mehmandarov Şuşada heç vaxt yaşamayıb və onun orada heç bir əmlakı olmayıb:

"Televiziya kanallarında tez-tez nümayiş etdirilən Şuşadakı məşhur ev Kərim bəy Mehmandarov və onun həyat yoldaşı İran şahzadəsi Zəri xanım Qacarın ailəsinə aid olub. Kərim bəy Mehmandarov ali tibb təhsili alan ilk azərbaycanlılardan biri olub. O, həm də xalqımız qarşısında böyük xidmətləri olan "Difai" təşkilatının Qarabağ bölməsinin rəhbəri olub. O, qarabağlıların yaddaşında insanları təmənnasız müalicə edən və xalqı erməni təcavüzkarlarından qoruyan həkim kimi qalıb".

M. Mehmandarov onu da bildirib ki, onlar əmi oğlu kimi çox mehriban olublar və Səməd bəy Peterburqda təhsil alan zaman Kərim bəy Mehmandarovun kirayə götürdüyü evdə qalıb:

"Bu gün Mehmandarovların bütün nəsli Şuşanın işğaldan azad olunmasına görə Azərbaycan xalqının dahi oğlu İlham Əliyevə çox minnətdardırlar, Kərim bəy Mehmandarovun evinin bərpasına başlanmasına görə Prezidentə və hörmətli Mehriban Əliyevaya dərin təşəkkürlərini bildirirlər".


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!