Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
30-11-2023, 19:10
Milli Məclis Avropa Parlamentinə etiraz etdi


Milli Məclis Avropa Parlamentinə etiraz etdi

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin noyabrın 29-da qəbul etdiyi illik hesabatlarla bağlı bəyanat verib. Bəyanatda deyilir:
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin 2023-cü il noyabrın 29-da “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi”, həmçinin “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi” ilə bağlı qəbul edilən illik hesabatlarında Azərbaycanla bağlı öz əksini tapmış beynəlxalq hüquqa zidd, qeyri-etik, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş gülünc və qərəzli fikirləri qətiyyətlə rədd edir.
Hesabatda çoxlu sayda köhnəlmiş, hətta artıq Ermənistanın belə istifadə etmədiyi terminologiyanın yer alması onu deməyə əsas verir ki, Avropa Parlamentinin bölgədəki reallıqlardan heç bir anlayışı yoxdur. Avropa Parlamentində olan həmkarlarımıza xatırladırıq ki, “Dağlıq Qarabağ münaqişəsi”, “Laçın dəhlizi” kimi artıq keçmişdə qalmış məsələlərə istinad olunması tamamilə məntiqsizlikdir.
Avropa Parlamentinin deputatlarının Avropa İttifaqının Ermənistandakı missiyasının Azərbaycan ərazisində yerləşdirilməsi ilə bağlı çağırışı təhlükəli geosiyasi rəqabətin Cənubi Qafqaz regionuna gətirilməsi cəhdi kimi yolverilməzdir və onların bəlli dairələrin Azərbaycana qarşı düşmənçilik fəaliyyətində alətə çevrildiyini göstərir.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda nəzərdə tutulan öhdəliklərin, xüsusilə Ermənistan silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılması ilə bağlı öhdəliyin məhz Ermənistan tərəfindən yerinə yetirilməməsi bu hesabatların müəlliflərinə çox yaxşı məlumdur. Bununla belə, bu müddət ərzində Ermənistanın dağıdıcı əməlləri Avropa Parlamentinin Xarici əlaqələr komitəsi tərəfindən pislənilməmişdir.
Qəbul edilmiş sənədlərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağda antiterror tədbirləri çərçivəsində öz suverenliyini bərpa etməsinin hərbi təcavüz adlandırılması, habelə Azərbaycanın beynəlxalq normaları pozduğunu iddia edərək ona qarşı sanksiyaların tətbiqinə çağırışların yer alması Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin məsələlərə ikili standartlar, dini və etnik simpatiya əsasında yanaşmasının, korrupsiyaya bulaşmasının bariz göstəricisidir. Azərbaycan özünün suveren ərazilərində “boz zona”ya son qoyulması məqsədilə əməliyyat aparmağa görə heç kimdən icazə almır.
Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinləri ilə bağlı narahatlıqlarını ifadə edən, onların hüquqlarının pozulduğunu iddia edən komitə Ermənistandan, habelə vaxtilə işğal edilən Azərbaycan ərazilərindən yüz minlərlə azərbaycanlının qovulmasına, Xocalı soyqırımının törədilməsinə və Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamasına susmaqla Azərbaycanofobiya və İslamofobiya siyasətlərini bir daha sübut etmiş oldular.
Qarabağda guya ermənilərə aid olan mədəni irsin qorunmasını utanmadan təşviq edən, özlərini “demokratiya keşikçiləri” sayan deputatlara məsləhət görərdik ki, Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində mədəni irsi məhv etməyə və saxtalaşdırmağa yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllərinə diqqət yetirsinlər. Uzun illər ərzində Ermənistanda Azərbaycan xalqına məxsus olan mədəni irsə qarşı törədilmiş kulturisidin araşdırılması üçün bu ölkəyə YUNESKO missiyasının göndərilməsini tələb etsinlər.
Avropalı deputatlar öz məsuliyyətsiz hərəkətləri ilə Azərbaycanın tarixi qələbəsi nəticəsində bölgədə yaranmış və beynəlxalq hüquqa tam uyğun olan yeni reallıqlar əsasında sülh prosesinə əngəllər törədirlər.
Sözügedən sənədlərdə deputatların enerji sahəsində anlaşmanı və Azərbaycanla yeni tərəfdaşlıq sazişi üzrə danışıqları dayandırmaq istiqamətində çağırışlarına gəldikdə isə, avropalı həmkarlarımız başa düşməlidirlər ki, Azərbaycanla hədə-qorxu dili ilə danışmaq, onu təhdid etmək heç bir nəticə verməyəcəkdir.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin hazırladığı sözügedən kağız parçalarının heç bir hüquqi qüvvəsinin və çəkisinin olmadığını bildirir və Azərbaycan əleyhinə fəaliyyətə son qoyulmasını tələb edir.
30-11-2023, 18:12
Ermənistanın ardıcıl qarayaxma kampaniyası sülhə xidmət etmir - XİN Başçısı


Ermənistanın ardıcıl qarayaxma kampaniyası sülhə xidmət etmir - XİN Başçısı

Ermənistan ilə münasibətlərin normallaşdırılması üzrə Azərbaycanın davamlı sülh gündəliyini təşviq etməsinə baxmayaraq, Ermənistan tərəfindən ölkəmizə qarşı ardıcıl şəkildə aparılan qarayaxma kampaniyası sülhə xidmət etmir.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 30-cu iclası çərçivəsində İsveç Krallığının xarici işlər naziri Tobias Billström ilə görüşündə səsləndirib.
Görüş zamanı Azərbaycan ilə İsveç arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələri, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb. Azərbaycan-İsveç ikitərəfli əməkdaşlıq gündəliyinin inkişafına impuls verilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi məsləhətləşmələrin təşkilinin əhəmiyyəti və rolu qeyd olunub.
Ceyhun Bayramov həmkarını Azərbaycan tərəfindən 24 saat ərzində həyata keçirilmiş antiterror tədbirlərini şərtləndirən amillər barədə məlumatlandırıb. Nazir bildirib ki, antiterror tədbirləri öhdəliklərə zidd olaraq ölkəmizin ərazilərində fəaliyyət göstərən erməni silahlı qüvvələrinin yaratdığı təhdidlərdən sonra həyata keçirilib. Ceyhun Bayramov görüşdə, həmçinin mövcud regional vəziyyət və Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində planları barədə danışıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
30-11-2023, 17:55
“Abzas Media” saytının daha bir əməkdaşı saxlanıldı


“Abzas Media” saytının daha bir əməkdaşı saxlanıldı

“Abzas Media” saytının daha bir əməkdaşı saxlanılıb.
Jurnalist Nərgiz Absalamovanın Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanıldığı bildirilir.
Məlumata görə, ona qarşı "Abzas Media" rəhbərliyi ilə eyni maddə (Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçalmalçılıq) üzrə ittiham irəli sürülüb.
Qeyd edək ki, ötən həftə “Abzas Media”nın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov və baş redaktoru Sevinc Vaqifqızı saxlanılıblar. Onlar barəsində “qrup halında qaçaqmalçılıq” ittihamı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.
30-11-2023, 17:46
Bəzi məktəblərdə şagird sıxlığı səbəbindən 6 günlük dərs həftəsi olur - Nazir


Bəzi məktəblərdə şagird sıxlığı səbəbindən 6 günlük dərs həftəsi olur - Nazir

"Bəzi məktəblərdə şagird sıxlığı səbəbindən 6 günlük dərs həftəsi olur. 5 günlük dərs həftəsi ilə həmin məktəblərdə sıxlıq çox ola bilər".
Bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, elə məktəblər də var ki, onların 6 günlük ənənəsi var və bunu davam etdirir:
"Biz də buna razı oluruq".
30-11-2023, 17:28
Xankəndi, Ağdərə və Xocalıda radiorabitə şəbəkəsi istifadəyə verildi


Xankəndi, Ağdərə və Xocalıda radiorabitə şəbəkəsi istifadəyə verildi

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində, o cümlədən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında dövlət qurumlarının etibarlı idarə olunması və məlumat mübadiləsinin təşkili məqsədilə TETRA radiorabitə şəbəkəsi istifadəyə verilib.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.
“Həmçinin sözügedən ərazilərdə fəaliyyət göstərən dövlət qurumları “AzStateNet” şəbəkəsi üzərindən təhlükəsiz data və internet kanalları ilə təmin olunublar”, - məlumatda deyilir.
Hazırda XRİTDX tərəfindən cari ilin ötən dövrü ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində fəaliyyət göstərən 15 dövlət qurumu “AzStateNet” şəbəkəsi üzərindən data və internet kanalları ilə təmin olunub.
30-11-2023, 17:24
Azərbaycan tolerant ölkədir - Emin Əmrullayev


Azərbaycan tolerant ölkədir - Emin Əmrullayev

Azərbaycan etnik, dini, milli kimliyindən asılı olmayaraq tolerant ölkədir.
Bunu media üçün keçirdiyi brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.
"Odur ki, erməniəsilli müəllimlər də Qarabağ Universitetində tədrisə cəlb oluna bilər" - nazir deyib.
29-11-2023, 21:59
Daha iki güləşçimiz qızıl medal qazandı


Daha iki güləşçimiz qızıl medal qazandı

Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında daha iki idmançımız qızıl medal qazanıb.
74 kiloqram çəki dərəcəsində mübarizə aparan Turan Bayramov final görüşündə İran pəhləvanını böyük xal fərqi ilə məğlub edərək dünya çempionu olub.
Çempionatda 92 kiloqram çəki dərəcəsində mübarizə aparan İbrahim Yusubov həlledici döyüşdə türk rəqibindən üstün olub və ölkəmizə bu yarışda dördüncü qızıl medalı qazandırıb.
29-11-2023, 21:00
Mingəçevirdə baş vermiş zəlzələ Ermənistanda da hiss edilib


Mingəçevirdə baş vermiş zəlzələ Ermənistanda da hiss edilib

Xəbər verdiyimiz kimi, Mingəçevir şəhərində zəlzələ olub. Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar Gəncə, Yevlax, Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.
Zəlzələ Ermənistanda da hiss edilib.
Bildirilir ki, zəlzələ Tavuş vilayətinin Noyemberyan, İcevan, Dilican və Berd şəhərlərində, həmçinin Azatamut kəndində 3 bal gücündə hiss olunub.
29-11-2023, 20:52
FHN Mingəçevirdə baş vermiş zəlzələylə bağlı açıqlama verdi


FHN Mingəçevirdə baş vermiş zəlzələylə bağlı açıqlama verdi

Mingəçevirdə qeydə alınan zəlzələdə dağıntı qeydə alınmayıb, xəsarət alan yoxdur.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4.5 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ Mingəçevir, Gəncə, Yevlax və Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.
29-11-2023, 20:00
Mingəçevirdə zəlzələ oldu


Mingəçevirdə zəlzələ oldu

Azərbaycanın Mingəçevir şəhərində zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar Gəncə, Yevlax, Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!