İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı .....                        Özünü güllələyən sabiq baş pediatr ötən gün işdə olub .....                        Ukraynalı deputatlardan Nobel Komitəsinə müraciət: Vardanyanın namizədliyi rədd olunsun! .....                        2026-cı ilədək Şərqi Zəngəzura 40 min nəfər köçürüləcək .....                        UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                       
Tarix : 3-04-2017, 18:40
“Açıq İnnovasiyalar üzrə Startap Turu” keçiriləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Rusiya Federasiyasının “Skolkovo” Fondunun təşkilatçılığı ilə Bakıda 17-18 aprel 2017-ci il tarixində “Open Innovations Startup Tour” (Açıq İnnovasiyalar üzrə Startap Turu) çərçivəsində ilk dəfə tədbir keçiriləcək.

Butov.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu tur artıq 4 ildir keçirilir, Rusiya eləcə də, MDB məkanında texnoloji mədəniyyətin populyarlaşdırılması və perspektivli layihələrin müəyyənləşdirilməsi üzrə irimiqyaslı tədbir hesab edilir. Cari ildə bu turun 14 şəhərdə, o cümlədən Bakıda keçirilməsi planlaşdırılıb. Tədbirin əsas məqsədi yüksək texnologiyalar sahəsində perspektivli və innovativ layihələrin həyata keçirilməsinə dəstək verməkdir.

Tədbirdə Rusiyadan “Skolkovo” texnoparkının nümayəndələri, startaplar, biznes qurumlarının təmsilçiləri iştirak edəcək. Startap tur çərçivəsində qlobal tendensiyalar və beynəlxalq təcrübələr haqqında maarifləndirmə sessiyaları, sahibkarların şəxsi və peşəkar keyfiyyətlərinin inkişafı üçün treninqlər və yerli startaplar üçün müsabiqə keçiriləcəkdir. Müsabiqədə iştirak edəcək layihələr üçün biotibb, informasiya texnologiyaları və sənaye istiqamətləri əsas hesab edilir. Həmçinin, xarici layihələrin Azərbaycan bazarına tanıtımını təmin etmək məqsədilə tədbir çərçivəsində “Demo Günlər”in keçirilməsi planlaşdırılır.

Tədbir startapçılar, biznes nümayəndələri üçün əlaqələrin yaradılması, təcrübə mübadiləsi üçün əlverişli platformadır.

Tədbirdə iştirak üçün aprelin 10-dək https://startup-tour.ru/register/ru ünvanında qeydiyyatdan keçilməlidir. Müsabiqədə iştirak etmək istəyən startapçılar https://startup-tour.ru/ru/page/competition ünvanında qeydiyyatdan keçərək "Mən müsabiqədə iştirak etmək istəyirəm" seçimini edib, ərizə formasını dolduraraq şəxsi kabinet bölməsində layihə təqdimatlarını yükləməlidirlər.

Müsabiqədə 1-ci yeri tutan qalib mükafatla yanaşı “Skolkovo” Texnoparkında təşkil olunacaq texnoloji sahibkarlar üçün “Startup Village” startap-konfransında iştirak hüququ əldə edəcək, 2 və 3-cü yerləri tutan qaliblər isə digər mükafatlara layiq görüləcəklər.

Qeydiyyat üçün son gün – 10 aprel 2017-ci ildir.

Tədbir roud-şou formatında Bakı Biznes Mərkəzində (Neftçilər prospekti, 44) keçiriləcəkdir.
Tədbirin təşkilatçıları Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Rusiyanın "Skolkovo" Texnoparkı, Vəsaitlərin İnkişafı Dövlət Fondu (RVK), Rusiya və Şərqi Avropada nəhəng startap akseleratoru olan “GenerationS” layihəsi, İnnovasiyaların Təşviqetmə Fondu (Фонд содействия инновациям) və Rusiyada yüksək texnologiyalar, nanotexnologiya sənayesi üzrə layihələrin inkişafı sahəsində dövlət siyasətini həyata keçirən “RosNano” ASC-dir.

Partnyorlar və sponsor qismində “Tatneft”, “SAP”, “AlRosa”, “Kaspersky lab”, “Intel”, “Astrazeneca” şirkətləri çıxış edir.

Tədbirlə bağlı məlumatlar mütəmadi olaraq https://startup-tour.ru saytında yerləşdiriləcək.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!