Pəhləvidən ABŞ-yə çağırış: İrana hərbi müdaxilə edin! .....                        TRIPP-in Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz reallaşacaq .....                        Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı .....                        Prezident: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq .....                        İlham Əliyev Zelenski ilə görüşdü - FOTO .....                        ABŞ həmişə Avropanın övladı olacaq - RUBİO .....                        Fidan Qəzzanı idarə edəcək komitə üzvləri ilə görüşdü .....                        Azərbaycan Prezidenti: “Bizim sərhədlərimizdə sülh qurulur” .....                        İlham Əliyev: "Xəzərin dibi ilə fiber-optik layihə hazırlanır" .....                       
Tarix : 28-06-2016, 15:32
Azərbaycanda Maskalılar şirniyyat şirkətinə basqın etdi


Lənkəranda şəhərində 3 gün əvvəl baş verən quldurluq hadisəsinin üstü açılıb.

Rayon polisinin keçirdiyi əməliyyat nəticəsində məlum olub ki, Əli Məmmədov tanışları - Bakı şəhər sakinləri Elnur Əsgərov və Elnur Nuriyevlə qabaqcadan əlbir olaraq maskalanaraq, bıçaq və tapançadan da istifadə etməklə şirniyyat istehsalı və satışı ilə məşğul olan şirkətin ofisinə qanunsuz daxil olub, təftişçi Azər Babayevi və operator Rəfail Əliyevi silahla hədələyib fiziki zor tətbiq etməklə içində 14 min manatdan artıq pul olan seyfi açmağı tələb ediblər.

Oğrular seyfin açarının işçilərdə olmadığına əmin olduqda onların əl-ayaqlarını bağlayıblar.

Lənkəran Şəhər Polis Şöbəsinin müstəntiqi Toğrul Hüseynov ANS PRESS-ə bildirib ki, həmin şəxslər seyfi ofisin ikinci mərtəbəsindən 1-ci mərtəbəsinə düşürüblər. Lakin həm seyf ağır olduğundan, həm də əraziyə gələn firma işçisinin polisə məlumat verməsindən ehtiyat edib onu aparmağa nail olmayıblar və ərazidən “Nissan” markalı avtomaşınla uzaqlaşıblar:

“Elnur Musa oğlu Nuriyev əvvəllər həmin firmada işləyib və həmin ünvandakı ofisdə seyfin içərisində külli miqdarda pulun olmasını bilib. Bunu bildiyi üçün də cinayəti qrupun digər üzvləri ilə planlaşdırıb”.

Əməliyyat qrupunun səyi nəticəsində qrupun iki üzvü - Əli Məmmədov və Elnur Əsgərov Masallı rayon ərazisində yaxalanıb. Qaçmağa macal tapan Elnur Nuriyev barəsində isə axtarış elan olunub.

İndi dostları törətdikləri quldurluq əməlinə görə 10 ildən 15 ilədək həbs cəzası gözləyir.

Anspress.com


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!