Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 19-11-2015, 14:49
Avropa İttifaqı qonşuluq siyasətinin yeni istiqamətlərini müəyyən etdi



Noyabrın 18-dəAvropa Komissiyası və Avropa İttifaqının xarici işlər, təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Avropa Qonşuluq Siyasətinin (AQS) icmalının əsas istiqamətlərini açıqlayaraq şərq və cənubdakı qonşularına münasibətdə ittifaqın yanaşmasını dəqiq izah
ediblər.


Butov.az Lent.az-a istinadən xəbər verir ki, icmaldan sonra üzv dövlətlər, tərəfdaş ölkələr, beynəlxalq təşkilatlar, sosial tərəfdaşlar, vətəndaş cəmiyyəti və elmi dairələrlə geniş məsləhətləşmələr aparılıb.

Aİ-nin vitse-prezidenti, xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Federika Mogerini bildirib ki, Aİ-nin sərhədləri hüdudlarında və onlardan kənarda çətinliklərlə üzləşdiyi bir dövrdə qonşularla tərəfdaşlığın daha da güclənməsi ittifaq üçün vacib məsələdir: “Cümə günü Parisdə baş verən terror aktları, eləcə də Livan, Misir, Türkiyə vəİraqda olan son hücumlar bir daha göstərib ki, biz qlobal səviyyəli təhlükə ilə üz-üzə gəlmişik və buna qarşı birləşmiş beynəlxalq ictimaiyyət mübarizə aparmalıdır. Biz birlikdə daha təhlükəsiz mühit qurmalı, ümumi regionda bir çox böhranları həll etməyə çalışmalı, ən kasıb ərazilərin inkişaf və rifahını dəstəkləməli, miqrasiyanın kökündə duran səbəbləri aradan qaldırmalıyıq. Bu, AQS-nın cari icmalında qoyulan məqsəddir ki, ümumi dəyər və maraqlarımızı təşviq edərək, tərəfdaşlarımızı həm də təhlükəsizlik məsələlərində əməkdaşlığın artmasına cəlb edəcək. Bu gün müəyyən edilmiş tədbirlər bizim və tərəfdaşlarımızın cəmiyyətlərinin möhkəmliyini və ümumi məqsədlər naminə birlikdə səmərəli şəkildə işləmək qüdrətimizi artırmaq üçün yollar axtarır”.

Avropa Qonşuluq Siyasəti və genişlənmə üzrə komissar Yohannes Hanisə qeyd edib ki, Aİ üçün ən təxirəsalınmaz çağırış qonşuluğunda sabitliyin olmasıdır: “Münaqişələr, terrorizm və radikallaşma hamımızı təhdid edir. Ancaq yoxsulluq, korrupsiya və zəif idarəçilik də təhlükə mənbələridir. Buna görə də həqiqətən ortaq olan birgə maraqlarımız baxımından zəruri yerlərdə tərəfdaşlarımızla münasibətlərimizdə istiqamətləri yenidən müəyyən edəcəyik. Xüsusilə də iqtisadi inkişafda əsas diqqəti gənclərin məşğulluğu və səriştə qazanması məsələlərinə yönəltmək vacibdir”.

Sabitləşmə, fərqləndirmə və yiyələnmə

Avropa Qonşuluq siyasətində sabitləşmə məsələsi bu mandatda əsas siyasi prioritet olaraq götürüləcək. Bütün tərəfdaşların Aİ qayda və standartlarına uyğunlaşmağa çalışmadığını qəbul edərək, hər ölkənin Aİ ilə tərəfdaşlığının mahiyyəti və əhatə dairəsi ilə bağlı onun arzularını əks etdirərək fərqləndirmə və daha çox qarşılıqlı yiyələnmə yeni AQS-nın sonrakı əsas elementləri olacaq. Aİ AQS vasitəsilə universal dəyərlərə sadiq qalaraq,
onları təşviq etməyə davam edəcək, demokratiyanı, insan hüquqları, fundamental azadlıqlar və qanunun aliliyini təşviq etmək üçün daha səmərəli yollar araşdıracaq.

Əsas sektorlar

Yeni AQS-da hərtərəfli iqtisadi və sosial inkişafın dəstəklənməsi istiqamətində səylər göstəriləcək; gənclər üçün iş imkanlarının yaradılması iqtisadi sabitləşmə üçün görüləcək əsas tədbirlərə daxil olacaq. Təhlükəsizlik sektorunda, xüsusilə münaqişənin qarşısının alınması, terrorizmlə mübarizə və anti-radikallaşma siyasəti sahəsində tərəfdaş
ölkələrlə işin fəallaşması yeni fokus məsələ olacaq. Bir tərəfdən təhlükəsiz və qanuni mobillik, digər tərəfdən qanunsuz miqrasiya, insan alveri və insanların qeyri-qanuni şəkildə sərhəddən keçirilməsi digər prioritet məsələlərdir. Yekunda, tərəfdaşlarla enerji təhlükəsizliyi və iqlim sahəsində fəaliyyətə daha çox diqqət veriləcək.

Daha çox çeviklik, effektivlik və yeni tərəfdaşlıq yanaşması

Tərəfdaşlığın əsası kimi hər iki tərəf üçün siyasi prioritetlərin ünvanlanması baxımından Aİ öz qonşuları ilə münasibətlərində fokusu dəyişməyi təklif edir. Bu variant tərəfdaşlarla müzakirə ediləcək. Bu, onların prosesə yiyələnməsini artırmaq baxımından mühüm məsələdir. Məqsəd həm də üzv dövlətləri daha intensiv şəkildə qonşu ölkələrlə siyasətin müəyyən edilməsinə və onun həyata keçirilməsinə cəlb etməkdir. Yeni AQS ilə yeni olan bəzi iş metodları tətbiq edəcək, o cümlədən ölkə üzrə ənənəvi illik
hesabatlar paketi ləğv olunacaq. İndi hesabatvermə hər münasibətin mahiyyətinə və onun iş təqviminə daha çox uyğunlaşdırılacaq.

Yeni AQS-da mövcud maliyyə resurslarının daha çevik şəkildə istifadəsinə cəhd göstəriləcək ki, Aİ qonşuluqda olan yeni çağırışlara daha operativ şəkildə reaksiya verə bilsin. Vətəndaş cəmiyyəti, sosial tərəfdaşlar və gənclərlə daha güclü işin aparılması nəzərdə tutulur.

Regional səviyyədə 2015-ci ildə Riqa sammitində götürülmüş öhdəliklərə uyğun olaraq “Şərq Tərəfdaşlığı” daha da güclənəcək. Aralıq dənizi regionu üzrə ittifaq cənub qonşuları arasında əməkdaşlığın dəstəklənməsində daha çox rol oynaya bilər. Yeni AQS çərçivəsində qonşuluqdan başqa müvafiq yerlərdə regional çağırışların ünvanlanmasında digər regional iştirakçıların cəlb edilməsi üçün cəhd göstəriləcək.

Növbəti addımlar

Birgə Müraciətdə açıqlanan təkliflər yeni prioritetləri və gələcək münasibətləri birgə müəyyən etmək baxımından üzv dövlətlər və tərəfdaş ölkələrlə növbəti aylarda müzakirə ediləcək.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!