Masazıra gedənlərin nəzərinə! .....                        Ukrayna üçün vacib sənəd imzalandı .....                        Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı - Yeni təyinat .....                        Ağsuda maşın aşdı - Ölən var .....                        İran dağılır - İnsanları güllələyirlər .....                        Bakıda güclü duman - Sürət həddi endirildi .....                        Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı anonim sənədlər yayıldı .....                        Bazarda güllələnən azərbaycanlı xəstəxanada öldü .....                        İnsan kimi yeriyə bilən robot hazırlandı .....                       
Tarix : 10-09-2021, 07:05
DTK zabiti: "Putin yalnız güc mövqeyini başa düşür".


Rusiya II Qarabağ müharibəsindən sonra Türkiyənin Cənubi Qafqazda təsirinin artmasından narahatdır. SSRİ dönəmində hərbi xidmət zamanı mən elektron kəşfiyyatla məşğul olan qrupda olmuşam və bizim hərbi hissəmiz Odessada yerləşirdi. Biz NATO-nun cənub-şərq flanqını və burada əsas gücü olan Türkiyəni izləyirdik. Üstəlik, sovet dövründə ən böyük canlı qüvvə məhz Odessadakı hərbi dairədə idi. Bu qüvvələr də əsas olaraq Türkiyəyə qarşı yönəlmişdi. Ona görə ki, Türkiyə çox güclü rəqib sayılırdı. İndi Rusiya üçün daha pis olub.
Bunu SSRİ DTK-sının keçmiş xəfiyyəsi Yuri Şvets Ermənistanın Sasna Çrer Partiyasının nümayəndələrinə verdiyi müsahibədə deyib:
“Rusiya zəifdir, o cümlədən hərbi baxımdan da zəifdir. Bunu Gürcüstan müharibəsi, 2014-cü il Ukrayna hadisələri göstərdi. İndi Avropanı, Gürcüstanı qorxutduqları Cənub Hərbi Dairəsinin zirehli tank texnikalarının döyüş hazırlığı 30-40%-dir. Bu o deməkdir ki, hər üç tankdan, hər üç zirehli transportyordan biri döyüşə hazırdır. Şəxsi heyətin komplektasiyası 40-50%-dir. Təsəvvür edin ki, bu, əsas hərbi dairələrdən biridir.
Türkiyə Rusiyanın Suriyadakı Su-24 təyyarəsini vuranda mən tam əmin idim ki, Moskva heç nə ilə cavab verə bilməyəcək. Rusiya yalnız döyüş qabiliyyəti olmayan kiçik ölkələrə qarşı vuruşa bilər. Türkiyəyə qarşı Rusiya döyüşə bilməz. Ona görə ki, nüvə silahını tətbiq edə bilməz, adi silahlara gəlincə isə Türkiyə ona çox ağır zərbə vura bilər. Ərdoğan Qərbə Putinlə necə danışmaq lazım olduğunu göstərdi. Çünki Putin yalnız güc mövqeyini başa düşür. Yəni Rusiya Türkiyənin təsirinin genişlənməsini başa düşür, amma heç nə edə bilmir. Bu, Rusiyanın II Qarabağ müharibəsində tutduğu mövqeyi izah etməyə imkan verir”.
Yuri Şvetsin sözlərinə görə, Rusiyadakı hakim rejim daha çox pulu olan dövlətlərə üstünlük verir ki, nə zamansa onlarla pul qarşılığında hansısa oyunlar oynasın:
“Ermənistanın pulu və ya sürətli şəkildə pula çevriləcək resursları yoxdur. Bu baxımdan İrəvan Rusiya üçün məhdud maraq kimi görünür. Məncə, Rusiya üçün indi Ermənistan hər şeydən öncə yükdür. Putin rejiminin nəsə götürüb cibinə qoyacağı heç nə qalmayıb, ona görə də bilmirlər ki, onunla nə etsinlər”.


Paylaş



Bölmə: Hərbi / Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!