Qudyalçay Xınalıq (Quba) məntəqəsində qarın yağması müşahidə olunub. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır - Paşinyan
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurasının Reykyavikdə keçirilən sammitində bildirib. O qeyd edib ki, bundan əvvəl Ermənistan və Azərbaycan tərəfi Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Alma-Ata bəyannaməsinə əsaslanan münasibətləri tənzimləmək barədə razılığa gəliblər. “Üç gün əvvəl Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın Azərbaycanın 86,6 kvadrat kilometr ərazisinin bütövlüyünü tanıdığını vurğulayaraq irəliyə doğru addım atdıq, Azərbaycan isə Ermənistanın 29 800 kvadrat kilometr ərazisini tanıyıb”, - deyə Paşinyan bəyan edib.
Azərbaycanda mayın 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 20-25° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacaq.
İslandiya Respublikasının paytaxtı Reykyavik şəhərində Avropa Şurasının Dövlət və Hökumət Başçılarının IV Zirvə Görüşünün açılış mərasimi keçirilir. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Zirvə görüşündə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir. Ceyhun Bayramovun Zirvə Görüşündə iştirak edəcək digər dövlət rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Cəlilabadda yerləşən ziyarətgahda yanğın baş verdi
Bu gün Cəlilabad rayonunda yanğın hadisəsi baş verib. Hadisə rayonun Dələli kəndində qeydə alınıb. Belə ki, kənddəki ziyarətgahın ərazisində yerləşən məscidin dam örtüyü yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülsə də, məscidə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Erməni hərbiçilər Xocalıda döyüş atışları həyata keçirirlər - VİDEO
Azərbaycan tərəfinin hesablamalarına görə, ərazimizdə 10 minə qədər erməni hərbçisi var, bu isə Üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır. Bu barədə “Caliber”in hazırladığı süjetdə məlumat verilir. Bildirilir ki, Azərbaycan tərəfi Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətinin, tərkibində Ermənistan vətəndaşlarının da olduğu hərbiləşdirilmiş dəstələrlə birlikdə Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazisində qeyri-qanuni qalmaqda davam etməsiylə bağlı dəfələrlə bəyan edib. Təqdim olunan videoda Ermənistan hərbçilərinin Xocalıda hərbi poliqonda döyüş atışları həyata keçirdiyini təsdiqləyən yeni görüntülər də öz əksini tapıb. Ətraflı süjetdə:
Rusiya Federasiyasının Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Prezident İlham Əliyevə məktub ünvanlayıb. Məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu! Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin atanız dünya tarixində görkəmli siyasi xadim, müasir Azərbaycan dövlətçiliyinin rəmzi kimi tanınıb. O, öz xalqının layiqli oğlu olaraq, yeni Azərbaycanın – beynəlxalq aləmdə müstəqil və praqmatik siyasətini həyata keçirən güclü, firavan respublikanın hazırkı inkişaf istiqamətinin əsasını qoymuşdur. Rusiyada ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin davamlı inkişafına Heydər Əliyevin böyük şəxsi töhfəsini yüksək qiymətləndirirlər. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və bundan sonra da müvəffəqiyyətlər, bütün Azərbaycan xalqına isə sülh və rifah arzulayıram”.
“Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Tacikistan Hökuməti yanında Gömrük Xidməti ilə hər iki ölkə arasında keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol” təsdiqlənib. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, protokol qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Xarici İşlər Nazirliyinə isə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb. Qeyd edək ki, protokol 2023-cü il aprelin 5-də Düşənbə şəhərində imzalanıb.
Azərbaycanla Tacikistan arasında saziş təsdiqləndi
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə Saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb. Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərməlidir. Qeyd edək ki, Saziş 2023-cü il aprelin 5-də Düşənbə şəhərində imzalanıb.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq.