Bakıda 10 marşrutun hərəkət sxemi dəyişdirilir .....                        Lvovda binalara zərbələr endirilib, yaralananlar var .....                        Bakıda bu YOLLAR BAĞLANACAQ .....                        Salyanda minik və yük avtomobili toqquşub, xəsarət alanlar var .....                        Qazaxda 2 ha qamışlıq yandı-VİDEO .....                        Qəbələdə 50 yaşlı kişi dağlıq ərazidə yıxıldı, FHN köməyə gəldi - VİDEO .....                        Azərbaycan-Portuqaliya oyununun hakimləri açıqlanıb .....                        Zakir Həsənov müalicə olunan hərbi qulluqçuları ziyarət etdi .....                        Rusiyadan 17 milyon dollarlıq şirniyyat alınıb .....                       
Tarix : 22-02-2017, 19:16
Beynəlxalq Valyuta Fondu islam bankçılığına diqqəti artırır
Dünyanın 60 ölkəsində mövcud olan islam bankçılığının cəmi aktivləri 2016-cı ildə 1,5 trln. dollara yüksəlib. 1990-cı ilin sonunda bu göstərici 100 mlrd. dollar həcmində olub.
Butov.az-ın "Report"-a istinadən verdiyi xəbərə görə, bu göstəricilər Beynəlxalq Valyuta Fondunun (BVF) islam bankçılığının inkişaf etdiyi ölkələrdə maliyyə sabitliyinin möhkəmləndirilməsi üçün təkliflər toplusunun fond rəhbərliyi tərəfindən qısa müddət əvvəl təsdiqi ilə bağlı bu gün yaydığı məlumatda qeyd olunub.
Həmçinin sənəddə bildirilib ki, Malayziya, Küveyt və Səudiyyə Ərəbistanı da daxil olmaqla Yaxın Şərq və Asiyanın 14 dövlətində islam bankçılığı sistem əhəmiyyətlidir və onun bank sektorunun cəmi aktivlərində xüsusi çəkisi 15%-dən yüksəkdir.
Məlumata əsasən, dünyada islam bankçılığının payı 2%-dən azdır. Buna baxmayaraq, bu sahə sürətlə inkişaf edir və siyasi rəhbərlərin və idarəedicilərin diqqətini özünə çəkir. BVF hazırda 2015-ci ildə islam maliyyə xidmətləri üzrə Kuala-Lumpur Məşvərətində qəbul edilən standartların birgə tətbiqinə səsləyir. Bura problemli banklarla vəziyyəti həll etmək üçün effektiv mexanizmlərin inkişaf etdirilməsi, maliyyə təhlükəsizlik şəbəkələrinin yaradılması, "sukuk" kimi islami dövlət qiymətli kağızların, suveren aktivlərin buraxılmasının sürətlənməsi və s. daxildir.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!