Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
Tarix : 18-10-2021, 11:53
Bakı Limanının ümumi yük dövriyyəsi artıb


Cari ilin doqquz ayı ərzində Bakı Limanı ümumi yükaşırmanın həcmində nəzərəçarpacaq artım müşahidə edilib.

Ötən ilin müvafiq dövründə limanda 3 milyon 564 min tondan çox yük aşırılmışdısa, 2021-ci ilin eyni dövründə bu rəqəm 4 milyon 298 min tondan çox olub. Bu isə 21 faiz artımdan xəbər verir. Bu ilin üç rübündə tranzit yüklərin payı isə ümumi yükaşırmanın 93 faizini təşkil edib.

Bakı Limanında ayrı-ayrı sahələr üzrə göstərilən xidmətlərə görə isə sözügedən dövrdə ən çox artım məhz quru yük aşırmalarında qeydə alınıb. Belə ki, bu ilin yanvar-sentyabr aylarında limanda aşırılan quru yükün həcmi 856 min tondan çox olub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 69 faizlik artım deməkdir. Yükün əsas hissəsini isə Türkmənistan mənşəli gübrə məhsulları təşkil edib. Bundan başqa müvafiq dövrdə Bakı Limanında aşırılan konteynerlərin sayında da artım qeydə alınıb. Bu ilin üç rübü ərzində aşırılan konteynerlərin həcmi TEU ekvivalentində 30 min 774 olub.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!