“Tərlan - 2025” təlimi - Qazaxıstan hərbçiləri Azərbaycanda .....                        Xankəndidə Ərdoğanla Pezeşkian təkbətək görüşdü .....                        Zəngəzur dəhlizinin açılması an məsələsidir: Böyük dövlətlər nə planlayır? .....                        Ermənistan-Azərbaycan sülhü regionun ab-havasını dəyişəcək - Ərdoğan .....                        Ərdoğandan Rusiya-Azərbaycan gərginliyinə münasibət .....                        Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM .....                        Güney Azərbaycan Təşkilatları və İranda Yaşayan Digər Türk Toplumlarının Bəyanatı .....                        Sabahın havası: Külək, yağış, dolu... .....                        İran nüvə proqramından imtina etməyib - Tramp .....                       
Tarix : 4-11-2016, 11:12
Qrant müsabiqəsində qalib olan startapların təqdimatı olub


Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi qrant müsabiqəsində ali məktəbin tələbələri tərəfindən hazırlanan və qrant müsabiqəsində qalib olmuş bir neçə layihənin təqdimatı keçirilib.


Butov.az "APA-Economics"-ə istinadən xəbər verir ki, tədbirdə çıxış edən ADNSU-nun rektoru Mustafa Babanlı universitetin Startap və İnnovasiya Mərkəzi haqqında ətraflı məlumat verib.

Fondun icraçı direktoru Elçin Zeynalov görüşün məqsədi və fondun startap layihələrinə göstərdiyi dəstəkdən danışıb.

Nazirliyin şöbə müdiri Tahir Məmmədov isə çıxışında müsabiqə çərçivəsində qalib gəlmiş startap layihələrə uğurlar arzulayıb və bu kimi innovativ təşəbbüslərin ölkənin İKT sektorunun inkişafına verəcəyi töhfənin önəmini qeyd edib. T. Məmmədov bildirib ki, Azərbaycan dövləti tərəfindən startapçılara verilən dəstək qeyri-neft sektorunun inkişafı üçün münbit ekosistemin yaradılması deməkdir: "Bu gün qrant müsabiqəsində qalib olan iştirakçılar Azərbaycanda mövcud olan ekosistemdən yararlanacaq və bunun faydasını görəcəklər. Bir zamanlar dövrünün ən məşhur neftçilərini yetişdirən Neft akademiyası hal-hazırda İKT sektorunda öz yerini tutacaq tələbələr yetişdirməklə ölkəmizin qeyri-neft sektoruna öz töhfəsini verir. Bu gün neft sektoru sürətlə İKT sektoruna inteqrasiya edir".

Daha sonra universitetin qrant müsabiqəsində qalib olan "Comfortab" və "Magic Words" layihələrinin təqdimatları keçirilib.

Sonda qrant müsabiqəndə qalib olan bir neçə layihə RYTN-in sertifikatları ilə təmin edilib.

Qeyd edək ki, fondun elan etdiyi son qrant müsabiqəsində 121 layihədən 29-u qalib elan olunaraq, ümumilikdə 395 min manat qrant vəsait ayrılıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!