Nigar Fərhadın verilişi bağlandı .....                        Yük maşınının sürücüsünü tok vurub öldürdü .....                        Qalmaqallı şirkətdə bu mənzillərin satışı dayandırıldı .....                        Tehranın məktubu Vaşinqtona çatdı .....                        Sertifikasiya imtahanında iştirak edənlərin sayı .....                        Kılıçdaroğlu CHP-yə yenidən sədr gəlir - Partiyadan AÇIQLAMA .....                        Hava yenidən soyuyacaq - Sulu qar yağacaq .....                        9 milyonluq yeyintiyə görə tutulan polkovniklə bağlı qərar .....                        ADY stansiyalarda yeni turniketlər istifadəyə verdi - FOTO .....                       
Tarix : 3-06-2015, 16:08
Mülki Aviasiya günü “ASAN xidmət”də


2 iyun 2015-ci il tarixində “ASAN xidmət” və Milli Aviasiya Akademiyası ilə birgə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Mülki Aviasiya gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, Azərbaycan Milli Aviasiya Tarixi Muzeyinin böyük elmi işçisi Yeganə Muradova, Milli Aviasiya Akademiyasının elmi katibi Xəqani Abdullayev və digər qonaqlar iştirak ediblər.
Mülki Aviasiya günü “ASAN xidmət”də
Mülki Aviasiya günü “ASAN xidmət”də

Tədbirdə çıxış edən Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 may tarixli Sərəncamına əsasən, 2 iyunun hər il ölkəmizdə mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd edilidiyini və “ASAN xidmət” mərkəzlərində dövlət orqanlarının peşə bayramı günlərinə xüsusi yanaşıldığını diqqətə çatdırıb. O, qeyd edib ki, son illərdə ölkəmizdə mülki aviasiya sürətlə inkişaf edərək yük, sərnişin daşınmasında tamamilə yeni mərhələyə keçib və bu gün müstəqil Azərbaycanın aviasiya sistemi dünyada xüsusi çəkiyə malikdir.
Azərbaycan Milli Aviasiya Tarixi Muzeyinin böyük elmi işçisi Yeganə Muradova zəngin ənənələrə malik mülki aviasiyanın bu gün öz inkişafının keyfiyyətcə yeni mərhələsini yaşamasından, mülki aviasiyamızın inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb.
Mülki Aviasiya günü “ASAN xidmət”də
Mülki Aviasiya günü “ASAN xidmət”də

Milli Aviasiya Akademiyasının elmi katibi Xəqani Abdullayev çıxış edərək mülki aviasiyamızda güclü və ixtisaslı milli kadrların formalaşdığını və gənc aviatorlarımızın bu gün ölkənin veteran pilotlarının şərəfli əmək yolunu uğurla davam etdirdiklərini vurğulayıb.
Son olaraq Ülvi Mehdiyev peşə bayramı münasibətilə mülki aviasiya işçilərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və tədbir iştirakçılarını Milli Aviasiya Akademiyasının müdavimləri tərəfindən hazırlanan aviasiya üzrə modellərdən ibarət sərgiyə baxmağa dəvət edib.[center]Mülki Aviasiya günü “ASAN xidmət”də
Mülki Aviasiya günü “ASAN xidmət”də


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!