Nizami rayonunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib - VİDEO .....                        Keçmiş vəzifəli şəxslərin yarım milyonluq dələduzluq işinin məhkəməsi .....                        Rusiya vədini pozdu, cavabı olacaq - Zelenski .....                        16 yaşı olmayanlara sosial şəbəklər qadağan olunur .....                        Məşhur diktor vəfat etdi .....                        Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisi saxlanılıb .....                        Sarkisyanın ən böyük arzusu Paşinyanla bağlıdır .....                        Kiberpolis haker şəbəkəsini ifşa etdi .....                        Məşhur fəvvarəyə giriş pullu oldu .....                       
Tarix : 26-02-2015, 15:12
TÜRKSOY türksoylu jurnalistləri mükafatlandırdı

TÜRKSOY türksoylu jurnalistləri mükafatlandırdı
Ödül alanlar içərisində azərbaycanlı həmkarlarımız Namiq Əhmədov, Zərnişan Turan və Mehparə Sultanova da var

Türk mədəniyyətinə xidmət edən TÜRKSOY birliyi ümumtürk dünyası yolunda fəaliyyət göstərən media mənsublarını mükafatlandırdı.
Ankarada təşkil edilən mükafatlandırma mərasimində Türkiyənin Mədəniyyət və Turizm naziri Ömər Çelik də iştirak edirdi. Nazir “TÜRKSOY-u Türk dünyasının UNESCO-su” adlandıraraq bunları söylədi: “Türk dövlətlərinin sayı dəyişə bilər, adları da dəyişə bilər, amma bizi bir-birimizə bağlayan ortaq mədəniyyət birdir."
Mədəniyyət və Turizm naziri Ömər Çelik TÜRKSOY-un xidmətlərini vurğulayaraq hər ili bir sənət və ya fikir adamına həsr etdiyini deyib və bildirib ki, “İlk dəfə olaraq Türkiyədən, Anadolu torpaqlarından bir mədəniyyət-sənət xadimi ilin adamı elan olundu. 2015-ci il Haldun Taner ili qəbul edildi”.
Tədbirdə Türkiyənin məşhur komik əsərlər müəllifi Haldun Tanerin həyat və yaradıcılığını əhatə edən qısa sənədli film göstərildi və əsərlərindən seçilmiş parçalar nümayiş olundu.
Çıxışlardan sonra ümumtürk mədəniyyətinin tanıdılması və zənginləşdirilməsinə verdikləri töhfələrə görə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Qıbrız Türk Respublikası, Türkmənistan, Makedoniya, Başqırdıstan, Dağıstan, Hakasya və Tatarıstanlı 18 media mənsubuna mükafatlar təqdim edildi.
Azərbaycandan AzTv “Turan” proqramının müəllifi Zərnişan Turan, “Xalq” qəzetindən Namiq Əhmədov və “Mədəniyyət” qəzetinin müxbir və redaktoru Mehparə Sultanova mükafata layiq görülənlər arasındadırlar. Həmkarlarımızı ürəkdən təbrik edirik!


Paylaş



Bölmə: Xəbər / Turan / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!