Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 4-04-2019, 13:20
Elmar Məmmədyarov: Avropa bazarını daha çox Azərbaycan qazı almaq üçün cəlbedici etmək istəyirsə, Aİ tərəfdaşlarımız səylərini artırmalıdır
Avropa bazarını Azərbaycandan daha çox qaz almaq üçün cəlbedici etmək istəyirsə, Avropa İttifaqı (Aİ) tərəfdaşlarımız səylərini artırmalıdır.

Butov.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu nazir Elmar Məmmədyarov Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 16-cı iclasında çıxışında deyib.

E.Məmmədyarov bildirib ki, Azərbaycan-Aİ münasibətlərindəki sıxlığı çox müsbət və siyasi nöqteyi-nəzərdən yaradıcı hesab edir:

"Bu, digərləri ilə olan münasibətlərimizdən çox fərqlidir. Belə ki, bu Aİ üçün də regiondakı digərləri ilə münasibətlərindən müsbət mənada fərqli olmalıdır. Biz siyasi gündəliyimizi mühafizə etməliyik. Biz imkanlarımızı maksimum səviyyəyə çatdırmağa ehtiyac duyuruq. Buna görə də mən buradayam.

İlk növbədə, bizim yeni ikitərəfli sazişimizlə (layihə) necə və haraya gedəcəyimizi müzakirə etməyə ehtiyacımız var. İnanıram ki, danışıqlarımızı yekunlaşdırmağa çox yaxınıq. Bu yaxınlarda, biz danışıqları, onun bütün 3 hissələri üzrə sinxronlaşdırmağa müvəffəq olmuşuq. Belə ki, artıq 90 faizi razılaşdırıldığına görə bu gün bizim olduqca yaxşı imkanımız vardır. Son vaxtlar biz bir sıra dəyirmi masalar və video-konfranslar keçirmişik və eyni zamanda qarşıdan gələn günlərdə bunu davam etdirməyə çalışırıq. Mən danışıqları tezliklə yekunlaşdırmaq istiqamətində birgə imkanlarımızın mövcudluğu ilə bağlı müsbət fikirdəyəm. Lakin əlbəttə ki, Azərbaycan üçün ən vacibi mahiyyət məsələsidir.Bu barədə bir az sonra danışacağam".

Nazirin sözlərinə görə, həmçinin dialoqun strateji əhəmiyyət kəsb edən məsələləri də əhatə ediləcək:

"Bu enerji və nəqliyyat ilə bağlı məsələlərdir. Bildiyiniz kimi, Azərbaycan regionda və kənarda bir sıra əlaqələndirmə layihələrinin təşəbbüskarı kimi çıxış edir. Bütün bunların məqsədi ticarət kanallarının şəbəkəsini yaratmaq və regionda siyasi və iqtisadi sabitlik və rifahı təmin etməkdir. Faktiki olaraq, biz nəqliyyat sahəsində Aİ ilə ayrıca dialoqa başlamışıq. Həmçinin biz vahid aviasiya üzrə saziş ilə bağlı danışıqlar aparırıq. Hökumət və sənaye sahəsindən olan tərəfdaşlarımızla birlikdə, biz enerji üzrə tamamilə yeni bir mənbədən - Azərbaycandan Aİ bazarına, onun sənayesinə və insanlarına daha çox təbii qazın çatdırılmasını mümkün edəcək Cənub Qaz Dəhlizinin tikintisini yekunlaşdırırıq. Azərbaycan bunu mümkün etdi. Aİ bazarını Azərbaycandan daha çox qaz alması üçün daha cəlbedici etmək istəyirsə Aİ tərəfdaşlarımız daha çox səy göstərməlidir.

Yalnız imkanlarımız deyil, həm də çətinliklərimiz vardır. Buna görə də bu yaxınlarda Təhlükəsizlik Dialoqunu da başlatmışıq. Belə ki, biz təhlükəsizlik, terrorizm və ekstremizmə qarşı mübarizə və digər bir çox məsələlərdə oxşar təsəvvürlə tərəfdaşlığımızı necə siyasi dəstəkləyə biləcəyimizi görmək istəyirik. Qeyri-qanuni miqrasiya ilə birlikdə bu məsələlər hamımız üçün ciddi narahatlıq doğura bilər. Burada xüsusilə nəzərə çatdırmaq istərdim ki, beynəlxalq hüquq prinsiplərinin davam edən pozuntusunun nəticələrinin aradan qaldırılması istiqamətində müvəffəqiyyətsizlik, habelə münaqişənin həlli kontekstində bu prinsiplərin yanlış təfsir olunması və selektiv tətbiqi qaydalara əsaslanan Avropa düzənini pozur. Hesab edirəm ki, əgər Avropa İttifaqı qonşuluq siyasətini inkişaf etdirirsə və regionda digər ölkələrə gəldikdə buna siyasi və maliyyə baxımından bu qədər çox sərmayə qoyursa onda, əlbəttə ki, qaydalara əsaslanan bir yanaşma olmalıdır".

E.Məmmədyarov vurğulayıb ki, bundan əlavə, Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri üzrə, nəyin bizə kollektiv olaraq vacib olduğunu və tərəfdaşlığımızın nəyi hədəfləməli olduğunu göstərən bu qısa, lakin hərtərəfli sənədimiz var:

"Bu, prioritetlərdən bəhs edir. Bu, fokusdan bəhs edir. İndi bir intizam yaratmaq və onu həyata keçirtmək lazımdır. Orada, deyə bilərəm ki, Azərbaycanın uzaqgörən yanaşması vardır. Biz bunun necə həyata keçirilməsi ilə bağlı ilkin təsəvvürümüzü Aİ ilə bölüşmüşük. Tezliklə mətnimizi sizinlə bölüşəcəyik və bu yaydan əvvəl praktiki cəhətdən implementasiyaya başlayacağımıza ümid edirik. Fərqləndirmə, çeviklilik, diqqət mərkəzində saxlama və daha çox mülkiyyətçilik prinsiplərinin həyata keçirilməsi üçün hər bir ölkənin konkret məqsədləri və iqtisadi potensialına uyğun və prioritetlərə əsaslanan əməkdaşlıq daha səmərəli olardı. Belə bir yanaşma uzunmüddətli münasibətlərimizə müsbət təsir edər və həqiqi fərqləndirmə ruhuna uyğun olardı".


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!