Elçin Quliyev III Çarlzla birlikdə - FOTO .....                        Putindən Trampla söhbətdən sonra ilk AÇIQLAMA .....                        Trampla Putin 2 saat danışdılar .....                        Məhkəmədə vaxtilə işğalda olmuş ərazilərdə çəkilən görüntülərinə baxdı .....                        Polşada prezident seçkiləri - İkinci tur nə vaxt keçiriləcək? .....                        Fransaya casusluq edən Martinin məhkəməsi .....                        Sahibə Qafarova ispan həmkarı ilə görüşdü .....                        4 ay əvvəl seçilən bələdiyyə sədri işdən çıxdı .....                        Dağıstan silkələndi .....                       
Tarix : 21-12-2016, 19:36
Müdafiə Nazirliyində geniş kollegiya iclası keçirilib - FOTOLAR

"Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər İctimai Birliyi"ndən Butov.az-a verilən məlumata görə, dekabrın 21-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2016-cı tədris ilində qoşunların hazırlığı üzrə yekunlara dair geniş kollegiya iclası keçirilib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kollegiya iclasında hesabat dövründə aparılan fəaliyyətlər, ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı vəzifəli şəxslərin məruzələri dinlənilib, perspektiv məsələlər müzakirə edilib.
İclasda geniş məruzə ilə çıxış edən Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Azərbaycan Ordusuna verdiyi qiyməti, göstərdiyi diqqət və qayğını xüsusi qeyd edərək Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən aprel döyüşlərində əldə edilən uğurların dövlətimizin, ordumuzun qüdrətinin, xalqın həmrəyliyinin, vətənpərvərliyinin nəticəsi olduğunu vurğulayıb və bunun nəticəsi olaraq son illər əldə edilən nailiyyətlərdən danışıb.
Nazir hesabat dövründə görülən tədbirlərin təhlilini apararaq xidməti döyüş fəaliyyəti, davam edən islahatlar, döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyət, müdafiə sistemi və onun hərtərəfli təminatı, qoşunların döyüş qabiliyyətinin artırılması məqsədilə 2017-ci tədris ilində Silahlı Qüvvələr qarşısında duran əsas vəzifələrin yerinə yetirilməsi məqsədilə komandir-rəis heyəti qarşısında tapşırıqlar qoyub.
Sonra kollegiya iclasının qərar layihəsi müzakirə edilərək qəbul olunub.
Müdafiə nazirinin əmrinə əsasən, 2016-cı tədris ilində döyüş hazırlığının yekunlarına görə xidmətdə fərqlənən hərbi qulluqçular müxtəlif medallarla təltif edilib, təşəkkür, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Müdafiə Nazirliyində geniş kollegiya iclası keçirilib - FOTOLAR
Müdafiə Nazirliyində geniş kollegiya iclası keçirilib - FOTOLAR
Müdafiə Nazirliyində geniş kollegiya iclası keçirilib - FOTOLAR
Müdafiə Nazirliyində geniş kollegiya iclası keçirilib - FOTOLAR


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!