Kreml beynəlxalq hüququ pozur, insanları öldürür - Lyayen .....                        Husilər İsrail aeroportunu vurdu .....                        Bitməsini istəmirəm... - Messi .....                        Gəncədəki bədbəxt hadisə ilə bağlı FHN-dən AÇIQLAMA .....                        Gəncədə ev uçdu - Fəhlə öldü .....                        “Dostluq” kəmərinə yeni ZƏRBƏLƏR .....                        Qüdsdə Netanyahuya qarşı ETİRAZLAR .....                        Azərbaycan - Ukrayna oyununun hakimləri açıqlandı .....                        Britaniya hərbçiləri “görünməz" olacaq .....                       
Tarix : 11-02-2020, 13:43
“AzerGold”dan 8 milyon dollar xalis mənfəət

“AzerGold” QSC 2018-ci ili 8,041 milyon ABŞ dolları xalis mənfəətlə başa vurub.
Butov.az “Report”-a istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 63,55% azdır.
2018-ci ildə “AzerGold”un qızıl satışından gəlirləri 58,37 milyon dollar (2017-ci illə müqayisədə 24,5% az), satışının maya dəyəri 38,986 milyon dollar (37,4% az), digər gəlirləri 313 min dollar (2,1 dəfə çox), digər əməliyyat xərcləri 281 min dollar (28,1% az), qeyri-maddi aktivlərinin dəyərsizləşməsindən zərəri 1,583 milyon dollar (əvvəlki il gəlir olub), ümumi və inzibati xərcləri 3,765 milyon dollar (36,6% çox), maliyyə xərcləri 4,118 milyon dollar (21,5% az), mənfəət vergisi ödəmələri isə 1,908 milyon dollar (əvvəlki il qənaət edib) təşkil edib.
2019-cu il yanvarın 1-nə “AzerGold”in aktivləri 110,783 milyon dollar olub ki, bu da illik müqayisədə 5,95% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 12,9% azalaraq 101,54 milyon dollara düşüb, balans kapitalı isə 7,7 dəfə artaraq 9,243 milyon dollara çatıb.
Xatırladaq ki, "AzerGold" ölkə prezidentinin 11 fevral 2015-ci il tarixli fərmanı ilə 5 iyul 2016-cı il tarixində yaradılıb. Hazırda onun nizamnamə kapitalı 12 milyon manatdır. 100% dövlətə məxsus şirkəti İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri təmsil edir.
"AzerGold"un fəaliyyət sahələrinə qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi daxildir.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!