Tehran küçələrində böyük izdiham .....                        Rza Pəhləvi ilə gizli görüş .....                        Trampdan İranla bağlı mesaj: Hazır olun! .....                        İran rejiminin son günləridir - Almaniyadan reaksiya .....                        “Qalatasaray” səfərdə qələbə qazandı .....                        Mirzoyan Rubio ilə görüşdü .....                        "20 Yanvar"da maşın alışdı .....                        ABŞ İranı vuracaq - Hədəflər məlum oldu .....                        Ceyhun Bayramov Fidanla regionu müzakirə etdi .....                       
Tarix : 6-05-2022, 15:11
Naxçıvan Dövlət Universitetində ustad dərsləri keçilib
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının politoloji aspektlərini ilk dəfə kompleks şəkildə öyrənən siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu Naxçıvan Dövlət Universitetinin müəllim və tələbləri üçün ustad dərsi keçib.

Butov.az-ın AZƏRTAC-a istinadən xəbərinə görə, Hikmət Babaoğlu “Beynəlxalq münasibətlər”, “Xarici siyasət”, “Yeni dünya nizamı” mövzularında çıxış edib, tələbələrin suallarını cavablandırıb. Bildirib ki, müasir dövrdə milli dövlətlərin beynəlxalq münasibətlər sistemində yerini, rolunu, mövqeyini, iştirakçılıq səviyyəsini müəyyən edən başlıca strateji amillərdən biri həyata keçirilən xarici siyasət kursudur.

Professor vurğulayıb ki, bir sıra nəzəri-konseptual mənbələrdə xarici siyasət, əsas etibarilə, daxili siyasətin davamı kimi səciyyələndirilir. Lakin bütövlükdə xarici siyasət spesifik xarakter daşıyır, yəni öz istiqamətləri, hədəfləri, məqsədləri və prioritetlərinə görə daxili siyasətdən fərqli xarakterə malik olan strateji vasitə kimi çıxış edir.

“Azərbaycan həyata keçirdiyi məqsədyönlü, strateji diplomatiya sayəsində dünya siyasətinin cazibə mərkəzlərindən birinə çevrilməkdədir”, - deyən Hikmət Babaoğlu vurğulayıb ki, bunun əsas səbəblərindən biri dövlətimizin başçısının dünya siyasətində baş verən dəyişiklikləri düzgün qiymətləndirmək və bu kontekstdə milli təhlükəsizliyimizi, milli maraqlarımızı yeni çağırışlarla uzlaşdıra bilmək bacarığıdır.

* * *

Türk Ağsaqqalları Birliyinin sədri, Əməkdar elm xadimi, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri, akademik Sudeyif İmamverdiyev Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin müəllim və tələbələri üçün ustad dərsi keçib.

Əvvəlcə ali təhsil ocağının rektoru Elbrus İsayev uzun illər tibb elminin inkişafında xüsusi xidmətləri ilə seçilən, ömrünün 64 ilini həkimlik, 57 ilini pedaqoji fəaliyyətə həsr edən akademikin təcrübəsini müəllim və tələbələrlə paylaşmasının əhəmiyyətini qeyd edib.

Akademik Sudeif İmamverdiyev görüşdən məmnunluğunu ifadə edib. Alim urologiya və nefrologiya sahələrini əhatə edən ustad dərsində uroloji xəstəliklər, onların yaranma səbəbləri, əlamətləri, müalicəsindən ətraflı bəhs edib. O, böyrəklərin quruluşu, işləmə prinsipi, böyrəklərdə baş verən xəstəliklərin aşkarlanması üçün analizlərin aparılma qaydası, böyrək təzyiqinin yaranma səbəbləri, orqanizmdə zülalların miqdarının laboratoriya anailizlərində müəyyənləşdirilməsinin qabaqcıl metodlarını diqqətə çatdırıb.

Sonra Sudeif İmamvediyev müəllim və tələbələrin mövzu ilə bağlı suallarını ətraflı cavablandırıb.

Ustad dərslərinin yekununda rektor Elbrus İsayev universitetin təşəkkürnamələrini təqdim edib.





Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!