Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavab ötürürmüş .....                        İmamoğlunun məhkəməsinin tarixi açıqlandı .....                        Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblər .....                        Azərbaycanlılarla ermənilər Zodda birgə kəşfiyyat işləri aparıb .....                        Çox təhlükəli qrip yayılır - Dünya həkimlərindən XƏBƏRDARLIQ .....                        Heydər Əliyevin dəfn günündən TARİXİ FOTOLAR .....                        DTX-dən Ulu Öndərin anım günü ilə bağlı videoçarx .....                        Ulu öndərin əziz xatirəsi əbədi yaşayacaq .....                        Samir Nuriyev iclas keçirdi .....                       
Tarix : 24-07-2024, 00:57
"Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq" - Qurban Qurbanov


"Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq" - Qurban Qurbanov

“Futbolçularımı təbrik edirəm. Oynamaq üçün şərait o qədər də yaxşı deyildi. Matç süni örtükdə keçirilirdi. Uzun səfərə çıxdığımız üçün oyunçularda bir az yorğunluq hiss oluna bilərdi".
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln" komandasına 2:0 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.
O, komandasında yaxşı oyun intizamı gördüyünü bildirib: "Belə meydançalarda diqqət yetirdiyimiz əsas məqamlardan biri səhv etməməkdir. Bu cür örtükdə topu istədiyimiz kimi ram etmək çətin olur. Futbolçularımız sonadək yaxşı konsentrasiya ilə oynadılar. Yaxşı başlanğıc oldu. Bakıdakı matça ciddi hazırlaşacağıq. Rəqibin itirəcəyi bir şeyi qalmadı. Ona görə riskə gedə bilərlər. Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq”.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Bakıda olacaq. Bu cütün qalibi III təsnifat mərhələsində “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) duelinin güclüsü ilə qarşılaşacaq.


Paylaş



Bölmə: İdman / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!