Rəqsanənin həbsinin TƏFƏRRÜATLARI .....                        Yer yaxınlığında təhlükəli asteroid .....                        Bloger-jurnalist həbs edildi .....                        Türkiyədə saxta polislər - Əməliyyatçılar heyrətə gəldi .....                        Çin kosmosu fəth edir - Növbəti peyk orbitə buraxıldı .....                        FHN çimərliklərdə maarifləndirmə tədbirlərini davam etdirir .....                        Azərbaycanda cinayətlər ən çox hansı bölgədə törədilir? .....                        Türkiyədə meşə yanğınları davam edir .....                        İsrail Husilərə məxsus obyektləri vurdu .....                       
Tarix : 25-11-2016, 10:20
NATO-nun ekspert qrupu Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub

"Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər İctimai Birliyi"ndən Butov.az-a verilən məlumata görə, "NATO günləri" çərçivəsində ölkəmizdə səfərdə olan NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu noyabrın 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını ziyarət edib.
General-mayor Odd Egil Pedersenin rəhbərlik etdiyi nümayəndə heyəti akademiyanın rəhbərliyi ilə görüşüb.
Görüşdə Azərbaycan ilə NATO arasında həyata keçirilən proqramların müzakirəsi ilə yanaşı, Silahlı Qüvvələrin hərbi təhsil sisteminin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə hərbi təhsil və təlim sahəsində fəaliyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətinə Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı çərçivəsində NATO-nun üzv və tərəfdaş dövlətlərlə yaranmış əlaqələr və bu istiqamətdə perspektivlər barədə məlumat verilib. Qonaqlara akademiyanın yaranma tarixi, strukturu, təlim-tədris prosesi və digər fəaliyyətləri barədə ətraflı brifinq təqdim edilib.
Tədbir proqramı çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasının dinləyicilərinə "NATO-nun komandanlıq strukturu", "Azərbaycan-NATO əməkdaşlığı", "Strateji proqnozlaşdırma analizi", "NATO-da əməliyyatların planlaşdırılması prosesi", "Əməliyyat İmkanları Konsepsiyası", "NATO-Varşava Zirvə Toplantısından sonra", "NATO-Cənubi Qafqaz tərəfdaşlığı" və digər mövzularda mühazirələr təqdim olunub.
NATO-nun ekspert qrupu Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!